Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə91/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   85   86   87   88   89   90   91   92   93

 
319 
oynadığı rol sırf mühitin və bir qədər də əvvəl, yəni XVII əsrin 
özündə gedən proseslərin nəticəsi ilə bağlana bilərdi. Səfəvilər 
hakimiyyətinin sona çatması, Nadir şahın hakimiyyəti və ondan 
sonrakı sürətlə gedən mərkəzdənqaçma prosesi, zəif xanlıqların 
daxili ziddiyyətləri və s. hamısı milli dirçəlişi bir zərurət kimi 
şərtləndirirdi  və  bu  da  bir  mədəni  hadisə  olaraq  Türkmənis-
tanda  M.Fəraqi,  Azərbaycanda  M.P.Vaqiflə  reallaşdı.    Vaqif 
bütünlükdə bədii-estetik düşüncəsi  ilə Azərbaycan realizminin 
beşiyi  başında  durduğu  kimi,  Məhtimqulu  da  türkmən  milli 
realizminin  beşiyi  başında  dayanmışdır.  Görkəmli  ədəbiyyat-
şünas  alimin  M.P.Vaqif  haqqında  dediklərini,  sözünə,  cümlə-
sinə  toxunmadan  yüzə-yüz  Məhtimqulu  haqqında  da  demək 
mümkündür.  Bu  iki  böyük  şairə  olan  sevginin  qaynağında 
doğurdan da millilik, etnosu bütün tərəfləri ilə təsvir düşüncəsi 
dayanır.  Elat  həyatı,  onun  qayğıları,  mərasimləri,  gündəlik 
güzəranı, təsəvvürləri bir bütöv olaraq bu iki böyük sənətkarın 
yaradıcılığında  özünə  yer  alır.  Məsələn,  Mətimquluda 
oxuyuruq: 
 
Ceyhun-bəhri, dənizi-Xəzər arası, 
Çöl üstündən əsər yeli türkmənin. 
Gül-qönçəsi qara gözüm qarası, 
Qara dağdan axar seli türkmənin. 
 
Haqq qorumuş, vardır onun sayası, 
Quyruq yellər çölündə nəri – mayası, 
Rəngarəng gül açar yaşıl laylası, 
Qərq olmuş reyhana çölü türkmənin. 
 
Al yaşıl bürünüb çıxar pərisi, 
Kükrəyib bərq vurar ənbər iyisi


 
320 
Bəy, törə, ağsaqqal – yurdun yiyəsi, 
Kərən tutar gözəl eli türkmənin. (70,  11) 
 
Bu  şeir  ümumi  strukturu,  janr  məzmunu,  bütün  poetik 
detalları  ilə  aşıq  şeiri  üzərində  köklənmişdir.  Bədii-estetik 
düşüncənin  inkişaf  texnologiyaları  onu  deməyə  əsas  verir  ki, 
artıq  milli  dəırk  və  milli  özünəməxsusluq  XVIII  əsrdə  
mahiyyətə yönəlikli hadisə kimi bütün sferalarda aparıcı xətdə 
dayanırdı.  Klassik  ənənənin  yüz  illər  boyu  aparıcı  xətdə 
dayanması və artıq bədii düşüncədə özünü göstərən təkrarçılıq 
yeni  şəraitdə  yeniləşməni,  hətta  bədii  düşüncənin  özünün 
mövcud vəziyyətdən doyduğunu aydın şəkildə  ortaya qoymaq-
da  idi.  Məhtimqulu  və  Vaqif  bunu  bütün  təfərrüatı  ilə  dərk 
etmiş və etnosun genetik yaddaşında olanların  şifahi mühitdən 
yazı  mühitinə  gətirilməsinə  rəvac  vermişdi.  Bir  növ  orta 
əsrlərin  dərinliklərində  M.Füzuli  böyüklüyündə  mürgüləyən 
ədəbi  prosesi  düşdüyü  vəziyyətdən  xilas  etmişdi.  Artıq  islam 
mədəniyyətinin  fundamental  fakturasının  ortaya  qoyduğu 
dəyərlər  bir  xətt  olaraq  milli  düşüncə  tipində  olanların  bədii 
arenaya gəlişini aktuallaşdırırdı. Ona görə də etnosun min illər 
boyu  qəlbinin  başında  yaşatdığı  və  keçirib  gətirdiyi  nəyi 
vardısa onu  yazılı ədəbiyyatın arenasına bir vəzifə borcu kimi 
qoydu. Azərbaycan ədəbiyyatında bu fövqəl olanın reallaşması 
Vaqiflə,  türkmən  ədəbiyyatında  Məhtimqulu  ilə  reallaşdı. 
Məhtimqulu  “Türkmənin”  yazdı,  Vaqif  isə  vətən  timsalında 
“Hayıf ki, yoxdur”u ədəbi hadisə kimi bədii sferaya təqdim etdi 
və  bununla  bütünlükdə  Kür  qırağı  timsalında  vətəni  rəmz-
ləşdirdi. Necə ki,  dastanlarımızda, aşıqlarımızın şeirlərində bu 
tüp  simvollaşma  ilə  qarşılaşırıq  və  “Koroğlu”  bu  ənənənin 
klassik  formasıdır.  Ozandan,  aşıqdan  gələnlər,  epos  təhkiyəsi 


 
321 
və  xalq  şeiri  üslubunda  özünü  göstərən  kanonik  sistem  bütün 
variantlarda  yazılı  ədəbiyyat  üçün  enerji  qaynağı  olmuşdur. 
“Hayıf ki, yoxdur”, “Bayram oldu”, “Oynasın, “Öp”, “Ola” və 
s.  nümunələr  sazın  ecazkarlığına  hesablanmışdır,  elə  başlan-
ğıcını da oradan götürür. 
 
Kür qırağının əcəb seyrangahı var, 
Yaşılbaş sonası, hayıf ki, yoxdur. 
Ucu tər cığalı siyah tellərin,  
Hərdən tamaşası, hayıf ki, yoxdur. 
 
Qış günü qışlağı Qıraqbasanın, 
Gözüdür aranın, cümlə cahanın, 
Belə gözəl yerin, gözəl məkanın, 
Bir gözəl obası, hayıf ki, yoxdur. (89, 103) 
 
Göründüyü kimi, bu şeirin mahiyyətində xalq ədəbiyyatın-
dan gələn texnoloji sistemin və təsəvvürlərin mütənasibliyi ilə 
bütöv  bir  sənət  nümunəsi  yaradılmışdır.  D.N.Şmelyov 
vurğulayırdı  ki,  sözün  ifadəliliyi  yalnız  onun  ifadə  etdiyi 
mənadan yox, yəni yalnız onun leksik mənasından yox, həm də 
onun  sintaktik  siqlətindən,  eləcə  də  sözün  akustik  çalarından 
tutmuş  assosiativ-emosional    çalarına  qədər  başqa  sözlərlə 
müxtəlif əlaqələrindən asılıdır” (87, 61). Vaqif və Məhtimquğu 
yaradıcılığının  mahiyyətində  dayanan  da  elə  bu  sistemin 
mükəmməlliyi,  sözlərin  assosiativ-emosional  çalarlarının 
qeyri-adiliklə  bir  sistemə  oturdulmasıdır.Yuxarıdakı  mətn 
bunun klassik nümunəsi olmadan arxasında dayanan hadisə ilə 
birgə  əbədiyaşarlıq  qazanmışdır  və  bir  növ  özündən  sonrakı 
ədəbiyyatın  abidəsinə  çevrilmişdir.  Son  olaraq  vətən  düşün-
cəsinin  “Koroğlu”  dastanında  olan  digər  bir  formatını  ədəbiy-


 
322 
yata  təqdim  etmişdir.  Vaqifi  Azərbaycan  ədəbiyyatında  hansı 
zirvənin  sahibi  və  hansı  səviyyədə  görürüksə,  Məhtimqulunu 
da  türkmən  ədəbiyyatında  eyni  ucalıqda  qəbul  edirik.  Bu  iki 
böyük şair XVIII əsr türk xalqları ədəbiyyatının yönləndiricisi, 
məktəb  yaradıcısı  olmuş  şəxsiyyətlərdir.  Ədəbiyyatşünas 
E.Quliyev  vurğulayır  ki,  “Məxtimqulu  Fəraqi  XVIII  əsr  türk-
mən    realist  ədəbiyyatının  banisi,  böyük  mütəfəkkir  şairi, 
movzu  və  formasına  görə  yeni  ədəbiyyatın  yaradıcısı  kimi 
şöhrət  qazanmışdır”  (66,  407).  Vaqif  haqqında    yürüdülən 
bütün  nəzəri  mülahizələrdə  də  bu  tip  qənaətlər  irəli  sürülür. 
Çünki  bu  iki  sənətkar  öz  dövründə  ədəbiyyatda  yaranan 
boşluğu  doldurmuş  və  onun  sonrakı  inkişafına  istiqamət 
vermişlər. Ona görə də onların yaradıcılığını tipoloji müstəvidə 
bir neçə istiqamətdə izləmək gərəyi yaranır: 
a) etnosun bədii-estetik təsəvvürlərini ifadə baxımından; 
b) əski kanonik sistemin qoruyuculuğu kontekstində
c)  ozan  /  aşıq  (baxşı)  ruhundan  gələnlərin  yaşarlığı 
anlamında; 
ç)  milli-mənəvi  mədəniyyətin  təsvir  və  ifadəliliyinə 
üstünlük verilməsi ilə
d)  Azərbaycan  (Vaqif),  türkmən  (Məhtimqulu)  məişətinin 
əksi; 
e) arxaik yaddaşda olanların qoruyuculuq missiyası ilə; 
ə) XVIII əsr mühitini ifadə baxımından və s. 
Bütün  bunlar  bir  kül  olaraq  bu  iki  böyük  şəxsiyyətin 
ədəbiyyat tarixində oynadığı rolu aydınlaşdırır. Hər iki sənətkar 
öz  bədii  təxəyyülündə  olanlarla  birgə  üslub  qurucusu  olmu., 
bədii-estetik  düşüncə  formalaşdıranlardır.  Məhz  bu  səbəbdən 
S.Vurğun  “Şairin  ölümü”  şeirində  “o  böyük  şairin  hər  bir 
şeirini deyir laylasında bizim analar” söyləyirdi. Layla etnosun 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə