Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə19/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

 
58 
tərəfidir, digər tərəfində Qarabağ sarayında rəsmi dilin fars dili 
olması  müqabilində  öz  doğma  dilinə  üstünlük  verməsi  və 
bütünlükdə istedadı,  qabiliyyəti, ensiklopedik  zəkası  ilə sarayı 
mənimsəməsidir.  Bir  qədər  də  dəqiq  desək  sarayın  yaradıcı 
istiqamətini,  düşüncəsini  xalq  şeirinə,  anadillli  ədəbiyyatın 
inkişafına  istiqamətləndirməsidir.  Əlbəttə  bu  elə  də  asan 
məsələ  deyildir  və  bunun  üçün  elə  nüfuz  və  istedad  sahibi 
olmaq  lazım  idi  ki,  mühiti  təsirdə  saxlaya,  istedadla  sarayı  və 
mühiti əsir eyləyə biləsən. Vaqif dühasının əzəməti məhz  yüz 
illər  boyu  hökm  sürən  bədii  düşüncənin  istiqmətini  yeni 
məcraya  yönəltməsindədir.  “Oxumaqla  doyulmamasında”, 
“bütün kitabı götürüb başına çəkmək və içmək istəyi”ndədir.  
V.Q.Belinski    “M.Y.Lermontovun  şeirləri”  məqaləsində 
poeziyanın bir sistem olaraq mahiyyətini ortaya qoyur və yazır: 
“Poeziya  –  bir  günahsız  körpənin  təbəssümü,  onun  aydın 
baxışları,  onun  cingiltili  səsi  və  canlı  sevincidir.  Poeziya  – 
gözəl  bir  qızın  yanaqlarında  utancaqlıq  qızartısı,  onun  dənizə 
və  səmaya  bənzəyən  mavi  gözlərinin  həlim  parıltısı,  yaxud 
onun  qara  gözlərinin  parlaq  atəşi,  onun  mərmər  çiyinlərində 
oynayan  qıvrım  saçlarının  dalğaları,  onun  zərif  sinəsinin 
həyəcanla  qalxıb  enməsi,  onun  cazibədar  səsinin  harmoniyası 
(ahəngdarlığı), füsunkar dilinin musiqisi, onun qamətinin gözəl 
biçimi,  onun  canlı  fiqurunun  poetik  qabarması  və 
möhtəşəmliyi,  onun  məftunedici  işvələrinin  zərifliyi  və 
incəliyidir. Poeziya  –  tükənməz enerji  ilə qaynayan bir  gəncin 
odlu  baxışları;  poeziya  onun  cəsarət  və  dözümü,  onun  təşnə 
arzuları,  onun  həyati  ehtiraslarının  coşqun  təlatümləri  –  onun 
öz alovlu  sinəsində göyləri, yerləri qucaqlamaq, həyat badəsini 
dibinə  qədər  içmək  cəhdidir.  Poeziya  –  artıq  həyat  üçün 
yetişmiş,  özündə  kişilik  qüdrətini  cəmləşdirən,  onun  həyat 


