281
məzmunyaratmada xüsusi funksiyasının olduğunu düşünək.
Vidadi Şəki xanlığında olanlar kontekstində “gəlməyib böylə
müsibət Rumə, ya İranə bax” deyirdi. Ancaq bir qədər sonra
baş verənlər Vaqifin şəxsində, eləcə də Qarabağ xanlığı
timsalında daha dəhşətlisini ortaya qoydu. F.Köçərli həmin
vəziyyəti təsvir edərək vurğulayır: “Molla Pənah dəxi səlamət
zindandan çıxdı; “mıxı mismar eləyən tanrı” onun dadına
yetişdi və çoxlarını Ağa Məhəmməd şahın qəzəbindən xilas
elədi.
Şahıb bu sayaq məqtul olmağı Molla Pənaha ziyadə təsir
edib, aşağıdakı əşarı Molla Vəli “Vidadi” təxəllüsə - ki, o da
əhli-təb və onunla bir elli idi, - yazıb göndərdi...
Hərçənd Molla Pənah Ağa Məhəmməd şahın əlindən xilas
oldu, amma Məhəmməd bəyin əlində giriftar və məqtul oldu”
(60, 168-169). Bütün bunlar siyasi mühit, Azərbaycan
səviyyəsində olan qarşıdurmaları aydınlaşdırmaq, nələrin baş
verdiyini müəyyənləşdirmək üçün əsaslı mənbələrdir və
Vaqifin bir sənətkar olaraq üzləşdiyi aqibət elə xalqın
qarşılaşdıqlarıdı. Vaqif isə bir şair, yaradıcı şəxsiyyət, siyasi
xadim kimi bunları yaşayırdı və aqibəti də birindən (Ağa
Məhəmməd şahdan) qurtardısa, digərindən (Məhəmməd
bəydən) qurtula bilməməsi oldu. Dövrünün ayrı-ayrı
sənətkarlarının mövcud vəziyyətlə bağlı müraciətlərində yer
alanlar (məsələn, Kərbəlayi Səfi Valehdə, Əli Qaracadağidə və
s.) bir istiqamətdə Vaqif xeyirxahlığından, saray mühitində
xalqa arxa olmasından qaynaqlanır. Məhz bu müstəvidə Vaqif
sarayla xalq arasında ən əsaslı, inanılmış sima idi. S.Vurğun da
“mən orda olmasam qan çıxar dizə” ifadəsi ilə Vaqifin
qüdrətini, nüfuzunu, böyüklüyünü təqdim etmişdi. Məhəmməd
bəy də hakimiyyətə gedən yolunu təmizləmək və təhlükəni
282
aradan qaldırmaq üçün Vaqifin öldürülməsini qərarlaş-
dırmışdı. Əhməd bəy Cavanşir “fəlakət o zaman azadlığa
buraxılmış və canlı təəssürat altında olub, öz gələcəyi üçün
kədərlənən Molla Pənahın dostu Vidadi təxəllüslü Molla
Vəliyə yazdığı bir məktubda çox gözəl təsvir edilmişdir”.
Həmin məktub isə məşhur “Bax” qəzəlidir ki, Vaqif son dərəcə
psixoloji gərginliklər içərisində yaşadığı anların izharı kimi
ifadə etmiş və siyasi vəziyyətin nələrlə xarakterizə olunduğunu
vurğulamışdı.
Mən fəqirə əmr qılmışdı siyasət etməyə,
Saxlayan məzlumi zalimdən o dəm qəffarə bax!
Qurtaran əndişədən ahəngəri-biçarəni,
Şah üçün ol midbəri-təbdil olan mismarə bax!
İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda,
Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! (60, 145)
M.P.Vaqif olanlar, gördükləri müqabilində bunları deyir
və siyasi mühitin qəzəl formasında təsviri ilə əvəzsiz bir sənət
abidəsi yaradır. Qüdrətli şair olaraq təkcə vəziyyəti yaxın
həmkarı, əqrəbəsi, ürək dostu Vidadiyə çatdırmaqla
kifayətlənmir, bu məsələnin bir tərəfidir, digər tərəfində bütün
zamanlara düüşüncəsində olanları ötürür. Bədii mətnlə hər iki
tərəfi nəticələr çıxarmağa çağırır və tarixi bir məsəllə, xalq
yaddaşında olanla, mismar əhvalatı ilə çatdırır və təkrar “ibrət
et Ağa Məhəmməd xandan, ey kəmtər gəda” söyləyir. Molla
Vəli Vidadi də məhz bunları hələ xeyli əvvəl olanlar
283
kontekstində vurğulayırdı, siyasi mühitdə vəziyyətin elə də
xoşasgələn olmadığını göstərirdi.
Belədir dövran işi, hər gündə bir al eyləmiş,
Aqili nadan ilə pəjmürdə əhval eyləmiş,
Üz verib namərdə, hərdəm mərdi pamal eyləmiş,
Ey Vidadi, gəl ki, bu heyrət məni lal eyləmiş,
Gör nələr qıldı fələk Müştaq tək insanə, bax. (91, 69)
Vaqif və Vidadi bağlantılarının genetik sistemini, “toy-
bayramdır bu dünyanın əzəli” deyən Vaqifin hansı gərginlikləri
yaşadığını, ömrünün son anlarında necə çətinliklərlə üzbə-üz
qaldığını aydınlaşdırmaq üçün bu nümunələr ciddi fakt rolunu
oynayır. Burada mətn bir fakt olaraq əsaslı mənbəyə çevrilir,
siyasi mühitin gərginliyi həmin nümunələrin təkcə məzmu-
nuna, janr texnologiyalarına deyil, həm də ruhuna çökmüşdür.
Vaqif və Vidadinin, eləcə də yaradıcı mühitin, etnosun həmin
vaxtlarda nələri yaşadığı bu misralarda söz-söz boy göstərir.
Siyasi lirikanın faktoru olmaqla yanaşı, şedevr ədəbiyyat
hadisəsi kimi xüsusi təəssürat yaradır və Vaqif poeziyasında
digər əlçatmazlığı klassik ənənədə (qəzəl üslubunda) yeni bir
düşüncə tipinin klassik mümkünlüyünü fakta çevirir və son
olaraq vurğulayır:
Vaqifa, göz yum, cahanın baxma xubi ziştinə,
Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax! (89, 145)
Bütün bunlar M.P.Vaqifin bir şair, yaradıcı kimi nələrdən
keçdiyini, siyasi mühitdə hansı gərginliklər yaşadığını, “mərd
olanlar özünə məhbəsi meydan bilər”, “afəti-dəhr dəyər ol kəsə
284
ki kamildir” qənaətinin məzmununu və informativ xarakterində
nələrin yaşandığını aydınlaşdırır. Son olaraq “üz çevir ali-
əbayə, Əhmədi-Muxtarə bax” qənaəti ilə tamamlanır, bəlkə də
qapanır. Çünki “Bax”, “Görmədim” kimi fundamental abidələr
bir etnos səviyyəsində deyil, dünya bədii düşüncəsində dayana
biləcək və dayana bilən şedevrlərdir.
“Görmədim” müxəmməsi. Vaqif poeziyasının möhtə-
şəmliyinin və imkanlılıq dərəcəsinin ən mühüm göstərici-
lərindən biri “Görmədim” müxəmməsində olanlarla bağlıdır.
Bu böyük sənətkar XVIII əsr Azərbaycan poeziyası səviyyə-
sində etdikləri ilə bütünlükdə xalq şeiri ilə klassik şeir
ənənəsində olan sərhədləri dağıtmış və onlar arasında daha
güclü, həm də təbii olacaq bağlar tapmışdır. Bunların isə
mahiyyəti Vaqifin təbii elat tərzi ilə bağlanmış və ruhunda
onun sxemlərini, mənəviyyat kodlarını bir bütöv olaraq
qovuşdurmaqla ortaqlıq nöqtələrini tapmışdır. Doğurdan da
“Vaqifi özünəməxsus yaşam normativləri, möhtəşəm məscid-
ləri, zəngin kitabxanaları, ritualları olan orta əsrlər ümumşərq
şəhəri deyil, adi bir Azərbaycan kəndi yetişdirmişdi. Ancaq
demək olmaz ki, şair-mütəfəkkirin doğulub boya-başa çatdığı
bu kəndin öz həyat fəlsəfəsi, intellektual maraqları yox idi”
(25, 62). Əlbəttə M.P.Vaqif XVIII əsr Azərbaycan kəndindən
Qarabağ xanlığına gəlmişdi və bunun da əsasında kənd
həyatındakı elat həyat tərzinin yüksək? həm də təbii olacaq
intelleksiyası dayanırdı. Vaqif həmin intelleksiyadan pərvaz-
lanaraq saraylara doğru istiqamətlənmiş və oradan gətirdiyi
mədəniyyəti bir bütöv olaraq nümayiş etdirmişdi. Vaqif həm də
ruhu etibarilə nə qədər nikbin olsa da, elə bir dəyər olaraq
həmin nikbinliyi özü ilə birgə saraya da gətirmişdir. Sazın,
Dostları ilə paylaş: |