Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

 
73 
hakimiyyət  hərisliyi  o  dərəcəyə  çatdı  ki,  Vaqifi  oğlu  ilə  birgə 
asmaq  planı  hazırlandı  və  həyata  keçirildi.  Bu  bir  növ  geniş 
kütlənin,  eləcə  də  hakimiyyət  elitasında  olanların  gözünü 
qorxutmaq,  hakimiyyətin  ömrünü  uzatmaq  istəyindən 
qaynaqlanırdı. Digər bir məsələ isə son anda belə Vaqifin oğlu 
ilə  bağlı  istəyinə  belə  güzəştin  gedilməməsidir.  Xalqın  isə 
qəlbində  bir  Vaqif  sevgisi,  Vaqif  böyüklüyü  və  xeyirxahlığı 
vardı. Ancaq bu üzdə deyil, daha dərində, qəlblərdə idi. Məhz 
M.P.Vaqifin  öldürülməsi  ilə  onun  yaradıcılığı  da  böyük 
təqiblərlə üzləşdi. Bütün nəyi vardısa məhv olunmaq təhlükəsi 
ilə  üz-üzə  qaldı  və  məhv  də  edildi.  Mənbələr  bunu  aydınlıqla 
vurğulayır. Bu gün bizim əlimizdə olanlar Vaqif yaradıcılığının 
xalq  yaddaşından  toplananlardı.  Zəngin  yaradıcılıqdan  heç 
şübhəsiz  bizim  öyrəndiyimiz,  təhlil  etdiyimiz  ancaq  və  ancaq 
yaddaşlarda  olanlarla  bağlıdır.  Mirzə  Camal,  Mirzə  Adıgözəl 
bəy,  Əhməd  bəy  Cavanşir,  Mir  Mehdi  Xəzani,  Rzaqilu  bəy 
Mirzə  Camal  oğlu,  Mirzə  Yusif,  F.Köçərli,  M.M.Nəvvab  və 
başqaları  bu  məsələlərə  bu  və  ya  digər  dərəcədə  münasibətdə 
olmuşlar.  
N.Axundov  “Qarabağ  salnamələri”  əsərində  yazır:  “Ha-
zırda  Cıdır  düzü  ilə  qarşı-qarşıya  Qarqar  çayı  sahilində  meşə 
ilə  örtülmüş  dağ  “Xəzinə  qayası”  adlanır.  (5,  122).  Bütün 
olanlar müqabilində bir məqama da diqqət yetirək, Əhməd bəy 
Cavanşir yazır ki, İbrahim Xəlil xan Məhəmməd bəyin Şuşada 
törətdiyi özbaşnalıqdan xəbər tutan  kimi “ləzgi”  qoşunları ilə  
birlikdə Qarabağa tələsdi” (22, 40). Bütün bunlar  M.P.Vaqif-
dən  sonrakı  vəziyyətin  də  elə  rahat  olmadığını,  gərginliklərin 
çoxalan  istiqamətdə  getdiyini  aydınlaşdırır.  Heç  şübhəsiz, 
Vaqifin  zəngin  yaradıcılığı,  bütün  külliyyatı  ciddi  təqiblərin 
faktı  olaraq  bir  neçə  on  il  gərginliklər  yaşamış  və  xalq  öz 


 
74 
şairini baş verənlər timsalında yaddaşında saxlamaqla təskinlik 
tapmışdır.  Digər  bir  məsələni  də  deyək  ki,  bu  qədər  şeirin 
yaddaşlardan  bərpa  olunmasının  özü  Vaqifin  yaradıcılığına, 
şəxsiyyətinə,  ictimai  xadim  kimi  etdiklərinə  müqabil  olaraq 
qalmışdır.  M.P.Vaqifin  ikinci  həyatı  məhz  əfsanələşmələrlə, 
yaddaşlarda  yaşamalarla,  zəngin  yaradıcılığının  təzədən  xalqa 
çatdırılması ilə reallaşır.  
Bütün  bu  hadisələrin,  baş  verən  ictimai,  siyasi,  mədəni  
mühitin  olanları  timsalında  bizim  marağımıza  müqabil  ən 
birincisi  məhz  M.P.Vaqifin  ədəbi  məktəb  yaratma  timsalında 
onun  istedadını  şərtləndirən  istiqamətləri  və  qaynaqları 
müəyyənləşdirməkdir. Əlbəttə bunlar bir tərəf olaraq incəlikləri 
ilə  üzdədir,  ancaq  onun  alt  qatlarının  genetik  fondunun, 
qaynaqlarının  bir  problem  olaraq  müəyyənləşməsi  və  əvvəlki 
məktəb  yaratmış  böyük  simalarla  müqayisəsi,  oxşarlıq  və 
yaxnlıqları, fərqlilikləri bizi daha çox düşündürən məsələlərdir.  
Lakin yenə təkrar edirik ki, XVIII əsr timsalında baş verənlər, 
siyasi  gərginliklər,  xalqın  çəkdiyi  zillət  heç  də  diqqətimizdən 
uzaqda  deyil  və  Vaqif  ucalığının  bir  tərəfi  şair  olaraq  xalqla 
birgə olması, onun nəbzinin döyüyntülərini hər an öz nəbzinin 
pulslarında  hiss  etməsidir.  Məhz  ona  görə  də  M.P.Vaqif 
şeirinin qaynaqlarını xalq şeiri üslubunda, türk şeir ənənəsində, 
xalq  məişətində  olanlarda,  klassik  ənənənin  yaşarlığında 
axtarmaq  lazımdır.  Yəni  Vaqif  yaradıcılığı  hansısa  xəttin 
tutulub  təhlili  ilə  qiymətləndirilən  yaradıcılıq  deyildir  və 
məsələnin  aydınlaşması  bütünlükdə  Qarabağ  ədəbi  mühiti, 
mühitin  tarixi  və  Vaqif  mərhələsi  timsalında,  eləcə  də 
Azərbaycan ədəbiyyatının keçib gəldiyi yolda aydınlaşmalıdır. 
“Kitabi-Dədə 
Qorqud”dan, 
“Koroğlu”dan, 
“Tahir 
və 
Zöhrə”dən, “Abbas və Gülgəz”dən, “Əsli və Kərəm”dən, “Aşıq 


 
75 
Qərib”dən,  nəğmədən,  bayatıdan,  səmavilərdən,  qəhrəmanlıq 
türkülərindən  gələn  enerji  damarları  Vaqif  şeirinə,  istedadına 
ölməzlik gətirmiş, onun parlaması üçün əsas mənbə olmuşdur.  
M.P.Vaqif  və  Qarabağ  ədəbi  mühiti  timsalında  aydın-
laşmalı olan məsələlərdən biri Qurbani və M.P.Vaqif, Sarı Aşıq 
və  M.P.Vaqif,  Lələ  və  M.P.Vaqif  xətlərinin  izlənməsidir. 
Məlum olduğu kimi, Şah İsmayıl sarayına yaxınlığı ilə seçilən 
Qurbani  təkcə  şəxsi  münasibətləri,  fərdi  qabiliyyəti  ilə  bu 
münasibətə  nail  olmamışdı.  Burada  daha  çox  ruh  yaxınlığı 
vardır,  çünki  M.Füzuli  kimi  böyük  sənətkarın  Şah  İsmayıl 
sarayına  yaxınlıq  tapa  bilməməsi  ilə  müqayisədə  Qurbaninin 
daha  qabaqda  olması  məhz  ilk  öncə  ruh  bağlantılarından 
qaynaqlanırdı.  Qurbaninin  ayrı-ayrı  şeirlərində  vurğulanan 
müraciətlər (“Şeyx oğlu”, “mürşidi-kamilim”, “mürşüdüm” və 
s.)  hamısı  məhz      bu  münasibətin  əsasında  dururdu.  Vaqifə 
gələn  yolun  inkişafında,  pərvəriş  tapmasında  məhz  XVI  və 
XVII  əsr  Azərbaycan  mühitinin  müstəsna  rolu  olmuşdur  və 
Qarabağ mühiti də öz məzmunu,  mündəricəsi  ilə bu qaynağın 
üzərində pərvəriş tapıb rövnəqlənmişdir. Çünki Vaqifə qədərki 
Qarabağ mühiti ilə Vaqif dövründəki Qarabağ mühiti arasında 
kəsişən  və  kəsişməyən  xətlər  vardır.  Vaqif  dövründə  də  bu 
xətlər  özünü  göstərmiş  və  bir  istiqamət  olaraq  fars  dilli 
ədəbiyyatın, daha doğrusu, poeziyanın, eləcə də əruz vəznində 
yazıb  yaratmanın  üstünlüyü  müşahidə  olunmuşdur.  M.P.Vaqif 
Qurbanidən,  Sarı  Aşıqdan,  Lələdən  qaynaqlanan  ruhun  qan 
daşıyan  damarları  üzərində  dayanmış  və  ondan  yararlanmaqla 
Qarabağ  ədəbi  mühitinə,  bütünlükdə  XVIII  əsr  Azərbaycan 
poeziyasına  istiqamət  vermişdir  və  bununla  da  mühit 
səviyyəsində  Qarabağ  mühitini  poeziyanın  dan  ulduğuna 
çevirmişdir.  “XVII-XVIII  əsrlərdə  milli  özünüdərkin  tərkib 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə