Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə16/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

 
49 
forma  N.Gəncəvi  də,  eləcə  də  XIII  əsrə  qədərki  ədəbiyyatda 
siyasi mühitin, bütövlükdə dövrün mənzərəsinə diqqət yetirmə-
yin gərəkliyini aktuallaşdırır. Məhz bu mənada M.Ə.Rəsulzadə 
problemi  məzmun  anlamında  təhlil  edir.  N.Gəncəvi  Azərbay-
can,  Şərq  və  dünya  ədəbiyyatı  müstəvisində  olduqca  ciddi 
təhlillərin probleminə çevrilib və onun yaradıcılığında problem 
olan  mövzulardan  biri  milli  yaddaşı  hansı  səviyyədə  ehtiva 
etməsi  ilə  bağlı  olan  məsələdir.  Biz  də  N.Gəncəvini  düşüncə 
etibarilə  milli  mədəniyyətin  hadisəsi  kimi  qəbul  edirik  və 
məsələnin də mahiyyətini bu baxımdan şərhin tərəfdarıyıq. Bu 
təkcə  N.Gəncəvi  ilə  bağlı  problem  deyil,  bütünlükdə  ərəb  və 
fars  dilində  yazıb  yaradan  azərbaycanlı  şairlərlə  bağlıdır. 
Ancaq  XIII  əsrdən  sonrakı  mərhələdə  ədəbiyyatın  inkişaf 
xəttini  izləyəndə  M.Füzuli  milliliyi  artıq  mövzu  ilə  anadilli 
ədəbiyyat  nümunələrində  boy  göstərir.  Düzdür  ədəbi-nəzəri 
fikir  əruz  vəzninin  bəhrlərində  azərbacan  dilinin  spesifikasına 
uyğunluq məsələlərini vurğulayırlar. Ancaq M.Füzulidəki mil-
liliyin  boyartımı  artıq  yeni  texnologiyalarla,  düşüncə  nümunə-
lərinin  ortaya  qoyulması  ilə  reallaşır.  Nizami  milliliyindən 
Füzuliyə oradan da M.P.Vaqifə gələn yolun ümumi mənzərəsi 
ciddi inkişafı və fərqliliyi aydınlaşdırır. Bütünlükdə düşüncədə 
oturuşanlar  və  gəldiyimiz  qənaətlər  tarixi-ictimai  prosesin 
milliliyə gedən yolunun  ziqzaqlarını, elə də uğurlarla səciyyə-
lənməsi  qənaətini  ortaya  qoymur.  “Teymur  fütuhatından  və 
Teymurilərin  təşəbbüsü  ilə  saraylar  türkləşməyə  başlayır. 
Nəticədə  türk  ziyalıları  ilə  hakim  siniflər  arasında,  farsların 
klassik  ədəbiyyatına  bənzər  klassik  türk  ədəbiyyatına  qayğı 
göstərməyə bir ehtiyac yaranır. 
Şirəsini, köklərini türk xalqları  içərisində yaşayan  milli 
təsisatlardan  alan  və  digər  ictimai  amillərlə    də  güclənən  bu 


 
50 
ehtiyacın getdikcə əhəmiyyət kəsb edən   təkamülü nəticəsində, 
nəhayət,  şərqdə  Hüseyn  Bayqaranın    sarayı  ilə  vəziri  Əlişir 
Nəvainin məclislərində, qərbdə isə, Azərbaycanda  hökm sürən 
Ağqoyunlu  Sultan  Yaqubun,  sonra  da  Səfəvi  şahlarının  (ilk 
dövrlərdə) saraylarında klassik türk ədəbiyyatı yüksəlmiş olur” 
(81,  19).  Göründüyü  kimi,  tarixi  proses  bir  zərurət  olaraq 
etnosu  özünüdərkə  istiqamətləndirir  və  Teymurun  və 
Teymurilərin  dövrünü  baş  verənlər  üçün  qaynağa  çevirir. 
Ərəblərin,  farsların  klassik  ədəbiyyat  düşüncəsinə  uyğun 
ədəbiyyatın,  milli  olanın  yaradılması  (daha  doğrusu  anadilli) 
siyasi,  ictimai  və  mədəni  mühitdə  dərk  edilir.    XIII  əsrdən 
başlayan  təkamül,  oyanış  məhz  öz  istiqamətini  siyasi  arenaya 
da  yönləndirdi;  Şərqdə  Hüseyn  Bayqaranın,  qərbdə  isə  Sultan 
Yaqubun, Səfəvilər sarayının rolu bu prosesin gedişində aparıcı 
mahiyyəti  ilə  dərk  olundu.  Səfəvilər  xanədanının  bütün 
dövrlərində  bu  proses  eyni  xətdə  davam  etməmişdi.  Bəzən 
farslaşma prosesi aparılsa da, ancaq hərəkatın dönməzliyi XVII 
əsrdə  möhtəşəm  abidələrin  yaranışı  ilə  pərvəriş  tapdı.  Əlbəttə 
burada  siyasi,  ictima,  mədəni  mühitin  ümumi  mənzərəsini 
birmənalı uğurlarla  səciyyələndirmək mümkün deyildir. Milli 
düşüncənin  Səfəvilərin  gəlişi  ilə  başlayan  inkişaf  tendensiyası 
Şah  Abbasla  (1587-1629)  fərqli  məcraya  yönəlməsinə  rəvac 
verdi.  Mərkəzi  hakimiyyətin  İsfahana  köçürülməsi  (1598) 
sonrakı    proseslərin  yönünü  müəyyənləşdirirdi.  Lakin  xalqın 
düşüncəsində  olan  oyanış  və  tutulan  yolun  dönməzliyi  axıra 
qədər bu prosesin davamlılığına elə də şərait yaratmadı. Geniş 
kütlə  ilə  siyasi  hakimiyyət  arasındakı  ziddiyyətlər,  vergilərin 
həddindən çox artırılması (30-a yaxın töycü və mükəlləfiyyətin 
adı çəkilir) mənsubluq missiyasının aparıcılığını, etirazların baş 
qaldırmasını  zəruri  edirdi.  Səfəvilərin  hakimiyyətinin  ümumi 


 
51 
sistemində baş vermiş dəyişikliklər, xalqla hakimiyyət arasında 
olan  çatlar  bir  növ  etirazlara,  siyasi  hakimiyyətə  qarşı 
narazılıqlara gətirib çıxarırdı. Təbrizdə  1571-1573-cü ildə baş 
vermiş  sənətkarların  üsyanı,  1608-1610-cu  illərdəki  üsyan, 
eləcə  də  sonrakı  illərdə  olanlar  hakimiyyətin  siyasi  qanadında 
da  fikir  ayrılıqlarına  gətirib  çıxarırdı.  Onu  da  əlavə  edək  ki,  
“Səfəvilər  dövlətinin  quruluşunda  baş  vermiş  dəyişikliklərə 
baxmayaraq Azərbaycan feodalları dövlət aparatında və orduda 
mühüm  mövqeləri  mühafizə  edirdilər.  Orduda  və  İsfahandakı 
səfəvilər sarayında bu sülalənin hakimiyyətinin sonlarına qədər 
Azərbaycan  dili  hakim  dil  olaraq  qalırdı”  (16,  167).  Lakin 
hadisələrin gedişi, siyasi arenada baş verənlər birmənalı qarşı-
lanmır,  milli  özünüdərki  dönməz  bir  proses  olaraq  zərurətə 
çevirmişdi.  Məhəmməd  Əmaninin,  Məsihini,  Fədainin,  Saib 
Təbrizinin, Qövsi Təbrizinin yaradıcılığında boy göstərən milli 
düşüncə, etnos dəyərlərinə meyillilik klassik ənənəyə nə qədər 
bağlansa da, mahiyyətində milli yaddaşdan gələnləri, arxetiplə-
ri  hərəkətli  edirdi.    M.Əmanidə  bu  daha  aydın  və  təfərrüatlı 
görünürdüsə və xalq şeirinə meyilliliklə izahlanırdısa, digər bir 
qrupda,  zadəgan  ədəbiyyatı  düşüncəsi  ilə    qeyd  olunanlarda 
artıq üslubun, təhkiyənin, düşüncə mexanizmlərinin özü qocal-
ma, geriləmə prosesi keçirirdi. Klassik üslub bütün zamanlarda 
olduğu  kimi  yüzə-yüz  xalq  düşüncəsini,  onun  ruhunda, 
mahiyyətində olan ehtiyacları ödəyə bilmir və onun təminatçısı 
funksiyasında  özünü  doğrultmurdu.  Artıq  mövcud  aparıcı 
düşüncənin özünün enişi başlamışdı. M.Füzuli ilə möhtəşəmlik 
dövrünü  yaşayan  klassik  üslub  sonrakı  yüzillikdə  yeni  bir 
hərəkata,  ədəbi  axının  oyanışına  zərurət  duyurdu.  Məsihi, 
Fədai,  S.Təbrizi,  Q.Təbrizi  və  digərləri  bu  enişin  qarşısını 
almaq  imkanından  çox  uzaq  idilər.  Bunun  yerini  isə  etnosun 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə