168
Aşıq Məhəmmədin dilindən yazıya almışıq. Həmin şeir Şəki
əlyazmasında da vardır.
Həsən 1919-cu ildə atasından bir il əvvəl 26 yaşında vəba
xəstəliyindən vəfat etmişdir.
8. Şeir beş bənddən ibarətdir. Son dörd bəndin hər
birində gözəlin adında olan hərflərdən birinin adı çəkilir.
S.R.T.M. hər bəndin birinci misrasında hərfin adı deyilir.
Ondan sonarakı söz və ikinci, üçüncü misralar da həmin hərflə
başlayır.
9. Qax rayonunun İlisu kəndi bir neçə məhəlləyə ayrılıb,
hər məhəllənin də özünə görə adı var. Bunlardan biri Tovla
Taladır. Bu məhəllə bir talanın - düzənliyin üstündə yerləş-
mişdir. İlisu kəndinin içərisindən iki çay axır: Gümrük və
Ağçay çayları. Tovla Talanı kəndin əsas hissəsindən Ağçay
ayırır. Oraya getmək üçün mütləq aşağıya – Ağçayın məcrasına
enmək, bir müddət daşlı-kəsəkli ərazi ilə (buranı çaylaq
adlandırırlar) getmək, çayı keçəndən sonra yenə dik yuxarı
Tovla Talaya qalxmaq lazımdır. Molla Cümə “yollarım qara
daş oldu” deyəndə Ağçayın axarına – daşlı, çınqıllı məcraya
işarə edir. Deməli, aşıq Tovla Talada da olmuşdur. İlisu
kəndinin 7-8 kilometrliyində Ağçayın başlanğıcında müalicəvi
əhəmiyyətli isti (hərarəti 36-37
0
C olan) su axır. Bu suyun ürək-
damar, əsəb, yel xəstəliklərini müalicə xassəsi vardır. Oraya
hamam deyirlər, hər yayda buraya çoxlu adamlar gəlir, hətta
qonşu kənd və rayonlardan da gəlib burada şəfa tapanlar çox
olmuşdur. Şeirdən göründüyü kimi, Molla Cümə də həmin
hamama getmişdir. Maraqlıdır ki, həmin isti suyun çox kiçik
bir hissəsi də məhz Tovla Talanın aşağısından çıxır. Bura isə
Moh su deyirlər. Bura kəndə yaxın olduğundan çox zaman
camaat elə həmin suda çimib kəndə qayıdırdı.
Deməli, Molla Cümə həm yuxarı hamamda, həm də
Tovla Talanın yanından çıxan isti suda olmuşdur. Qoşma bu
münasibətlə və bu səfərdən alınan təəssüratla əlaqədar
deyilmişdir.
169
10. Aşıqların dediyinə görə, Molla Cümə gürcüdən (çox
ehtimal ki, ingiloydan – P.Ə.) on manata bir öküz alıb gətirir;
uzun yol gəlir, həyətə girəndən bir müddət sonra öküz
xəstələnir, yıxılır... Aşıq görür ki, indicə gətirdiyi öküz əldən
gedir. Bu zaman çox narahat və həyəcanlı şəkildə öküzə müra-
ciətlə həmin qoşmanı söyləyir. Ancaq şeirdə öküzə yalvar-
manın bir nəticəsi olmur, öküz ölür. Milla Cümə öküzü soyur,
müəyyən qədər də olsa, xərcini çıxarmaq niyyətilə öküzün
dərisini dabbağa gətirir, satmaq istəyir. Dabbaq ilə Molla
Cümənin deyişməsi kitabın “Deyişmələr” bəhsində verilmişdir.
DİVANİLƏR
1. Divanidə bir sıra misralarda Molla Cümə ərəb əlif-
basının hərflərinin adını çəkir, onlardan qafiyə, rədif yaradır və
həm də şeirdə müəyyən müəmmalar yaradır. Məsələn, birinci
misranın sonunda “ad”, ikincidə “bad” (“külək”), dördüncüdə
“vəd”, ikinci bəndin sonunda “yad”, üçüncü bəndin sonunda
isə “dad” sözləri müəmma kimi işlədilmişdir.
2. Qax rayonunun Lələpaşa kəndindən Aşıq Şirinin
dediyinə görə, Molla Cümə bu divanini 1917-1919-cu illərdə
çox qarışıq bir zamanda qoşmuşdur.
3. Divani 1961-ci ildə Qax rayonunun Lələpaşa kəndində
aşıq Şirinin dilindən yazıya alınmışdır. Əlyazmalarında həmin
şeirə rast gəlmədik.
4. Molla Cümə bu divanini çox gənc yaşlarında, təsa-
düfən Şəkidə çayxanada rast gəldiyi Aşıq Dülgər oğluna bəda-
hətən demişdir. Şeir 1961-ci ildə Balakən rayonunun İtitala
kəndində Aşıq Məhəmmədin dilindən yazıya alınmışdır.
170
MÜXƏMMƏSLƏR
1.”Amandı” rədifli müxəmməs 1961- ci ildə Qax rayo-
nunun Qaxbaş kəndində Aşıq Rəfinin dilindən yazıya alın-
mışdır. Əlyazmalarında da var.
2. Xalq içərisindən çıxmış igidlər – kəndli hərəkatı
başçılarına el sənətkarları həmişə rəğbət bəsləmişlər. Belə
qəhrəmanlar xüsusilə XIX əsrdə çox yetişmişdir. Hətta dillərdə
dastanlara belə düşmüşlər. Adıgözəl, Yarəli, Dəli Alı və baş-
qaları. Şəkjli Məhəmməd Cavad oğlu da belə qəhrəmanlar
sırasındadır. Onun adına biz ilk dəfə akademik Feyzulla
Qasımzadənin "XIX“əsr Azərbaycan ədəbiyyatı tarixi” (1956)
kitabında rast gəlirik. Bütün bu xalq qəhrəmanları haqqında
aşıq şeirləri, xalq mahnıları, epizod, xatirə və dastanlar vardır.
Mola cümə bu müxəmməsində Şəkili Məhəmməd Cavad oğlu-
nun çar müstəmləkəçilərinə qarşı mübarizəsini vəsf etmişdir.
Müxəmməsi bizə 1961-ci ildə Şəkidə Şərif idrisov təqdim
etmişdir.
3. “Ələ düşməz” rədifli müxəmməs ilk dəfə 1966-cı ildə
Molla Cümənin şeirlər kitabında çap olunmuşdur.
4. XX əsrin əvvəllərində Şəkinin Baş Göynük kəndində
böyük təbii fəlakət baş vermişdi. Kənd dağların döşündə yer-
ləşir. Gecə yarısı, camaat dərin yuxuda olan vaxt güclü yağış
yağmış, birdən dəhşətli sel gəlmiş və yarım saat müddətində
kəndin 400-dən çox evini yuyub aparmışdır. Bu fəlakət də
aşığın nəzərindən qaçmamış, xalqın faciəsini həmin müxəm-
məsdə ifadə etmişdir. Aşıq özü bu zaman Göynükdə qonşu
olan Aşağı Layisqi kəndində yaşayırdı. Molla Cümə müxəm-
məsin sonunda deyir:
Min üç yüz igirmi səkkizdə
Eylədi Fərman Göynüyü,
Rəcəbül mürəccəbdə
Qıldı pərişan Göynüyü.
Bu hicri tarixini miladi tarixə çevirəndə 1907-ci il alınır.
Dostları ilə paylaş: |