 
59 
təcrübələri  ilə,  ruhunun  tarazlaşmış  gücü  ilə,  döyüşə  və 
qəhrəmanlığa  hazır  olan  işıqlı  baxışları  ilə  cəmləşdirilmiş 
qüvvəsidir.  Poeziya-  bir  qocanın  solğun  gözlərinin  zərif 
işartısıdır.  Poeziya  –  varlığın  işıqlı  təntənəsi,  bizimlə  nadir 
dəqiqələrdə  qəflətən  görüşən  həyat  səadəti,  bu,  insan 
ehtiraslarının  sərməstliyi,  uyuması  və  zərifliyidir,  duyğuların 
təlatümü  və  tufanıdır,  sevginin  kamilliyi,  həyat  ləzzətinin 
heyrətamizliyi, kədərin şirinliyi, əzabların nadir xoşbəxtanəliyi, 
göz  yaşlarının  həris  yanğısıdır;  bu,  insanın  harayasa,  hansısa 
cəlbedici,  əlçatmaz  tərəfə  ehtiraslı,  yorucu,  qüssəli 
yaxınlaşmaq cəhdidir. Bu, insanın hər şeyi bağrına basmaq, hər 
şeyə əriyib qarışmaq kimi əlçatmaz arzusudur. Bu elə bir ilahi 
pafosdur  ki,  burada  bizim  qəlbimiz  kainatın  ahəngi  ilə  bir 
vurur;  burada  insanın  sərməst  baxışları  önündə  ali  varlığın 
örtüksüz,  şəffaf  illüziyaları  uçur;    insanın  məftun  olmuş 
qulaqlarında isə  dünyaların və kainat sferalarının harmoniyası 
eşidilir;  poeziya  -  elə  bir  ilahi  pafosdur  ki,  dünya  səmavi 
işıqlara  boyanır,  səma  isə  yerlə  birləşir  və  bütün  təbiət  toy 
şəfəqlərinə bürünür, insanın özü isə onun ruhu ilə barışan sehrli 
heroqliflərə  dönür...    Bütün  dünya,  bütün  çiçəklər,  rənglər  və 
səslər;  həyatın  və  təbiətin  bütün  formaları  və  təzahürləri 
poeziya  hadisəsinə  çevrilə  bilər;  lakin  onun  mahiyyəti  həmin 
bu  hadisələrdə  güclənir,  onların  varlığını  canlandırır,  bu 
hadisələrlə  həyatın  oyunlarına  heyranlıq  gətirir.  Poeziya  – 
dünya həyatı  pulsunun döyüntüləridir, onun qanı, atəşi, işığı və 
günəşidir” (19, 643-644). Göründüyü kimi, burada poeziyanın 
ilahi gücü, sona qədər açılması mümkünsüzlüyünün mahiyyəti  
bütün  tərəfləri  ilə  özünün  ifadəsini  tapır.  Məhz  klassiklərin 
yaradıcılığı,  yaratdıqları  şedevrlər  zaman-zaman  təhlil  olunur, 
yozulur,  yenə  də  sözə,  ciddi  mülahizələrə  ehtiyac  yaranır. 


 
60 
Vaqif  yaradıcılığı  da  müasirlərinin,  eləcə  də  ondan  sonrakı 
dövr sənətkarlarının zaman-zaman diqqətində olmuş və bundan 
sonra da olacaqdır. Azərbaycan bədii düşüncəsi,  eləcə də türk 
bədii-estetik  məkanı  bu  sənətkarın  yaradıcılığına  vaxtaşırı  üz 
tutacaq  və  oradan  daha  maraqlı,  fundamental  qənaətlə  yoluna 
davam  edəcəkdir.  Necə  ki,  anadan  olmasının  üç    yüzillik 
dönəmində  onun  yaradıcılığının  mahiyyətini  açmağa,  enerji 
qaynaqlarını  aydınlaşdırmağa  və  deyilənlər  kontekstində 
tipoloji  təhlillərə  üstünlük  veririk.  Bir  üç  yüz  il  bundan  sonra 
da daha nəzəri, daha fundamental yanaşmalarla bu tip təhlillər 
aparılacaq,  Vaqif  yazılacaq,  yozulacaq,  yazıldıqca,  zaman 
keçdikcə  xalqa  daha  da  yaxın  olacaqdır.  Çünki  onun 
düşüncəsinin  qaynağında  dayanan  milli  konsepsiya  etnosun 
özünü  dərkinə,  ən  ağır  məqamlarda,  tarixin  və  cəmiyyətin 
müxtəlif 
dönəmlərində 
müxtəlif 
formalarda 
qayıdışı, 
özünüdərki zəruri edcir. Bugünkü qloballaşan dünya da  məhz 
qlşoballaşmadan  çox  özünüdərkə,  arxetiplərin  hərəkətinə 
istiqamətlənir,  qalanları  elə  də  ciddiyyətlə  təqdim  edə  bilmir. 
Qloballaşmanın  yolu  isə  yüz  cür  çək-çevir  etsək  belə  özünü-
dərkdən,  milliliyin  dünyəvilik  müstəvisində  qorunuşundan 
keçir.  Bədii  məkan  isə  bunu  siyasi  şərhlərdən,  diplomatik 
mexanizmlərdən  daha  uğurlu  və  müsbət  olan  kimi  qoyur. 
Klassiklərin  yaradıcılığı  bu  mexanizmin  aydınlığı  üçün 
müstəsna  əhəmiyyət  daşıyır.  Ona  görə  də  Vaqifin  milli 
düşüncəsinin  hüdudları  bütünlükdə  türkün  milli  düşüncəsinin 
hüdudları  qədər  genişdir,  dünyəviliyə,  cahanşümul  dəyərlərə, 
bəşər  mədəniyyətinin  qorunuşuna  hesablanmış  sistemdir. 
Bwtwn bunlar XVIII əsr Azərbaycan intibahının Vaqif milliliyi 
ilə reallaşdığını aydınlaşdırır. 
 
 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə