282
sonsuz dərəcədə genişdir. Şairi yaşadan, şöhrətləndirən də
məhz daxili dünyasıdır.
Böyük Ulu Dədəmiz Qorqud deyirdi ki, hanı dediyim
bəy ərənlər dünya mənimdir deyənlər. Molla Cümə Dədəmizin
elə bil bu sözlərinə qüvvət verən bir şeirində – iri həcmli
qoşma üstündə olan bir şeirində deyirdi:
Kənanın şöləsi, Misir sultanı,
Yusif Züleyxanı neylədin, dünya.
Abi-həyat üçün varan zülmətə,
İskəndər Zülqərneyni neylədin, dünya.
Bisutun dağında çalışan səngə,
Fərhad tək şeydanı neylədin,dünya.
Başında məskəni, quşlar yuvada
Məcnunla Leylanı neylədin dünya.
İslamın çırağı, haqqın həbibi
Məhəmməd Mustafanı neylədin dünya.
Allahın yolunda Zülfüqar çalan,
Əli tək aslanı neylədin, dünya.
Molla Cümə böyük sənətkardır. Onun özünəməxsus mü-
rəkkəb, geniş, zəngin, poetik dünyası var. Molla Cümə özünün
dediyi kimi hər şeydən qabaq aşıqdır, özü də böyük aşıqdır. O,
dünyaya nəzər salıb sakit dayana bilməz, gördüyün çağır-
malıdır. Bu cəhətdən Molla Cümənin eyni zamanda necə de-
yərlər, ictimai-fəlsəfi, dini-ürfani dünyası da var. Bu dünya onu
daha çox düşündürmüş, valeh etmişdir. Yaşadığımız dünya
ziddiyyətlərlə doludur. Bunlar haqqında Molla Cümənin özü-
nün xüsusi aləmi var. Bu aləmi açmaq eyni zamanda aşığın
daxili ziddiyyətlərini aşkarlamaq deməkdir. Molla Cümənin
bilavasitə dünyaya müraciətlə bir neçə şeiri var. Bu şeirlər
«Dünya» rədiflidir, iri həcmli şeirlərdir, qoşma və müxəmməs
üstündədir.
Bəlkə də müqayisəsi yerinə düşməz, ancaq mən öz
müqayisəmi aparacağam. Hazırda məncə sirr deyil. Molla
Cümə Baş Göynükdə, Baş Layisqidə, Aşağı Göynükdə, Aşağı
283
Layisqidə oturub bu qədər elmi-dini, ürfani, fəlsəfi, ictimai
məlumatları haradan almışdır. Axı o, bizə məlum oluduğuna
görə yalnız bir neçə dəfə Dağıstana getmişdir. Vəssəlam. Mən
bir dəfə öz təəccübümü bildirmək üçün belə bir müqayisə
aparmışam. Axı bizim böyük Nizamimiz yalnız Gəncədə otu-
rub dünya bədii fikrinin fövqünə yüksəlməmişdirmi? Cümə də
belə bir möcüzənin sahibidir. Molla Cümə bəzi şeirlərində özü
də dini-ictimai şeirlərində böyük həqiqətlər açır. Mən belə bir
qənaətdəyəm ki, Molla Cümə məşhur islamşünas alimdir –
üləmadır.
Qanıram ustaddan almışam dərsi,
Oxumuşam ərəb, türk ilə farsi,
Fikrim seyr eyləyər ərşinən kürsü,
Dərin kitabların mənasıyam mən.
O, İslamı bütün təfərrüatlarına, incəliklərinə qədər
öyrənmişdi. Aşığın xüsusilə mifologiyaya həsr edilən şeirlə-
rinin təhlili bunu aydıncasına göstərməkdədir.
Molla Cümə dünyaya həsr elədiyi bütün şeirlərində
ondan qəti surətdə narazıdır. Aşığa görə dünya dünyada baş
verən bütün bədbəxtliklərin səbəbkarıdır. Molla Cümə elə bil
dünya ilə üz-üzə dayanıb ona hökm oxuyur, bütün hərəkətlərini
birbaşa üzünə deyir. Belə bir xalq deyim var. «Dünya beş
gündür beşi də qara». Xalq beş günün heç birisini bəyənmir,
hamısı bədbəxtliyin mənbəyidir. Böyük şairimiz Səməd Vur-
ğun hələ Böyük Vətən müharibəsi ərəfəsində elədiyi məruzə-
lərin birində xalq ədəbiyyatından danışanda belə bir bayatısını
seçib misal gətirmişdir.
