136
Yol uzaqdır, özüm bihal, at arıq,
Cümə səni sevəndəydi o tarix –
Min iki yüz doxsanıncı sənədə.
Həmin tarix miladi ilə 1873-cü ildir. Bu zaman aşığın 19
yaşı var imiş.
Bəhs etdiyimiz şeirdə İsmi Pünhanın yaşı, gözəllik əla-
mətləri göstərilir: hüsnü gülə, laləyə bənzədilir, qaşları ayla
müqayisə edilir.
Hesabda olubdur 19 yaşı,
Qabağı aynadır, hilaldır qaşı.
«Alagöz» rədifli müxəmməsində isə Alagözün İsmi
Pünhana oxşarlığı təsvir olunur:
Alagöz, İsmi Pünhana
Əvvəl baxışın oxşayır,
Həm gözün, həm kirpiyin
Həm qələm qaşın oxşayır,
Həm dilin, həm dodağın
Həm inci dişin oxşayır,
Həm boyun, həm buxunun
Həm də qumaşın oxşayır.
Aşığın başqa bir şeirində İsmi Pünhanın obası ilə bağlılığı
eyhamla verilir:
Cümə ölüb tapılmasa meyidi,
İsmi Pünhan obasını axtarın.
Bu obanı gündə dörd yol dolanmaq aşıq üçün bir təsəlli
və həm də bir ziyarətdir:
Göynüyün ətrafın bu Molla Cümə
Gündə dörd yola ziyarət eylər.
«Layisqi» rədifli qoşmasında isə İsmi Pünhanın həmin
kənddə qərar tutması aydınlaşır. Aşığın Butası orada yaşadığı
üçün Layisqi cənnətə bənzədilir:
İsmi Pünhan səndə qərar tutubdur,
Oxşayırsan lap cənnətə Layisqi.
137
Böyük söz ustadı bir sıra əsərlərində İsmi Pünhanın
səciyyəvi xüsusiyyətləri də təsvir edilmişdir. İsmi Pünhan
gözəl, vəfalı, ülvi bir sevgilidir. O, bəzən öz aşiqinə eşq əzabı
verir, onunla görüşdükdə gülüb danışmaq belə istəmir.
Xubluqda əladır, kəmalı cəmdir,
O olan məclis də söhbətdir, dəmdir.
Danışmağı hicran, gülmağı qəmdir
Həsrətindən canım zara gəlibdir.
Belə hallarda aşiq məşuqəsinin cövrü-cəfasından ah-zar
edərək bir ümid yeri axtarır:
Kimsə deməz zalım İsmi Pünhana,
Aşiqini etmə dəli-divana,
Gah yönümü çevirirəm Şirvana,
Gah üz tutub Gürcüstana ağlaram.
İsmi Pünhan Molla Cümənin ilk və son sevgilisidir.
Molla Cümə butasız yaşaya bilmir:
İsmi Pünhan qamətini sındıran
Biri mənəm, biri də varmı ola.
Zaman keçdikcə İsmi Pünhan yavaş-yavaş əlçatmaz,
ünyetməz bir varlığa dönür, aşığın həyat idealına çevrilir.
Biz Molla Cümənin şeirlərində İsmi Pünhanın ölümü
haqqında da məlumata rast gəlirik:
İsmi Pünhan köçdü fani dünyadan,
Qarışdı torpağa göz hayıf oldu.
Yaxud:
Min iki yüz doxsanda sevmişdim
Min üç yüz onda da əlimdən getdi.
Aşıq hətta o biri dünyada da İsmi Pünhansız yaşamaq
istəmir:
İsmi Pünhan ərəsətin günündə
Ol hesab kitabın açmanam sənsiz.
Nəticə belə olur ki, Molla Cümə «İsmi Pünhan deyə-deyə
cahanda əyləşmişəm» deyərək ömrü boyu onunla bağlı oldu-
ğunu təsdiqləyir.
138
İsmi Pünhanın həyatdan getməsi aşığı sarsıtmışdır. O,
şeirlərində bütün ömrü boyu İsmi Pünhanı yad etmişdir.
İsmi Pünhanla əlaqədar bir cəhəti də qeyd etmək istəyirik.
Ən böyük ustad aşıqlarımızın butaları olub. Qurbaninin Pərisi,
Abbasın Gülgəzi, Sarı Aşığın Yaxşısı, Xəstə Qasımın Mələk
Siması, Abdullanın Cahanı, Valehin Zərnigarı və s. Butasız
haqq aşığı ola bilməz. Bunlar hamısı dastana düşmüş, orada
ömrünü davam etdirmişdir. Kim deyə bilər ki, doğrudan da
Abbas Tufarqanlıya eşq camı ilə Təbrizdə yaşayan Gülgəzi
buta verirlər. Abbas bir gecədə saz ustadına çevrilərək Təbrizə
gəlir, sevgilisinin çöhrəsini hələ görə bilməmiş Şah Abbas
gözəlliyinin sorağını aldığı Gülgəzi öz adamları vasitəsilə
İsfahana apartdırır. Abbas Təbrizdən Gülgəzin kəcavəsinin
dalınca payi-piyada yanıqlı-yanıqlı qoşmalar oxuya-oxuya
dəfələrlə ölümdən qurtararaq Şah Abbas sarayına yol tapa bilir.
Haqq aşığı kimi hər cür imtahandan çıxır, Gülgəzi alır və
Tufarqana qayıdaraq xoşbəxt yaşayır.
Kim deyə bilər ki, bu tarixi həqiqətdir, bədii əsər deyil.
Məsələ burasındadır ki, Abbasın yaradıcılığında buta – sevgili
ilə əlaqədar bir müddət meydana gəlmiş şeirlər əsasında aşığın
özü dastan – bədii əsər düzəltmişdir. Bu dastan da sonralar
digər aşıqlar tərəfindən təkmilləşdirilmişdir. Buna oxşar hadi-
sələrin məhz Molla Cümə yaradıcılığında da özünü göstərdiyi
göz qabağındadır. İsmi Pünhan da Molla Cümə yaradıcılığında
ustad aşıqlarımızın həyat və fəaliyyətinə öz butalarının oyna-
dığı rolunu oynamışdır. Ustad aşıqlarımızdan fərqli olaraq
Molla Cümə İsmi Pünhanla əlaqədar dastan yaratmamışdır.
Molla Cümə böyük sənətkardır. Aşıq, göründüyü kimi
insanın ən ümdə, incə, zərif hisslərini dilləndirən, ehtizaza
gətirən lirik mahnılarla yanaşı, dövrünün sərt, amansız qanun-
larını, bu qanunların məngənəsində çabalayan insanların izti-
rablarını, faciəsini yüksək sənətkarlıqla təsvir edən çox ciddi
əsərlərin də müəllifidir.
139
Bütün bunlarla bərabər biz onun yaradıcılığında dini
mövzuların da ifadəsinin şahidiyik. Bəzən aşığın hər şeydən əli
üzülür, onun dərdinə nə dostları, nə də tez-tez üzünü çevirdiyi
fələk kömək edir. O zaman aşıq, necə deyərlər, ibadətə oturur,
üzünü allaha çevirir. Bizdə hasil olan qənaətə görə gözəl ustad
olan Molla Cümə üz tutduğu allahdan dərdinə əlac olacağına
inanırdı. Bu, elə şeirlərdən də açıq hiss edilir. Belə əsərlər bir
insan, şəxsiyyət kimi xalqın ağsaqqalı, bilicisi və nəhayət
sənətkarı kimi ona lazım olurdu. Molla Cümə dövrünün ən
görkəmli aşıqlarının sənət ənənəsinə sadiq qalaraq islam dini,
onun tarixi, yaradıcıları haqqında geniş məlumata malik idi. Bu
sahədə biliklərini o, çox sənətkarlıqla bir sıra şeirlərində ifadə
edirdi. Belə şeirlər həm də onun sənətkar dünyasını, poetik
aləmini, dinlərə olan münasibətini, etiqadlarını gözümüzün
qarşısında canlandırır. Azərbaycan aşıq sənətində belə şeirlərin
özünəməxsus yeri vardır. Bunlar aşıqların elmini, biliyini, hə-
yat təcrübəsini, dünyaya baxışını, xalqın qəlbinə necə təsir
etmək məharətini öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir.
Acınacaqlı haldır ki, ustad aşıqlarımızın bu mövzuda olan
şeirləri vaxtilə məhv edilib. İslam mifologiyası ilə zəngin olan
əsərləri inkar etmiş, yolunu azan bir-iki molla, əfəndi, qazı
haqqında şeirləri nümunə göstərmiş, onları yazan sənətkarları
isə elə car eləmişik.
Molla Cümənin ədəbi irsi içərisində Qədim Şərq, Azər-
baycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası ilə əlaqədar
çoxlu şeirlər vardır. Qeyd edək ki, bu məzmunlu şeirlər vaxtilə
əlyazmasına yazıldığı üçün gəlib bizə çatmışdır. Həm də aşığın
belə şeirlərinin hamısı əlyazmalarına köçürülməmişdir və
onların bir qismi bizə məlumdur. İlisuda olarkən bizə dedilər
ki, Yunis dayı onu Quran kimi oxuyur. Biz sonralar başa
düşdük ki, orada aşığın minacat və surələri toplanmış imiş.
Aşığın bu mövzuda olan şeirlərini oxuyan görəcək ki, o, hər
şeydən əvvəl Qurani-Kərimə, yer üzünə gəlmiş məşhur pey-
Dostları ilə paylaş: |