279
Dedik ki, aşiqlərə Ulu Tanrı qisməti kimi verilir. Ona
görə də əvvəl-axır uzun əzab-əziyyətdən sonra butasına qovu-
şur. Ancaq bəzi dastanlarımızda ustad aşıqlarımızın yaradı-
cılığında buta ilə vüsal baş tutmur. Aşıq sevgilisinə çatmaq
yolunda məhəbbətinin qurbanı olur, fiziki cəhətdən şəhid olur.
Ancaq bir fədakar aşıq kimi mənəvi cəhətdən qələbə çalır və
əbədiləşir. Molla Cümə çoxlu şeirlərində belə fədakar aşıqlar
içərisində Məcnun və Kərəmin adını vəsf edir.
Məcnun Kərəm ki var eşq əhlinin gözüdür,
Ondan qalan xilaf şeylər fitnə-fel dustağıdır.
Molla Cümə özünü məhz bu aşiqlərin sırasına daxil edir
və bununla da fəxr eləyirdi.
Könül əyləncəyi, istəkli butam,
Ol İsmi Pünhanı neylədin dünya!
Çünki İsmi Pünhana qovuşa bilmir. Çünki İsmi Pünhan nakam
bir sevgili kimi vaxtsız köçür. Bir də onu əlavə etmək istəyirəm
ki, yaradıcılığının sonunda meydana gələn şeirlərdə İsmi Pün-
han artıq bir sevgili, bir şəxs kimi ümumiləşir. Aşığın əlçatmaz,
ünyetməz həyat idealına çevrilir. N.Nərimanov deyir: «həqiqi,
təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pula
satmaq olmaz. Bu hiss padişahı gədadan ayırmaz, həqiqi, tə-
miz, məzhəb, din bilməz və çirkin fikirlər bəsləməz... Məşuqun
məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz
məhəbbətin nişanəsidir. Məbud idealdır, həqiqi, təmiz məhəb-
bət sahibi məbuduna, məşuquna çatarsa, idealına çatan kimidir.
İdeal ideallıqdan çıxar.
Kərəm başında qara, çirkin fikirlər basləsə idi, Əsli ilə
yaşamaq istərdi, fəqət yaşamadı, öldü... və ölməyinə də səbəb
Əslinin min cövr-cəfadan sonra tapılmağı və sonra Kərəmə
verilməyi oldu. Baxınız, nə nazik bir mətləb! Nə gözəl və dərin
bir fəlsəfə! Nə qədər təmiz və müqəddəs bir əqidə...» Molla
Cümənin bircə sevgilisi olub İsmi Pünhan, o da nakam gedib.
Molla Cümə İsmi Pünhandan sonra heç kəsi sevməmiş, əsər-
280
lərindən də bu barədə məlumat yoxdur. Aşıq ömrü boyu
butasının eşqi ilə yaşamışdır.
Molla Cümənin «dünya»ları. Molla Cümə bir sıra
şeirlərində «dünya»ya müraciət eləmişdir, bəzən isə sadəcə
adını çəkmişdir. Hər dəfə də aşıq dünyanı tənqid eləmiş, çox
zaman isə damğalamışdır. Aşıq bununla belə elə şeirlər də
yazmışdır ki, onlarda dünyaya müraciətlə sərt fikirlər söylənir.
Elə bil aşıq dünya ilə üz-üzə dayanıb onunla döyüşə hazırlaşır.
Onu damğalayır. Molla Cüməyə görə bəşər övladı heç vaxt
dünyadan xeyir görməmişdir.
Məlumdur ki, dünya çox mənalı sözdür. Bəlkə də onun
saysız-hesabsız mənaları var. Dünya bütün dövrlərdə dünyanın
ən böyük alimləri, yazıçını düşündürmüşdür. Onların hamısının
özünə görə dünya haqqında mülahizələri vardır. Ona görə ki,
dünya alimləri hər dəfə fikirləşmişlər ki, dünya nədir, onun
əvvəli nədir , axırı nədir. Dünya necə yaranıb, kim yaradıb, kim
onu saya-hesaba salıb. Dünya böyükdür və sirlər aləmidir.
Onun sirləri nədir və kim onun sirlərini bilir. Bəşər övladı
əsrlər boyu dünya, aləm, haqqında saysız-hesabsız rəvayətlər,
əhvalatlar düzəldib söyləmişdir. Dünya haqqında dünya xalq-
ları nə qədər miflər düzəltmiş, hər bir xalqın da özünə görə
dünya haqqında orijinal mifləri olmuşdur. Dünya xalqlarının ən
böyük və ən zəngin mifləri məhz dünya haqqındadır. Rus
mifologiyasında ona «mirozdaniye» deyilir. Bütün dünya alim-
lərinin və sənətkarların dünya haqqında mülahizələri var...
Dünyaya türk dünyasında ilk müraciəti Ulu Babamız Dədə
Qorqud eləmişdir.
Qanı dediyim bəy ərənlər
Dünya mənim deyənlər
Əcəl aldı yer gizlədi
Fani dünya kimə qaldı
Gəlimli gedimli dünya
Axır son ucu ölümlü dünya.
281
Gözəllik və ağıl mücəssəməsi olan, dövrünün həyat və
güzəranını dərindən duyan, həyatın, varlığın ziddiyyətlərini çox
dərindən dərk edərək öz poeziyasında çox uğurla bədii çalar-
larla ifadə edən XII əsrin mələk şairimiz Məhsəti Gəncəvi
rübailərində dünyanı ustalıqla qiymətləndirərək bədii və fəlsəfi
yüksəkliyə qaldırdı.
Bu dünya bir qızıl kuzəyə bənzər
Suyu gah şirindir gah da ki zəhər
Çox da öyünmə ki, uzundur ömrün
Əcəl köhlənində hazırdır yəhər.
Türk dünyasının böyük səyahətçisi Evliya Çələbi «Sə-
yahətnamə»nin cildlərinin birində Azərbaycan bayatı ustası
Lələnin aşağıdakı bayatısını vermişdir:
Lələnin dünyası nə?
İnanma dünyasına.
Dünya mənim deyənin,
Dün getdik dun yasına.
Əziz oxucum, diqqət edin həmin bayatıdan Ulu Baba-
mız Dədə Qorqud kəlamlarının qoxusu gəlir.
Aşıq Səməd:
Üstündən yel keçmiş dağlar görmüşəm,
Dağılmış, talanmış bağlar görmüşəm,
Mənəm deyənləri ağlar görmüşəm,
Kimsə gülər, kimsə ağlar dünyada.
Dünya doğrudan da çox mənalı bir məfhumdur.
Dünyanın ən böyük şəxsiyyətləri hər şeydən əvvəl iki dünyanı
qəbul etmiş və ondan danışmışlar. O dunya yaxud axirət dün-
yası, bir də yaşadığımız dünya. Bundan başqa bir də insanların
öz şəxsi dünyaları var. Bunu da iki mənalı qəbul etmək olar.
Bir xarici ətraf, dünya, bir də sənətkarın mənəvi daxili dünyası.
Böyük şairimiz bunları cahan adlandırmışdır. Diqqət edilsə, elə
məhz dünya deməkdir. Böyük Nəsiminin da daxili dünyası
nəhəng böyük xarici dünyasına da sığmır. Daxili dünya çox və
Dostları ilə paylaş: |