129
Nə zülmünən alağını çəkibdir,
Ayaqyalın Reyhan qarı, sərçələr!
Molla Cümənin «Ay arvad» rədifli şeirinə nəzər salaq.
Şeir aşığın dilindən arvadına müraciətlə söylənmişdir:
Ağyazlıda taxılımız zay ola,
İndən belə kəsəyənlər bay ola,
İnanmıram çəltikdən də pay ola…
«Üç ildir ki, yarımçıqdır xanamız» – deyən aşıq evini
tikib qurtarmağa imkanı olmadığından, güzəranının ağır keç-
məsindən şikayətlənir:
Soruşursan neçə-neçə halım var,
Ev tikəsi nə ustaya pulum var,
Quyruğu yox, dişləri yox kəlim var,
Nagah ölsə evim yıxdı, ay arvad.
Ulu söz sərrafı həmin şeirin başqa bir bəndində o zaman
qoyulan ağır vergilərdən təngə gəldiyini bildirir:
Məşədilərin üstümüzdə borcu var,
Saldat pulu, bir də Mirzə xərci var,
İki koxa, otuz manat töycü var,
Az deyirəm, hələ çoxdu, ay arvad.
Aşığın arvadına müraciətlə söylədiyi bu şeir, şübhəsiz, o
zaman ehtiyac içərisində yaşayan ümumi xalqın dərdi idi.
Molla Cümə çar məmurları və yerli zülmkarlardan yaxa qurtar-
maq üçün arvadına xitab etməklə xüsusi bir priyom işlətmiş,
məsələyə sadəcə evə, ailəyə məxsus bir don geydirmişdir.
Ancaq diqqət etdikdə aşığın etirazının xalqın şikayətilə birləş-
diyinin şahidi oluruq:
Mən Cüməyəm, bir murada irmədim,
Ha ki, cəfa çəkdim səfa sürmədim,
Bu dünyada yaxşı bir gün görmədim,
Haqqın dərgahında bədbəxt qul oldum.
O, əzabların və xoşbəxtliyin səbəbini dünyada, zəmanədə,
hətta fələkdə görür. Ona görə də şeirlərində bəzən zəmanədən,
fələkdən şikayətlənir:
130
Çoxlarına tər bənövşə iylədir,
Çoxlarını gecə-gündüz göynədir,
Çoxlarını dırnaq üstə oynadır,
Çoxlarına tanbur çalan dünyadır.
…Molla Cümə, sənin kimi aşığı,
Kəmənd ilə çəkən dara dünyadır.
Səciyyəvidir, klassik aşıq yaradıcılığında kama yetməz-
lik, butasına, sevgilisinə qovuşa bilməmək böyük bir dərd kimi
təsvir olunur. Bu dərd böyüyür, məhəbbət sərhədlərini keçərək
elin, xalqın ümumi dərdi kimi ictimai bir rəng alır. Ustadların
dərdləri, kədərləri bu yolla elin dərdinə qovuşur, onunla birləşir
və o zaman daha böyük ictimai məzmun alır.
Ey cahan içrə olan
Ömrü-günü qara Cümə.
Möhnətin, hicrin əlindən
Düşübsən avara Cümə.
Xalq ara sirlərini
Etməyən aşkara Cümə,
Dili şikəst, özü miskin
Kimsəsiz, biçara Cümə.
Ta ölüncə bu yarın
Sevdası sərdə qalacaqmı?
Molla Cümənin çox kəsərli deyilmiş həcvləri də vardır.
Aşıq bunları o zaman ayrı-ayrı bəy, xan, torpaq sahibləri,
yaramaz adamların üzünə söyləmişdir. Bu həcvlərdə tiplər,
günahkarlar öz adları ilə ifşa olunur. «Hacı Kərimi həcv»,
«Molla», «Axsaq Laçın», «Dəllək salam», «Səid», «Cavad
ağa» və s. şeirləri buna misal göstərmək olar.
Molla Cümənin təcnis və bağlamaları da maraqlıdır.
Bağlamalarda aşıq bu və ya digər şəkildə müəmmalı fikirlər
söyləyir, dinləyicilərini, rəqibi düşünməyə sövq edir. Bu
131
cəhətdən onun «Gəlirəm» rədifli bağlaması böyük maraq
doğurur.
Görkəmli sənətkarın təcnis növündə yazdığı şeirləri də
müxtəlifdir. Bir sıra təcnislərdə bütün misralar eyni hərflə
başlayır: «Zəhmətim əşəddir, bülbülüm gülsüz» təcnisinin
bütün misraları «z», «Muştuluq sevdiyim, istəkli dostum»
təcnisininki isə «m» üstündə qurulmuşdur. «k» üstündə
qurulmuş bir təcnisə diqqət edək:
Kəşf etdik çölləri divana düşdük,
Kələyə, qovğaya, divana düşdük,
Göstərdin camalın divana düşdük,
Kərəm et Cüməyə ya dili göyçək.
Bütün göstərdiyimiz şeirlərlə yanaşı, Molla Cümə yara-
dıcılığında əsas yeri məhəbbət lirikası tutur. Aşığın müxəm-
məs, gəraylı, divani, təcnis və deyişmələrindəki yüksək sənət-
karlıq, ülvi məhəbbət hissləri, nəhayətsiz həyat eşqi, canlı və
təbii lirik duyğular, əxlaqi-estetik duyumlar kütlələrin zehninə,
təfəkkürünə, dünyagörüşünə güclü təsir göstərir, onları daim
düşündürür.
Molla Cümə gəncliyindən başlayaraq ustad sənətkarların
ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə
zənginləşmiş və bənzərsiz bir orijinallıq kəsb etmişdir. Belə ki,
o, özündən əvvəlki poeziyanın bəzi xüsusiyyətləri ilə bir
səsləşən əsərlər yaratmış və onlara oxşatmalar yazmışdır. Ən
başlıcası isə ulu ustad özünə qədər deyilməyən fikirləri böyük
ustalıqla müxtəlif şəkildə təcəssüm etdirmişdir. Molla Cümə
hər şeydən əvvəl gözəllik aşiqidir. Onun «Pəri» rədifli müxəm-
məsində gözələ xas olan bütün əlamətləri görmək olar:
Yəqin bil kərəm kanı,
Mən yanıram ataşına.
Mayılam camalına,
Həm gözünə, həm qaşına,
Yıxılım ayağına,
Durub dolanım başına,
132
Həm sənə qurban olum,
Həm də sənin yoldaşına,
Yoldaşın pərvazdı gəlin,
Xub yerişin qazdı gəlin,
Bu necə əndazdı, gəlin,
Baxışın şahbazdı, gəlin,
Doğmuşsan şəmsü qəmər,
Gül didarın yazdı gəlin.
Ey bahar yazım,
Durna avazım,
Əlimdə sazım,
Eşit niyazım.
Aç qolunu qucaqlaşaq,
Demək nə lazım.
Oynatsın Molla Cümə,
Şamama tək səni pəri.
Misralardakı axıcılıq, şirinlik, canlı portret gözəlliyi oxu-
cunu vəcdə gətirir. Aşıq bir qitədə dörd dəfə şeirin şəklini
dəyişdirir. Eyni qitədə bir hissədən o birisinə elə ustalıqla keçir
ki, oxucu onun sənətkarlığına heyran qalır. Hecaların sayı dəyi-
şərkən, bir hissədən o biri hissəyə keçilərkən əlaqə yaradan
sözlər işlədilir. Məsələn, birinci səkkiz misranın sonunda gələn
«yoldaş» sözü ikinci hissəyə, ikinci altı misranın sonunda rədif
kimi işlənən «yaz» sözü ikinci hissəyə keçid vasitəsi kimi
işlədilir. Bu cür sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar Molla
Cüməni müxəmməsin atası adlandırmışlar.
Kəndlərdə, eldə, obada, elin bəzəyi, yaraşığı olan el qız-
larını Molla Cümə böyük ilhamla vəsf etmişdir. Əliabadda
Məryəm, Çobankolda Nigar, Ənbərçayda Güllü, İlisuda Şirin-
can, Qımırbazarda Firdövs, Marsanda Reyhan, Almalıda Tü-
kəzban, Şotavarda Leyli, Tasmalıda Gülüzar, Güllükdə Fətmət,
Talada Həlmət və başqaları Molla Cümənin şeirlərində vəsf
olunmaları ilə fəxr edirlər.
Dostları ilə paylaş: |