Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

 
76 
hissəsi olan insanın  özünüdərki də fəallaşır və bu fəallığın da  
öz  faktları  –  qəhrəmanları  yetişir.  İntibah  mədəniyyəti  insanı 
çöllərə  salmır,  dəli  eləmir  (bu  mənada,  məcnunluq  intibah  
təfəkkürünün  məhsulu ola bilməzdi,  - Füzuli poeziyası nəhəng 
poeziyadır,  amma  intibah  poeziyası  deyil),  insan  axtarır, 
taleyinin son sözünü eşidənə qədər “əlində dəmir əsa, ayağında 
dəmir  çarıq”    yol  gedir.  Ə.Səfərlinin  qeyd  etdiyi  kimi, 
məhəbbət Məcnunu cəmiyyətdən uzaqlaşdırır, onu ilahiləşdirir; 
Şəhriyarı (“Şəhriyar” dastanının qəhrəmanı nəzərdə tutulur) isə 
cəmiyyətə daha da  yaxınlaşdırır, hətta onu mənsəbə çatdırır,  - 
çünki,  Şəhriyar  Məcnundan  fərqli  olaraq  buta  almışdı,  onun 
məhəbbəti  “təqdiri  xuda”  sayılırdı.  “Təqdiri-xuda”  isə  artıq 
ictimai  varlığa  metaforik  münasibətin  “reallaşdırılması” 
(ilahiyyatın  “ictimailəşdirilməsi)  deyil,    reallığın  metaforik 
dərkinin  faktıdır;  bu  isə  o  deməkdir  ki,  intibah  təfəkkürü 
realizmə  müəyyən  mərhələlərlə  yiyələnir,  birdən-birə  İslamın 
(şəriətin)  məntiqinə  qarşı  çıxmır,  bu  məntiqi  əvvəl 
estetikləşdirir,  obraza  çevirir,  yalnız  bundan  sonra  ona  hakim 
olur” (24, 127-128). İ.Nəsimi hələ XV əsrdə “cəhd qıldım çox, 
vüsalə  yetmədim,  çəkdim  fəraq,  tədbir  ona  neyləsin  təqdiri-
yəzdan  eylədi”  söyləyirdi.  Çünki    orta  əsrlərin  düşüncəsində 
dayanan  məcnunluq  elə  bir  növ  islam  təfəkkürünün  simmet-
riyası  ilə  qovuşur,  yeni  şəraitdə,  intibahın  baş  verdiyi 
zamanlarda  isə  bədii  təfəkkür  məcnunluğa  bağlana  bilməz, 
əksinə daha perspektivli, daha reallığa, estetik düşüncənin daha 
impulsiv  notlarına  köklənir.  Bəli,  biz  də,  bütünlükdə 
ədəbiyyatımızın  ədəbi-nəzəri  təhlilləri  də  M.Füzulini  böyük 
sənətkar  kimi  qəbul  edir  və  onun  əsərlərini  bədii  düşüncənin 
mükəmməllik  faktı  kimi  qiymətləndirir,  ancaq  intibah  poezi-
yasına  oturda  bilmirik.  Bu  M.F.Axundaovdan  günümüzə 


 
77 
qədərki  prosesin  gedişində  belədir  və  belə  də  görünməkdə, 
qiymətləndirmədədir.  Tarixi  proses  bütün  olanların  başlanğıc, 
inkişaf və son kimi bir formulunu düşüncədə cızmışdır,  klassik 
poeziyanın  inkişafı,  onun  nəhəng  simalarının  müəyyən-
ləşdirdiyi  üslub  və  məktəblər  bunun  canlı  şahididir,  necə  ki, 
Füzulidən sonrakı mərhələnin gedişində bunu müşahidə edirik. 
Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif adı ilə 
bağlanacaq  məktəbin  yaradıcılarıdır,  ancaq  Nizami  məktəbi 
Füzuli  məktəbi  də  deyil,  mahiyyət  və  islami  düşüncə,  estetik 
təfəkkür baxımından nə qədər yaxınlaşsalar da onların arasında 
ciddi  kateqorial  fərqlər  vardır  və  əgər  bu  olmasaydı  biz  onda 
Füzuli  məktəbi  adını  da  bir  termin  olaraq  sistemli  vurğulaya 
bilməzdik.  
Ədəbiyyatın  Füzuli  zirvəsinin  XVI  əsrin  axırlarından 
başlayan  enişi  yeni  düşüncəni,  bədii  sxemlərin  yeniləşməsi 
zərurətini bir xətt olaraq ortaya qoymuşdu. Ona görə də tarixin 
dönəmlərində  astagəlliklə  (əslində  isə  zamanını  gözləməklə) 
işini  yola  verən  türk  mədəniyyətinin  əski  yaddaş  layı  oyanışa 
başladı  və  Qoca  Şərqin  təfəkküründəki  qəzəlin  bir  janr  olaraq 
öləziməsində, islam fəlsəfəsinin bədii məkanda müəyyənləşdirə 
bilmədiyi  yeniliyin  boşluğuna  sahiblik  missiyasını  öz  üzərinə 
götürməklə  Vaqif  mərhələsinə  gedən  yolun  inkişafına  rəvac 
verdi.  XVII  əsrdə  şifahi  düşüncədə  özünə  imkan  qazanan 
möhtəşəmlik yazılı arenada Vaqif-Vidadi xəttində zirvə yaşadı.  
Görkəmli  ədəbiyyatşünas  Mehdi  Hüseyn  xalq  dilindən 
istifadənin  zənginlikləri  haqqında  düşünərkən  xüsusi  olaraq 
vurğulayır:  “xalq  dilinin  zənginliklərindən  istifadə  məsələsi 
bizim  üçün  hələ  də  öz  aktuallığını  itirməmişdir. Lakin  burada 
yazıçının şəxsi bacarığı son dərəcədə mühüm rol oynamalıdır. 
Xalq  dili  xəzinəsindən  istifadə  haqqında  söhbət  gedəndə, 


 
78 
sözləri mexaniki olaraq bədii əsərə gətirmək  nəzərdə tutulmur. 
Burada xalq mənəviyyatının dərinliklərinə nüfuz etmək və xalq 
təfəkkürünün xüsusiyyətlərini anlayıb izah edə bilmək  bacarığı 
nəzərdə  tutulur.  Artıq  sübut  olunmuşdur  ki,  xalqdan  qida 
almayan, onun taleyi ilə öz taleyi bağlamayan, öz ruhu etibarilə 
xalqa yad olan bir yazıçı qol-qanad açıb, həqiqi vüsət kəsb edə 
bilməz.  Dünyanın  ən  nəhəng  sənətkarları  Homer,  Firdovsi, 
Nizami,  Dante,  Şekspir,  Puşkin,  Nekrasov,  Tolstoy,  Qorki  və 
Mayakovski məhz xalq yaradıcılığına, xalq zəkasının tükənməz 
qaynaqlarına bağlı olduqları, öz əsərlərinin böyük hadisələri və 
insanlarını  dərindən duyub dərk etdikləri, öz zəmanələrini tam 
mənasilə ifadə etməyi bacardıqları üçün bu qədər yüksəlmiş və 
şöhrət  qazana  bilmişlər”  (47,  32).  Əlbəttə  Vaqif  ədəbi 
məktəbinin  mahiyyətində  duran  məhz  xalq  mənəviyyatının  və 
xalq təfəkkürünün, xalqın olanın əsas xətdə ifadəsidir. Nizami 
yaradıcılığında  Nizami  və  folklordan  bəhrələnmə  dəfələrlə 
vurğulamışıq və bir daha vurğulayırıq ki, mahiyyət məsələsidir. 
Onun  bütün  əsərlərinin  cövhərini  elə  xalqdan  gələnlər  təşkil 
edir ki, bu istiqamətdə yazılanları hesablasaq bəlkə də cild-cild 
əsərlər  ortaya  çıxar.  Bütün  yazılanların,  təhlillərin  də  son 
nöqtəsi yenə xalqdan yararlanmaya, xalq düşüncəsinin, estetik 
qavrayışının dərkinə və açımına yönəlir. Sadəcə olaraq Nizami 
intibahı  ilə  Vaqif  intibahının  mahiyyətində  dayanan  fərqlilik-
lərin zaman və siyasi proses, İslam düşüncəsinin ifadəliliyinin 
ortaya  qoyulması  anlamında  görünüşü  nəzərə  çarpır.  Nizami, 
Füzuli  kimi  sənətkarlar  ölümsüzdür  və  bütün  zamanlarda 
ədəbiyyata,  bədii  düşüncəyə  təsir  etmək  gücünü  saxlayır  və 
artıq  yüz  illiklər  keçməsinə  baxmayaraq,  yenə  də  belədir. 
Ancaq  Nizaminin  intibahı  türklükdən  daha  çox  islam  intibahı 
sisteminə dayanır. Klassik Şərq ədəbiyyatından gələn üslublar, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə