Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə76/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   72   73   74   75   76   77   78   79   ...   104

 
258 
Aşıq  Abbasla  Şirvan  Dostunun,  «Xəstə  Qasım»  dastanında 
Xəstə  Qasımla  Ləzgi  Əhmədin,  «Valeh  və  Zərnigar»  dasta-
nında Valehlə Zərnigarın deyişmələri bunun ən gözəl nümunə-
ləridir.  Sonralar  XIX  əsrdə  Aşıq  Alı  ilə  Əsmər  xanımın,  Aşıq 
Hüseyn  Şəmkirli  ilə  Reyhan  xanımın  deyişmələri  də  həmin 
ənənələr  üzərində  qurulmuşdur.  Bizim  məhəbbət  dastanları-
mızın müəyyən hissəsi ustad aşıqlarımızın həyat və yaradacılı-
ğına  həsr  edilmişdir.  Mən  bu  dastanları  aşıq  dastanları  adlan-
dırıram. Bunlar haqqında vaxtilə müəyyən mülahizələr söylən-
mişdir.  Məs.,  Hümmət  Əlizadə  hələ  1930-cu  illərdə  belə  das-
tanlar  haqqında  yazırdı:  Bu  dastanları  ustad  aşıqların  vəfatın-
dan sonra digər aşıqlar, yaxud şagirdlər onların həyat və yara-
dıcılığından,  əsərlərindən  istifadə  edərək  düzəldirlər.  Uzun 
müddət bu mülahizə folklorşünaslığımızda qəbul edildi. Ancaq 
aşıq  sənətinin,  yaxud  ustad  aşıqların  yaradıcılığının  tədqiqatı, 
araşdırılması,  yaxud  bu  gündən  keçmişə  səyahət  göstərdi  ki, 
həmin  dastanların  yaradıcıları  elə  aşıqların  özləridir.  Onlar  öz 
sağlığında keçirdiyi  həyat yolu  və əsərlərindən  istifadə edərək 
öz  dastanlarını  yaradırlar.  Beləliklə,  bütün  ustad  aşıqlar  haq-
qında  olan  dastanların  yaradıcıları  elə  özləridir.  Belə  dastan-
larda  ustad  aşıqlar  öz  şeirlərini  toplayaraq  yaşadırlar.  Deməli, 
haqqında  söhbət  açdığımız  deyişmələrin  müəllifləri  də  elə 
ustad  aşıqlardır.  Bu  deyişmələr  Azərbaycan  aşıq  poeziyasının 
müəyyən  bir  hissəsini  təşkil  edir.  Bu  deyişmələr  ustad  aşıq-
larımız  dünyagörüşünü,  həyata  baxışını,  ictimai,  bədii  bacarı-
ğını,  dini-ürfani  görüşlərini,  sənətkar  bacarığını  aşkarlamaq 
üçün  gözəl  vasitələrdən  biridir.  Qurbaniyə  Gəncədə  yaşayan 
Pəri  xanımı  buta  verirlər.  Qurbani  sevgilisinin  arxasınca  Gən-
cəyə  gəlir.  Onu  dövrəyə  alıb  dinləyicilər  deyirlər  ki,  şəhərdə 
Dədə  Yediyar  yaşayır.  O,  Azərbaycan  ozanlarının  son  nüma-
yəndəsidir. Hələ  indiyə qədər onun sözünün üstünə söz qoyan 
olmayıb.  Şəhərə  daxil  olan  bütün  aşıqlarla  deyişib  hamısını 
məğlub  eləmişdir.  Qurbani  deyir  ki,  mən  gəlmişəm,  böyük 


 
259 
ustadla  deyişəcəyəm.  Dədə  Yediyar  gənc  aşığı  bəyənir,  ona 
xeyir-dua verir. 
Dədə Yediyar: 
Məndən salam olsun cavan aşığa 
Alnımızda yazı nə rəngdə idi. 
Yazdıran kim idi, yazan kim idi 
Əlində qələmi nə irəng idi. 
Qurbani: 
Al cavabın verim Dədə Yediyar 
Alnımızda yazı al irəng idi. 
                  Yazdıran allahdı, yazan ol əmir 
                  Əlində qələmi al irəng idi. 
Maraqlıdır  ki,  aşıqlar  bu  deyişmələrdə  eyni  zamanda 
həyat,  cəmiyyət,  heyvanlar,  bitkilər  aləmi,  göy  cisimləri  haq-
qında danışır, biri-digərinin həyat, sənət təcrübəsini yoxlayır və 
deyişmələrini  də  bu  möcüzələr  üzərində  qururlar.  Bu  deyişmə 
yarışıdır, yoxlamadır. Aşıqların daxili aləmini açır, onların poe-
tik dünyası ilə dinləyiciləri tanış edir. 
Ləzgi Əhməd: 
O nədir ki, dayanıbdır dayaqsız 
O nədir ki, boyanıbdır boyaqsız 
O nədir ki, doğar əlsiz-ayaqsız 
Üç ay keçər, ayağı var əli var 
Xəstə Qasım: 
Göy bir çadır dayanıbdır dayaqsız 
Ayla Gündür boyanıbdır boyaqsız 
Qurbağadır doğar əlsiz-ayaqsız 
Üç ay keçər ayağı var əli var. 
Çox  zaman  aşıqlar  deyişmələri  sırf  islam  dini,  yaxud 
islam  mifologiyası  üstündə  qurur  və  elə  bil  hər  kəsin  islamı 
bilməsi dərəcəsini sınağa çəkirlər: 
Aşıq Könlü: 
Xuda neynən ərş-əlam bəzədi 
O nədir ki, qızıl güldən təzədir 


 
260 
O nədir ki, əvvəl axır bizədi  
Nübat-nübat axır nəsdə dayandı. 
Molla Cümə: 
Həsən Hüseynlə ərş-əlam bəzədi 
O elmdir qızıl güldən təzədir 
O ölümdür, əvvəl axır bizədi  
Nübat-nübat axır nəsdə dayandı. 
Bu  tipli  deyişmələrin  qəribə  taleyi  olmuşdur.  Başqa 
sözlə,  onlara  qarşı  hücumlar  baş  vermişdir.  Xüsusilə  İslamla 
bağlı,  İslam  mifologiyası  haqqında  olan  deyişmələr  qadağan 
olmuşdur.  Onlar  guya  dini  təbliğ  edir,  dinləyicilərin  dünya-
görüşünü  korlayır.  Qurbani  ilə  Dədə  Yediyarın  deyişmələri 
haqqında belə bir hadisə olub. M.H.Təhmasib mənimlə söhbə-
tində dedi ki, 5 cildlik Azərbaycan dastanları çapa hazırlanırdı. 
«Qurbani» dastanında olan deyişməyə hücumlar oldu. Qurbani 
ilə  Dədə  Yediyarın  deyişməsi  bədii  cəhətdən  çox  kamil, 
məzmunca  dolğundur,  onun  elmi-bədii  əhəmiyyəti  böyükdür. 
Bu  deyişməni  dastandan  çıxardıblar  və  qadağan  etdilər.  Alim 
dedi ki,  mənim  bütün səylərim  bir nəticə vermədi. Sonrakı  bu 
deyişmənin mətni itdi, mən günlərlə axtarıb tapa bilmədim. Bu 
deyişmənin  originalını  bərpa  etmək  qeyri-mümükündür.  İndi 
də tapa bilmirəm ki, sonralar lap bərpa olunan variantda demək 
olar ki, yaramır. 
 
Başqa bir əhvalat. Bir gün M.H.Təhmasib məni Nizami 
adına Ədəbiyyat İnistitunun folklor şöbəsinə çağırdı. Dedi ki, 5 
cildlik  məhəbbət  dastanlarının  artıq  üçüncü  cildini  hazırlamı-
şıq.  Demişəm  ki,  bu  cildə  rəyi  sən  yazasan.  Mən  cildi  gətirib 
evə    gəldim.  Oxuyanda  nə  görsəm  yaxşıdır.  Aşıq  Valeh  və 
Zərnigarın  yüksək  bədii  dillə  deyilmiş,  milli  və  İslam  mifolo-
giyasına  həsr  olunmuş  deyişmələr  qara  karandaşla  pozul-
muşdur.  Mən  Təhmasib  müəllimə  dedim  ki,  bu  kitabı  şikəst 
eləməsinlər. Siz nüfuzunuzdan istifadə edin, bu kitab akademik 
nəşrdir. Deyişmələri  saxlayın. M.H. Təhmasib dedi ki,  mənim 
bütüm səylərim bir nəticə vermədi. Hətta Məmməd Arif müəl-


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə