164
Qırmızı Ordu arasındakı... ermənilər kənddə dayanmış Molla
Cüməni və bir neçə qaçmamış olan qonşularını tutub kənddən
üç verst uzağa bir quru yerə aparır, təxminən səkkizə qədər
adam öldürürlər ki, Molla Cümə də gözlənilmədən ağır bir
ölümə məhkum olmuşdu”.
GƏRAYLILAR
1. Molla Cümə bir sıra şeirlərində ərəb əlifbasının
hərflərindən istifadə edir. Bu hərfləri elə işlədir ki, şeirlərin
qafiyə, rədiflərinə uyğun olsun, həm də hərtərəfli işlətməklə
onlar vasitəsilə müəyyən müəmmalı sözlər də söyləyir. Həmin
gəraylıların misralarında – rədiflərində aşağıdakı sözlər işlədil-
mişdir: ata, sata, bata, yata; məsələn:
“Əlif”, “əlifə”, “te”, “əlifə iki”, “əlif” və bir “tey” hərfi –
ata oxunur, eləcə də başqa misralar.
2. Biz Molla Cümənin şeirlərini toplamaq üçün Şəkinin
kəndlərini gəzərkən aşığın həyat və yaradıcılığına bələd olan
qocalardan biri belə bayatı söylədi:
Yazı yazan olumu,
Yazıb – pozan olumu?!
Aşiqlərdə Cümətək
Qaynar qazan olumu?
Axtarışlar nəticəsində bu mövzuda bir gəraylı əldə edildi.
Deməli, Molla Cümənin həmin gəraylısı əsasında xalq arasında
belə bir bayatı yaradılmışdır.
QOŞMALAR
1. Bu qoşmanı ilk dəfə 1961-ci ildə Qax rayonunun
mərkəzində aşıq Məhəmməddən yazıya almışıq. Aşıq Məhəm-
165
məd qoşmanı söyləməzdən əvvəl bir qeyd də verdi: “Molla
Cümə yaxın tanışı, özünü dost kimi göstərən Məhəmməd ilə
yol gedirmiş, birdən yolun kənarında bir uzunqulaq anqırır.
Məhəmməd eyhamla deyir ki, bir aşıq oxumağa başladı. Bu söz
Molla Cüməyə bərk toxunur, onu hirsləndirir, çünki elin
sənətkarı olan aşıq haqqında belə söz deyən, onu təhqir edən
adam heç vaxt Molla Cümənin dostu ola bilməzdi.
2. Bizcə, bu şeir aşığın tərcümeyi-halı ilə əlaqədardır.
Sevgilisi İsmi Pünhanın nakam dünyadan köçməsi rəvayət-
lərinə işıq salır.
3. Molla Surxay Qax rayonunun İlisu kəndində olub,
Molla Cümənin ən əziz dostlarından biridir. Həmin şeiri ilk
dəfə H.Əlizadə çap eləmişdir (“Aşıqlar”, 1935, səh.165-166).
Ancaq dörd bənddən ibarətdir. Sonra Dilruba Qiyasbəyli şeiri
şəxsən yazıya alıb tam şəkildə çap etdirmişdir (“Elm və həyat”,
1971, №6). Şeirlə əlaqədar onun belə bir qeydi də vardır: “Bu
şeirin qəribə bir tarixçəsi vardır. Qoşma Qax rayonunun İlisu
kənd sakini Vəli Balay oğlu Qocayevdən yazılmışdır (Vəli dayı
bir neçə il İlisu kəndində kənd soveti sədri işləmişdir. Mən
şəxsən onu çox yaxşı tanıyıram – P.Ə.). O, bu şeirin tarixçəsini
belə nağıl edir: “1917- 1918-ci illər olardı. O vaxt mən 22-23
yaşında idim. Mən Şəkidən gəlirdim. Yolda, Ənbərçay kəndinə
gedən yolun ağzında Aşıq Molla Cüməyə rast gəldim. O, çox
kefsiz idi. Çox qocalmışdı. Mənim kim olduğumu soruşdu.
Atamı tanıdı. O, dostu Molla Surxaydan çox giley elədi. Dedi
ki, çox xəstə oldum, yanıma gəlmədi. Xəbər də göndərdim.
Qoca könlü kövrək olar. O, köksünü ötürüb dedi: “Yazı-pozu
bilirsənmi?” Dedim: “Bəli!” O, Molla Surxaya dediyi üç
qoşmasını mənə yazdırdı... Aşıq dedi ki, şeir tapşırması ilə
birlikdə üç olar”. D.Qiyasbəyliyə görə, Molla Cümənin Molla
Surxaya həsr etdiyi şeirlər: “Dünyadı”, “Bala mən” və bir də
“Sona” rədifləri ilədir. Əlavə edək ki, Molla cümənin indi bəhs
etdiyimiz şeirindən başqa, burada adı çəkilənlərin Molla Surxa-
ya həsr olunmasını təsdiq edən elə bir əlamət, fakt yoxdur.
166
Ancaq bizim kitablarımızda aşığın Molla Surxaya həsr elədiyi
“Molla Surxaydır” və “İnsandır” rədifli müxəmməsləri ilk dəfə
çap olunur. Bundan başqa, Molla Cümə “Meylim qonub üç
insana” kəlamını işlətdiyi digər bir müxəmməsində də əziz
dostu Molla Surxaydan böyük hörmət və izzətlə söhbət açır. Üç
insan isə Məhəmməd, Molla Surxay və bir də İsmi Pünhandır.
4. Molla Abdulla Cümənin dostlarından biridir. Bir gün
o, oğluna sünnət toyu eyləyir, dostu Molla Cüməni də dəvət
edir. Ancaq o vaxt Molla Cümənin əlində heç nə olmur ki,
dostunun toyuna pay aparsın, ona görə gedə bilmir. Sonra
eşidir ki, Molla Abdulla giley-güzar eləmişdir, onda həmin
qoşmanı deyib ona göndərir. Şeir 1961-ci ildə Balakən rayonu-
nun İtitala kəndində Aşıq Məhəmmədin dilindən yazıya alın-
mışdır. Bu əhvalatı da bizə o nəql eləmişdir.
5. Bu mövzuda bir çox Azərbaycan aşıqları şeirlər
yazmışlar. İnsanların xasiyyətinə görə fərqləri haqqında xalq
arasında qədimdən bəri məşhur məsəllər dolaşmaqdadır.
Məsələn:
Adam var ki, adamların naxşıdır,
Adam var ki, heyvan ondan yaxşıdır,
Adam var ki, dindirərsən, can deyər,
Adam var ki, dindirməsən yaxşıdır.
XVII əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur Azər-
baycan aşığı Abbas Tufarqanlı özünün “Bəyənməz” rədifli qoş-
masının bir bəndində deyirdi:
Adam var ki, gəzir səhranı, düzü,
Adam var döşürər gülü, nərgizi,
Adam var geyməyə tapammaz bezi,
Adam var al geyər, şalı bəyənməz.
Molla Cümə də həmin şeirini xalqdan götürdüyü bu möv-
zu əsasında yazmışdır.
167
Şeirin xalq arasında dolaşan bir neçə variantını toplayıb
əlyazması əsasında çapa hazırlamışıq. Üçüncü bəndin xalq ara-
sında belə bir variantı da vardır.
Adam var, danışar eldən ötəri,
Adam var, danışar dildən ötəri,
Adam var, fitnəylə feldən ötəri,
Dostu oda salar, dəryaya atar.
6. Molla Cümənin tərcümeyi-halı ilə bağlı vücudnamədir.
Ondan sonra həmin şeir uzun illər ixtisarla çap edilmişdir.
Nəhayət, bu səhv Molla Cümə əsərlərinin 1983-cü il nəşrində
düzəldilmişdir. H.Əlizadə əlyazmasında şeirin üçüncü bəndin-
də olan “əxim” sözünü “adım” kimi oxumuş, sonrakı nəşrlərdə
də belə getmişdir. Bu səhv də 1983-cü il nəşrində düzəldil-
mişdir. “Əxim” – qardaşım sözünü Molla Cümə bizcə şeirdə
vəzn xatirinə işlətmişdir. Əlyazmalarının birində “əxim” sözü-
nün qənşərində izahat məqsədilə “qardaşı” sözü yazılmışdır.
Həm də bənddə “pədər”, “madər”, “vələd” sözlərindən sonra
“əxim” deyilməsi təəccüb doğurmur. Molla Cümənin adı
Süleyman deyil, Süleyman aşığın qardaşının adıdır.
7. Bu şeirə, el arasında “təknə-tabaq” deyirlər. Özü də
şeirin adı gələndə gülüşürlər. Çünki bu şeirin maraqlı bir
yazılma tarixi vardır. Bu əhvalatı bizə Balakən rayonunda Aşıq
Məhəmməd nağıl elədi.
Molla Cümənin Həsən adlı bir oğlu olmuşdur. Həsən şən,
məzəli, nikbin bir oğlan idi. Bir gün dostları ilə evə gəlir, evdə
isə təmir getdiyinə görə yoldaşlarını qonaq edə bilmir. Həyətdə
olan ata minib kənddən çıxır. Nə qədər axtarırlar, onu tapa
bilmirlər. Evdə hamı narahat olur, hər yerə soraq salırlar, ancaq
gördüm deyən olmur. Bir neçə gündən sonra xəbər gəlir ki,
Həsəni Balakəndə çayxanada çay içən vaxtı görüblər. Deməz-
sən, o, atı minib Şəki, Qax, Zaqatala, Balakən rayonlarını,
kəndlərini gəzir. Bir gün pulu qurtarır. Atı satıb özünə arxalıq,
ayaqqabı alır və s. Oğlunun bu sərgüzəştini Molla Cümə həmin
şeirində təsvir edir. Şeirin birinci variantını biz 1961-ci ildə
Dostları ilə paylaş: |