Əzizinəm gülə naz,
Bülbül eylər gülə naz,
Dünya bir qəmxanadır
Ağlayan çox gülən az.
Poeziyamızın günəşi, şərəfi Məhəmməd Füzulidə belə
misralar var.
Dünya işinin mədarı yoxdur,
284
Heç kimsəyə etibar yoxdur,
Eylər birisini sahibi tac
Ol birisini eylər ona möhtac.
Biz bunlara oxşar misraları Molla Cümənin şeirlərində
də tapırıq:
Cahan kandır qullar asi,
Cürə-cürə yaranıbdır.
Kimi varlı kimisi ac
Kimi qoyar qızıldan tac.
Bu cəhəti biz xüsusilə Molla Cümənin qoşma üstündə
söylədiyi iri həcmli şeirlərində görməkdəyik:
Fələk məni ondan betər tərsə saldı işimi,
Fərhad cürə eşq ucundan dağıdımmı başımı,
Tahir sifət qərq oluban ümmanda əgləşmişəm.
Molla Cümə əsərlərində ən çox dünyadan şikayətlənir.
Bununla belə dünya sözünün əvəzediciləri də var fələk,
zamana, aləm, qəza, qəzavü-qədər və sairə. Dünyadan sonra ən
çox işlənən «fələk»dir. Molla Cümə hətta fələyə bir neçə şeirini
də həsr etmişdir. Fələk haqqında folklorumuzda çoxlu nümu-
nələr vardır. Bir sıra atalar sözü: «Fələyin qaydasıdır dağı dağ
üstdən çəkər», «Fələyin zoruna heç nə kar eləməz», «Fələyin
çərxi dönər». Məşhur Azərbaycan bayatı ustadı Ələminin baya-
tısını Övliya Çələbi əsərlərinə salıb saxlamışdır.
Ələmi halım fələk,
Dil bilməz zalım fələk,
Kəsdin can bağçasından
İki nihalım fələk.
Mən aşiqəm yüz yalvar,
Yüz oturub yüz yalvar,
Fələk bildiyin eylər
Sən istəsən yüz yalvar.
Nəcəf bəy Vəzirov deyir: «Çəkmə çəkə bilməzsən
bərkdir fələyin yayı».
285
Fələyi tez-tez ərşi-fələk adlandırırlar. Fələk də Allah
kimi göyün bir qatındadır. Məhəmməd Füzuli deyir: «Fələklər
yandı ahımdan muradım şəmi yanmazmı». Yaxud böyük sənət-
karın belə bir beyti də yadıma düşdü:
Değil bihudə gər yağsa fələkdən başıma daşlar
Binasın tişeyi ahimlə viran etdiyimdəndir.
Məhəmməd Füzuli ahının külüngü ilə fələyin binasını
viran eyləmişdir.
Aman fələk aman sənin əlindən,
Axır məni böylə günə yetirdin.
Bir dərdim artırıb minə yetirdin.
Molla Cüməyə görə fələk indiyə qədər heç kəsin
əlindən tutmayıb. Fələk azğındır, fələk qorxunc bir qüvvədir.
Onu da deyim ki, fələkdən bütün məhəbbət dastanlarında da
şikayət var.
Yüz dərman tapıldı çarəmdən qeyri,
Yüz dərdlər sağaldı yarəmdən qeyri,
Fərhad ilə Məcnun Kərəmdən qeyri,
Cümə tək murada yetməyən kimdi.
Bəzən aşıq şeirlərində göstərir ki, onu sağalmaz eşq
dərdinə, bəlasına salan da fələkdir. Fələyin bəlasından qurtar-
maq mümkün deyil. Fələk aşığı elə bir dərdə salıb ki, onun
dərmanı yoxdur. Həyatda dərmansız dərdə düşən aşiqlər də var.
Molla Cümə də onlardan biridir.
Aman aman nə haldayam gör məni,
Yaxam oldu göz yaşımın xırmanı,
Səndə bitir hər bir dərdin dərmanı,
Sən var ikən kimə gedim, ay fələk
Çirkin oldu gözəl adım, ay fələk.
Molla Cümə «f» hərfi üstündə təcnis yazıb. Fələyə
böyük bir müxəmməs həsr eləyib.
Of fələk, yandım fələk,
Görəndə dildarı fələk,
Of fələk, öldüm fələk
Dostları ilə paylaş: |