Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə33/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

 
103 
bağinin dediyi kimi, “illər boyu bu şeir kitabı bizdən gələcəyə 
yadigar  qalsın”  (62,  25-26)  düşüncəsində  olan  fikirlər  daha 
təzə-tər, daha dolğun görünər və Vaqif böyüklüyünün dərkinə 
xidmət  edər.  Bu  böyüklük  müxtəlif  səviyyələrdə,  məsələn,  
Mirzə  Vəli  Baharlı  ilə  söhbətlərdə  də  aydınlaşır.  Mirzə  Ca-
malın  (İbrahim  xanın  katib-vəziri)  oğlu  Rzaqulu  bəyin  qeyd-
lərində bir məqam vurğulanır: “Axund mərhim əvvəl vaxt Şuşa 
şəhərində varid olub  məktəbdarlıq edib bir az vaxtdə bu yerdə 
olan  adamlar  ilə  ülfət  qılıb  ki,  o  cümlədən  biri  Molla  Vəli 
Baharlu (Mirzə Vəli Baharlu – M.A.) imiş ki,  mərhum İbrahim 
xana  yavuq  adam  və  nökər  imiş    və  səyaqi-haldan  şöylə  
məlumdur  ki,  axund  məzkur  elmi-nücumi  bilürmiş.  Belə  ki,  
şol vəxtdə  Şuşa qalası tazə  bina olmuş şəhər,  bir parə bu günə 
elmləri  bilən  kəslər  bu  yerdə  yox.  Bir  gün  Molla  Vəli 
Baharluya əsnayi-söhbətdə  axund deyir ki, bu gecə xüsuf olur. 
Molla Vəli cavab verir ki, nə bilürsən. Deyir ki: Bən bilürəm. 
 
İttifaqən  həmin  gecə  ay  tutulur.  Molla  Vəli  təəccüb 
qalıb  buna  artuq  iradəti  artur.  Bir  müddət  sonra  genə  əsnayi-
söhbətdə  deyir:  Molla  Vəli  bu  günlərdə  gecələr  evdə  yatma, 
çöldə  yat.  Deyir:  Nə  üçün.  Deyir:  Zəlzələyi-əzim  olacaqdır. 
Amma  bu  sözləri  ki,  bən  sana  deyirəm  heç  kəsə  demiyəsən.  
Molla  Vəli  bu  sözü  saxlamıyub  gedib  xana  ərz  edir  ki,  Xan, 
fılan molla buraya gəlübdür anda bir əlamət  gördüm. Dedi bu 
gecə ay dutulur.  Həmin gecə ay dutuldi. Şimdi deyir ki, zəlzələ 
olacaq, gərək ta necə olur. Hərgah dəxi boylə ola, bir əlamətlü 
adamdur. Həmin gecə şöylə  şiddətlü zəlzələ olur ki, pənah bər 
xuda”  (32,  41-42).  Onu  da  əlavə  edək  ki,  Mirzə  Vəli  Baharlı 
İran  şahı  tərəfindən  topun  ağzına  qoyulub  atılmışdır. 
Göründüyü  kimi,  o  dövrün  bütün  mənbələri  M.P.Vaqifi 
müxtəlif səviyyələrdə bütün tərəfləri ilə qeyd etməyə çalışır və 


 
104 
onun  təkcə  şair  kimi  deyil  həm  də  bir  şəxsiyyət,  dövrünün 
elmlərinə bələd bir sima kimi təqdim edir. Vaqifin böyüklüyü 
bütün  bunların  müqabilində,  M.V.Vidadi,  Mirzə  Vəli  Baharlı, 
Alim,  Kərbəlayi  Səfi  Valeh,  Abdulla  Canızadə,  Baba  bəy, 
Şakir Şirvani,  Ağa Məsih Şirvani  və başqaları ilə müqayisədə 
açılır.  
Vaqifin  lirik  şair  kimi  yetişməsində  mühitin  rolunu 
vurğulayan  A.Dadaşzadə  xüsusi  olaraq  göstərir  ki,  “məsnəvi 
yazmayaraq sırf  lirik şair kimi tanınan şairlər  isə daha çoxdur. 
Qazi  Bürhanəddin,  Nəsimi,  Həbibi,  Kişvəri,  Qövsi  kimi 
məşhur  lirik  sənətkarların    adını  çəkmək  kifayətdir.  Vaqif  də 
məhz  belə “sırf” liriklər dəstəsinə daxildir. 
Vaqifin  lirik  bir  şair  kimi  yetişməsi  onun  dövrü,  ədəbi 
mühiti  ilə  əlaqədardır.  Ədəbi  nöqteyi-nəzərdən  bu  dövrün  iki 
səciyyəvi  xüsusiyyəti  daha  çox  nəzərə  çarpır.  İlk  növbədə 
XVIII  əsrdə  lirik  şeirin  tam  hökmran  olduğunu  görürük.  Bu 
dövrdə  samballı  epik  əsərə,  demək  olar  ki,  təsadüf  etmirik. 
İkinci tərəfdən, XVIII əsrdə yuxarıda dediyimiz kimi, hələ XVI 
əsrdən  başlayaraq    qüvvətlənən  bir  meyil  –  xalq  poetik 
yaradıcılığına  həvəs,  həyatilik    özünü  xüsusilə  göstərməyə 
başlayırdı.  Bu  dövrdə  lirika  əsasən  xalq  poetik  yaradıcılığına 
yaxın  bir  tərzdə,  heca  vəznində  və  xalq  poetik  formalarında, 
həm  də  geniş  surətdə  inkişaf  edirdi.  Bəlkə  lirikaya  elə  bu  cür 
güclü  meyil    epik  janrın    qol-qanad  açmasına  mane  olurdu” 
(33,  82-83).  Əlbəttə  bu  zənginlikdə  Qarabağ  mühitindən 
kənarda  yazıb-yaradan  Şikəstə  Şirin,  Nişat  Şirvani,  Şakir 
Şirvani,  Məlali,  Ürfani,  Baba  Şirvani,  Saleh,  Xəstə  Qasım, 
Miskin  Məhəmməd  və  s.  kimi  sənətkarların  yaradıcılığında 
olan xalq şeiri üslubu digər üslubların qol-qanad açmasına elə 


 
105 
də imkan vermirdi. Məsələn, Şikəstə Şirinin sırf tarixi reallığın 
ifadəsinə yönəlmiş bir şeirinə diqqət yetirək: 
 
Bir od idi Tiflis üstə tökdülər
Qızıl, gümüş, cəvahirin çəkdilər, 
Damı, daşı, künc bucağı sökdülər, 
Qalmadı bir dənə ləli Tiflisin (74, 62). 
 
Göründüyü  kimi,  XVIII  əsr  şeirin  inkişaf  texnologiya-
sında  gedən  proseslər  epik  ənənənin  inkişafını  arxa  plana 
keçirməklə,  bəlkə  də  sıxışdırmaqla  bir  zərurət  olaraq    təbii 
prosesə  çevirmişdi.  “Koroğlu”,  “Abbas  və  Gülgəz”,  “Aşıq 
Qərib”, “Şah İsmayıl”, “Tahir və Zöhrə” və s. kimi möhtəşəm 
sənət  abidələrinin  yaranması  və  mühitdə  işləkliyini,  təsir 
dairəsini  genişləndirməsi  daha  əski  layın  oyanışını  qaçılmaz 
hala gətirmişdi. “Demək olar ki, altıncı, yeddinci əsrlərdən din 
süngüləri  ucında  yürüyən  İslam  ədəbiyyatının  qüvvətli 
zamanında    Əhməd  Yasəvi  ilə,  mütəsəvvüf    Yunis  Əmrənin 
təkyələrdə  də  olsa,  mühafizə  etdikləri  heca  vəznli  şeirlər    də 
bəyliğ üsul idarəsinin qərarlarına baxmayaraq, Vaqiflə təkamül 
dərəcəsinə  varmışdır.  Buna  görə  də  Vaqifin  heca  vəznində 
yazdığı    şeirləri  əruz  vəznində  yazdıqlarını    başabaş  sıfır 
dərəcəsinə  endirmişdir.  Çünki  əruz  vəznindəki  şeirləri  quru, 
boş və süni bir quruluş  üzrə  yazıldığı  kibi,  ilhamı da sarayın  
mütəntən,  möhtəşəm  görünüş  və  göstərişlərindən  almışdır. 
Heca  vəznində  yazdıqları  isə    təbii  olmaqla  bərabər,  xalq 
dilinə, xalq biliginə, xalq anlayışına əsaslandığı kibi, ilhamı da 
aşıq  Pəri  kibi  incə  və  gözəl  şeir  pərisinin,  “Fatimə,  Safiyə, 
Mələk,  Mədinə  kibi  gözəllik  mələklərinin  nazü  ğəmzəsindən, 
zəhməsindən, süzgün baxışından almışdır”  (76, 75-76). Burada 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə