Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə84/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   80   81   82   83   84   85   86   87   ...   104

 
286 
Olanda üzbarı fələk. 
İbtətamizdir  ki,  Molla  Cümə  mifologiya  ilə  bağlı  şeir-
lərini  əsasən  Ulu  Tanrıya  müraciətlə  başlayır.  Bu  cəhətdən 
«Yarəb» rədifli qoşma üstündə iri həcmli şeir diqqətə layiqdir. 
Aşıq bu şeirini «surə» adlandırmışdır. 
Bir diləkdir dərgahımdan istərəm, 
İsmindir min birə bağışla yarəb. 
Dil duada üzüm göydə səsdərəm, 
Həbib pirü-nurə bağışla yarəb. 
Ol huri-qılmana səkkiz uçmağa (cənnət) 
Leylə türqədirə bağışla yarəb. 
Furqandan Zabura İncil Törata,   
Abi kövsərə bağışla yarəb. 
Musa gündə min bir kəlmə danışan, 
Ol Sinayə, Tura bağışla yarəb. 
Yüz igirmi dörd min gələn Nəbiyə, 
Xatəmil-Muxtara bağışla yarəb. 
Övliya məkanı Məkkə, Mədinə, 
Şam ilə Buxara bağışla yarəb. 
Yunisi dəryada saxlayan maha, 
Yeddilər, qırxlara bağışla yarəb. 
Molla  Cümənin  bu  şeiri  13  bənddir.  Diqqət  ediləndə 
görünür  ki,  aşıq  hər  bir  bənddə  İslam  mifologiyasının  motiv-
ləri, obrazları və əhvalatları ilə şeirini aşkarlayır. 
Dünya  dinlərinin  dörd  kitabı,  Musa  peyğəmbərin  Tur 
dağında  söhbətləri,  yüz  igirmi  dörd  min  nəbinin  fəaliyyəti 
Xeyr-Şər  yazıları  Lövhi-Məhfuz,  qəriblərin  dadına  çatan  Xızr 
peyğəmbər, Müqəddəs Məkkə, Mədinə və sairə aşığın şeirinin 
əsas  iştirakçılarıdır.  Molla  Cümə  bununla  özünün  islam  dün-
yasına,  dini  əfsanələrə,  mifoloji  motivlərə  vaqifliyini  büruzə 
verir. 
Molla  Cümənin  bilavasitə  mifoloji  süjetlərə  həsr  edilən 
şeirlərindən  biri  də  «Mədəd»  rədifli  müxəmməsidir.  Aşıq  özü 
bu şeiri «minacat» adlandırmışdır. Qax rayonunun İlisu kəndin-


 
287 
də olanda Yunis Təhməzov mənə aşığın böyük bir əlyazmasını 
hədiyyə vermişdi. Deyirdilər ki, guya Yunis dayı Molla Cümə-
nin bəzi şeirlərini Quran kimi avazla oxuyur. İndi mən anladım 
ki,  Yunis  dayıda  məhz  bu  tipli  şeirləri  olmuşdur.  Belə  şeirlər 
Molla  Cümənin  bütünlükdə  İslam  mifologiyasına  və  həm  də 
Şərqin  məşhur  mifoloji  süjetlərinə  və  obrazlarına  yaxından 
tanışlığını sübut edir. Mifologiyaya, mifoloji süjetlərə həsr edi-
lən şeirlərdə elə obraz və süjetlərə rast gəlirsən ki, açılması şəx-
sən  mənim  üçün  müşgül  işdir.  Halbuki  bu  obraz  və  süjetlərin 
sirlərinə Molla Cümə bütün təfərrüatı ilə vaqif olmuşlar. Hey-
ran  olursan  ki,  böyük  sənətkar  bunları  nə vaxt,  harada  və necə 
öyrənmişdir. Özü də Baş Göynükdə oturub.  
Doqquz yüz əlli yaşayıb 
Nuh getdi dünya səndən 
Çox möcüzat zühur oldu 
Şüheybin əsasından 
Daş içindən çıxdı dəvə 
Salehin duasından 
Zəkəriyyə girdi ağaca  
Yardılar qafasından 
Qoyun kimi boğazlanan 
Yəhya Məlildən mədəd. 
Mən  onu  bilirəm  ki,  Saleh,  Zəkəriyyə,  Yəhya,  Məlil 
bunlar  peyğəmbərlərdir.  Ancaq  onların  həyatı,  fəaliyyəti, 
vəzifəsi  haqqında  heç  bir  məlumatım  yoxdur.  Aça  da  bilmə-
dim.  Vasim  müəllimə  də  zəng  eləmək  istədim,  o  da  baş 
tutmadı,  evdən  də  çıxa  bilmirəm.  Bunlar  qaldı  gənc  həmkar-
larımın öhdəsinə.  Mən «Mədəd» rədifli  müxəmməsin daha bir 
neçə  bəndini  misal  gətirib  mifoloji  köklərini  açmağa  çalışa-
cağam. 
Gecə-gündüz duam budur 
Cabbar Cəlildən mədəd... 
Adəmin cəsədi yoğrulan 
O Abi gildən mədəd. 


 
288 
Sonra: 
Əyub yaman dərdə düşdü 
Əridi cismi canə 
Sultan ikən Bilqeyisi 
Qul etdilər Süleymanə 
İbrahim Xəlil dost yoluna 
Oğul verdi qurbanə 
Quyu içinə düşdü Yusif 
Dua etdi Sübhanə 
Ağlar qalan Yaqub təki 
Çeşmi alildən mədəd. 
Burada  Əyyub,  Bilqeyis,  Süleyman,  İbrahim  Xəlil, 
Yusif,  Yaqub,  Sübhan  kimi  mifoloji  obraz  və  tarixi  şəxsiy-
yətlərin  adları  çəkilir.  Məlum  olsun  ki,  hər  bir  adın,  şəxsin 
arxasında  böyük  mifoloji  əhvalat,  hadisə  və  süjetlər  var. 
Bunların  hamısı  bütün  təfərrüatı  ilə  Molla  Cüməyə  məlum 
olmuşdur. 
Şeirin başqa bir bəndinə nəzər salaq: 
Dəryada balıq qarnında 
Yunis oxur halətə 
Dörd yol öldü carcuz Nəbi 
Çıxdı axır səlamətə 
Tutdu Əli Zülfüqarı 
Çalışdı qəzəvətə 
Kərbalada Həsən, Hüseyn 
Təslim oldu cənnətə 
Mustafanın çeşmi-nuru 
Ol iki güldən mədəd. 
Müxəmməsin bu bəndi müxtəlif və kifayət qədər mifo-
loji, dini geniş yayılmış əhvalatlar üzərində qurulmuşdur. Bun-
ları Molla Cümə böyük ustalıqla, sənətkarlıqla şeirə salıb dinlə-
yicilərinə çatdırmışdır, bir  az da dəqiq desək, təbliğ eləmişdir. 
Yunisin  dəryada  balıq  qarnında  qalması  Həzrət  Əlinin  Zülfü-
qarla  qəzəvətə  çalışması,  Məhəmməd  peyğəmbərin  nəvələri 


 
289 
Həsən və Hüseynin Kərbəla faciəsində cənnətə vasil olması və 
sairə əhvalatları göstərmək olar. 
Müxəmməsdə  daha  maraqlı  və  xüsusilə  də  İslam 
mifologiyasının  süjetləri  obraz  və  əhvalatları  ilə  bağlı  bəndlər 
vardır: 
Yüz igirmi dörd min Nəbi 
Dünyaya gəlmiş zühur, 
Yeddi qat yer, yeddi qat göy 
Ərş, Kürs, Qaf, Tur 
Şəms, Qəmər, Mələk, Nücum 
İns, cins, mari mur. 
Yüz sühufnan endi Tövrat 
Fürqani, İncil, Zabur 
İxlasnan yasin Taha 
Oxuyan dildən mədəd. 
Mənə  belə  gəlir  ki,  müxəmməsin  bu  bəndinə  şərh 
verməyə  ehtiyac  yoxdur.  Birinci  misradan  sonuncu  misraya 
qədər  sırf  mifoloji  və  dini  rəvayətlərdir  ki,  aşıq  bunları  şeirə 
salıb dinləyicilərinə çatdırır. 
 
 
V Ə S İ Y Y Ə T 
 
Molla  Cümə  yaradıcılığı  ağzında  möhkəm  qıfıl  olan 
böyük və sirli bir sandıqdır. Sandığın içində olan dünya, aləm, 
insanlıq, təmiz və ülvi eşqə məhəbbət, islama, Ulu Tanrıya olan 
məhəbbət ilə dolu sənət nümunələri toplanmışdır. Mən profes-
sor  Paşa  Əfəndiyev  bu  bənzərsiz  bədii  nümunələri  dənə-dənə 
toplayıb  qorxusuz,  xatasız  bir  sandıqda  yerləşdirmişəm.  İndi 
mən  ey  mənim  həmkarlarım,  cavan  aşıqşünaslarımız  bu 
sandığın açarını da, içindəki dünya dolu mənəvi sərvəti də sizə 
yadigar  verirəm,  bağışlayıram.  Qollarınızı  çirməyin,  qələmlə-
rinizi  itiləyin.  Azərbaycan  xalqının  əsrlər boyu  yaratdığı,  inki-
şaf  etdirdiyi  aşıq  sənətinin  ənənələri  ilə  silahlanıb,  təhlil  edib, 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə