Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə28/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   24   25   26   27   28   29   30   31   ...   93

 
86 
başqa xarakterlidir və münasibətləri, hansısa hadisəyə baxışları, 
ictimai,  siyasi,  mədəni  mühitdə  olanları  (müsbət  və  mənfi) 
çatdırmağa  istiqamətlənir.  M.V.Vidadi,  M.P.Vaqif,  Ağqızoğlu 
Piri,  M.F.Axundov,  Q.Zakir,  Hüzeyn  xan  Müştaq,  Cəfərqulu 
xan Nəva, Məhəmməd bəy Aşiq, Həsən Mirzə Həsən, Abdulla 
Canızadə, Aşıq Qənbər və s. simalar arasında olan yazışmalar 
öz  mətn  sxemləri,  struktur  komponentləri  ilə  xüsusi  maraq 
doğurur və dövrün siyasi, ictimai məzmununu, real mənzərəni 
izləmək üçün daha ciddi fakta  yüklənir. Sonrakı  dövrdə, daha 
doğrusu,  XIX  əsrin  əvvəllərində  Aşıq  Pəri  ilə  yazışmalar  bir 
növ  Vaqifdən  sonranın  hadisələrini  daha  təfərrüatlı  izləməyə, 
heca vəzninin işləkliyinin dönməzliyini və çoxalan istiqamətdə 
ədəbiyyatda  boy  artımını  düşünməyə  əsas  verir.  Əlbəttə  heca 
vəzninin  inkişaf  tendensiyasını  və  Qarabağ  ədəbi  mühitində 
aparıcı  mövqeyə  istiqamətlənməsini  təkcə  Qarabağ  mühitinin 
sərhədləri  müstəvisində  cızmaqla  kifayətlənmirik,  bunun  bir 
forma  olaraq  inkişaf  tendensiyası  türkün  bədii  düşüncəsinin 
inkişaf tarixi ilə bağlıdır və onun ruh məsələsi olaraq boyartımı 
keçirir.  Sadəcə  olaraq  Vaqif  intibahı  müstəvisində  məsələyə 
yanaşdığımızdan, bir mərhələ olaraq  əvvələ və sonraya diqqət 
yetirməli,  olanları  inkişaf  texnalogiyası  baxımından  aydınlaş-
dırmağı məqsədə çeviririk.  
M.P.Vaqif  yaradıcılığının  bütövlük  sistemini  aydınlaş-
dırmaq  üçün  ən  mühüm  məsələlərdən  biri,  təkrar  edirik,  
problemin  Qarabağ  mühiti  səviyyəsində  işlənməsidir.  Ümu-
miyyətlə,  ədəbi  fikrin  inkişaf  tarixinə  diqqət  yetirdikdə  bədii-
estetik  düşüncənin  dinamik  mənzərəsi  üçün  mühitlər  həmişə 
mühüm  rol  oynamışdır.  Şirvanşahlar,  Atabəylər,  Qəznəvilər 
saray  mühitinin  Şərq  mədəniyyəti  tarixində  oynadığı  rol 
sonsuzluqla,  intibah  düşüncəsinin  əvəzsiz  nümunələri  ilə 


 
87 
mühüm  əhəmiyyət  daşıyır.  Bir  qədər  əvvələ  getsək  Sacilər, 
Salarilər,  Rəvvadilər,  Şəddadilər  saraylarının  da  bədii-estetik 
dinamikanın  müəyyənliyində  ciddi  yardım  faktları  vardır. 
İslamın  gəlişi  bu  cür  ocaqların  formalaşmasına  bir  növ 
təminatçı olmuş, dövlət, siyasi sistem səviyyəsində məqsəd və 
mərama  çevrilmişdir.  Məkkə,  Mədinə,  Bağdad,  Xorasan 
mühitlərinin Şərq mədəniyyəti tarixində oynadığı rolun klassik 
nümunələri  vardır.  M.Şəhavət,  İ.Yəsar,  Q.Təbrizi,  X.Urməvi, 
X.Təbrizi,  İ.Zəncani,  Z.Həmədani,    Ö.Gənci,  E.Miyanəçi, 
F.Şirvani,  İ.Şirvani,  X.Şirvani,  N.Gəncəvi,  M.Gəncəvi, 
Z.Şirvani, H.Təbrizi və s. onlarla, yüzlərlə sənətkarlar bu və ya 
digər  dərəcədə  saray  mühitinə  bağlanmış,  çiçəklənən 
mədəniyyət  müstəvisində  ədəbiyyatın,  bədii-estetik  məkanın 
pərvərişinə  yardımçı  olmuş  və  ən  möhtəşəm  əsərlərini  həmin 
mühit daxilində yaradıb gediləcək yola istiqamət vermişlər. 
Ona  görə  də  mühitin  inkişaf  tendensiyası,  dinamik 
mənzərəsi  anlamında  diqqət  yetirilməli  məsələlərdən  birisi 
tipoloji yanaşmalarda təhlillərin aparılmasıdır. Çünki bu təhlil-
lər  nəticənin  dolğunluğuna,  inkişafın  dinamik  mənzərəsinin 
aydınlığına  əsas  olur  və  daha  ciddi  qənaətlərə  gətirib  çıxarır. 
Qarabağ ədəbi mühiti bu müstəvidə bir qaynaq olaraq ənənəyə, 
klassikanın ortaya qoyduğu sistem üzərində olanların inkişafına 
və  mühit  səviyyəsində  özünəməxsusluğuna  bağlanır.  Əlbəttə 
xanlıqlar  dövründə  xanlıqların  çevrəsində  olanlar  mühit 
səviyyəsində  elə  də  güclü  ədəbi  axının  mövcudluğunu 
düşünməyə  əsas  vermir.  Səfəvilər  xanədanının  başa  çatması, 
Nadir  şahın  hakimiyyətinin  sonuclanması  artıq  yeni  başlan-
ğıcın,  ziddiyyətlərin  yaranması  üçün  əsas  oldu.  Azərbaycan 
bütün  istiqamətlərdə  siyasi  böhran  yaşadı,  ədəbiyyat, 
mədəniyyət  də  bunun  bir  hissəsi  kimi  eyni  aqibətlə  üzləşdi. 


 
88 
Xanlıqlar  onsuz  da  dərinləşməkdə  olan  böhranın  inkişafa 
meyillənməsinə  yardımçı  ola  bilmədi,  əksinə  feodal 
müharibələrini, ciddi siyasi ziddiyyətləri, daxili qarşıdurmaları 
qaçılmaz  etdi.  Beləliklə,  son  olaraq  birləşməkdən,  milli 
düşüncənin  dirçəlişindən,  dövlətçilik  təsəvvürünün  formalaş-
masından çox gərginliyin artmasına meyilləndi. Qarşıdurmalar, 
hakimiyyət  iddiaları  son  olaraq  onların  özlərinin  məhvini 
qaçılmaz  etdi.  Molla  Pənah  Vaqif  məhz  bu  xanlıqların 
yaranması  və  mövcudluğu  şəraitində  intibah  hadisəsi  kimi 
parladı,  ədəbi  düşüncəyə  istiqamət  verə  bilmək  bacarığı  ilə 
bütünlükdə ictimai-mədəni sferanın özünə istiqamət verdi. Yüz 
illər  boyu  güclənən  səviyyədə  müşahidə  olunan  bədii-estetik 
sistemin  köhnəldiyini  və  M.Füzuli  ucalığından  sonra  böhran 
yaşadığını,  yeni  mərhələyə  gəlişin  qaçılmaz  olduğunu  öz 
zəngin  istedadı  ilə  ortaya  qoydu.  Qarabağ  xanlığı,  Qarabağ 
ədəbi mühiti bunun üçün başlanğıc nöqtəsi oldu. Bütün olanlar 
isə  Vaqiflə  reallaşdı,  onun  zəngin  istedadı,  mövcud  sxemləri, 
düşüncə tiplərini, əruz vəzni ilə bağlı sistemin alternativsizliyi 
təsəvvürlərinə son qoydu. Rəvvadilər, Şəddadilər, Şirvanşahlar, 
Atabəylər,  sonrakı  çağlarda  Səfəvilər  sarayında  olanların 
(Qarabağ xanlığı da daxil olmaqla), dil üstünlüyündən tutmuş, 
yaradıcılıq  üslublarına  qədər  olan  qəlibləşmiş  təsəvvürlərin 
dağılması  və  yeni  ilə  əvəzlənməsi  baş  verdi.  “Lisani-rəsmi”si 
farsca  olan  İbrahim  xan  Cavanşir  xanlığı”nda  bu  cür  intibaha 
rəvac  vermək  özü  böyük  məsuliyyət  və  cəsarət  tələb  edirdi. 
S.Mümtaz  məhz    bunları  nəzərə  alaraq  yazırdı  ki,  “Vaqifin 
şeirləri  o  qədər  rəvan,  sadə  və  o  qədər  şirindir  ki,  insan 
oxumaqla doymur. Bütün kitabı birdən götürüb başına çəkmək 
və içmək istəyir. Vaqif tam  mənası  ilə el  şairi olaraq, həm  də 
mücəddəddir”.  (74,  68).  Onu  da  əvavə  edək  ki,  M.P.Vaqif 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə