Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə85/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   81   82   83   84   85   86   87   88   ...   104

 
290 
bu sirləri aşkarlayıb Molla Cümənin ürəyi qədər sevdiyi doğma 
xalqına qaytarın. 
 
 
 
 
Əzizim Əli Rza müəllim. 
 
Əzizim,  mən  Sizə  çox  zəhmət  vermişəm,  ərkinən  Sizi 
çox  incitmişəm.  Yenə  də  incitmək  istəyirəm.  Mən  ömrümün 
yarısından çoxunu böyük Azərbaycan aşığı Molla Cümənin hə-
yat və fəaliyyətinə həsr eləmişəm. Elin dilindən şeirlərini dənə-
dənə  yığmışam,  evlərə,  ayrı-ayrı  şəxslərə  müraciətlə  əlyazma-
larını  əldə  eləmişəm.  Aşığın  hər  bir  şeirini  əlimdə  olan  bütün 
variant  və  əlyazmaları  ilə  müqayisə  edib  nəhayət  onun  kül-
liyyatına  daxil  eləmişəm.  41  müəllif  vərəqi  həcmində  olan  bu 
külliyyatı  prezident  adminstrasiyası  çap  eləyib  bütün  Azər-
baycan  kitabxanalarına  hədiyyə  vermişdir.  Molla  Cümənin 
həmin  külliyyatı  hazırda  Almaniyanın  Halle  şəhərində 
universitetin  Landes  kitabxanasında  saxlanılır.  Mən  aşığın 
şeirləri  üzərində  işləyəndə  hər  dəfə  hansısa  bir  sənətkarın 
şeirlərinin  izi,  təsiri,  rayihəsi  məni  narahat  edirdi,  həvəs-
ləndirirdi  və  həm  də  hər  gün  düşündürürdü.  Nəhayət  bu 
yaxınlarda  böyük  şairimiz  Molla  Pənah  Vaqifin  əsərlərini 
təzədən  oxudum.  Ulu  Tanrı,  Böyük  Allah,  bu  nə  möcüzədir!? 
M.P.Vaqif  və  Molla  Cümənin  iki  nəhəng,  titanik  sənətkarların 
yaradıcılığı  arasında  bağlar,  tellər,  oxşarlıqlar  gördüm.  Bunlar 
məni  valeh  elədi,  əməlli-başlı  müşahidələr  apardım.  Əli  Rza 
müəllim,  əzizim,  mən  indi  çox  ağır  xəstəyəm.  İlk  müşa-
hidələrimi  də  demək  olar  ki,  yataqda  aparmışam,  yazmışam, 
müşahidələri  genişləndirmək  üçün  mənim  nə  mənəvi,  nə  də 
fiziki imkanım yoxdur. 
Əli Rza müəllim. Mən əldə elədiyim müşahidələrimi bir 
məqalədə ümumiləşdirib Sizin sevimli qəzetimizə göndərirəm. 


 
291 
Siz  böyük  ustad  və  böyük  sənətkarsınız,  bir  müəlliminiz  kimi 
Sizinlə fəxr eləməyə mənim haqqım və hüququm var. Mən də 
böyük  alim  və  böyük  pedaqoqam,  86  yaşımda  hələ  də  əlimdə 
qələmim  işləyir.  Sizin  də  öz  müəlliminzlə  fəxr  eləməyə 
haqqınız  var.  Əli  Rza  müəllim,  əzizim,  qoy  mənim  apardığım 
bu ilk müşahidələr şəxsən Sizin və mənim adımdan elimizin iki 
böyük sənətkarının ruhlarına oxunan dualar olsun. 
 Hörmətlə, 
 
 
 
 
 
 
 
            PAŞA ƏFƏNDİYEV 
 
 
 
 
 
 
 
  
professor, əməkdar elm xadimi  
10.06.2014-cü il 
 
 
MOLLA PƏNAH VAQİF VƏ MOLLA CÜMƏ 
 
Oxucularım  fikirləşərlər  ki,  bu  iki  böyük  sənətkarı  nə 
kimi  yaxınlığı,  yaradıcılıqları  arasında  nə  kimi  oxşarlıq,  əlaqə 
birləşdirə  bilər.  Mən  ömrümün  yarısını  Molla  Cümənin  həyat 
və  fəaliyyətinin öyrənilməsinə  həsr eləmişəm. Hər dəfə aşığın 
şeirlərini müqayisələr aparmaq yolu ilə nəşrə hazırladıqca məni 
hansısa bir sənətkarın Molla Cümə şeirləri ilə yaxnlıq, oxşarlıq 
halları düşündürürdü. Bu cəhət aşığımızın həm qoşma, gəraylı 
və müxəmməslərinə aid idi. Molla Pənah Vaqif yaradıcılığı ilə 
xüsusilə  məşğul  olmamışdım.  Ancaq  bildiklərim,  yaddaşım 
mənim  nə  isə  bu  iki  sənətkar  arasında  oxşarlıq  olduğu  qəna-
ətinə gətirib çıxarırdı. 
Molla  Cümənin  vətənində  onun  şeirlərini  topladığım 
zaman  aşığı  görənlər,  tanıyanlar,  sənətkarlar  hər  zamanlar  bir 
ağızdan  deyirdilər  ki,  Molla  Cümə  molla  olmayıb,  mollalıq 
eləməyib yalnız elmli, bilikli ürfan sahibi olduğuna görə onun 
adının əvvəlinə Molla sözünü artırmışlar. Qax rayonunun İlisu 
kəndində  mənə  dedilər  ki,  burada  şair  Nazim  olub,  mən  onun 


 
292 
şəxsiyyətini  aydınlaşdıra  və  şeirlərini  tapa  bilmədim.  Böyük 
ədəbiyyatşünas  və  folklorşünasımız  Salman  Mümtaz  1927-
1928-ci  illərdə  çap  elədiyi  2  cildlik  «El  şairləri»  kitabında 
Nazimin  3  şeirini  verib  və  Molla  Məhəmməd  Nazim  yazıb. 
Şəkidə  Molla  adlandırılan  çoxlu  şəxslərə  rast  gəldim.  Özü  də 
onlar  öz  dünyagörüşü,  elmi,  biliyi,  təcrübəsi,  müdrikliyi  ilə 
seçilən  şəxslər  idi.  Vaqifin  də  adının  əvvəlinə  Molla  sözünün 
artırılması,  əlbəttə,  mənə  görə  bu  səbəbdən  olmuşdur.  Bütün 
Azərbaycanda  Vaqif  haqqında  çox  məşhur,  yayılmış  məsəl, 
aforizm  gəzmiş,  elə  indi  də  gəzməkdədir.  «Hər  oxuyan  Molla 
Pənah  olmaz».  Vaqifə  də  Molla  Pənah  demişlər.  Axı  Vaqif 
hələ  Qazaxda  ikən  məktəbdarlıq  eləyib,  başqa  sözlə  desək,  o, 
müəllimlik  eləmişdir.  Molla  Cümə  Vaqifi  tanıyırdımı?  İstər-
istəməz mənim qarşıma tez-tez belə əhəmiyyətli suallar çıxırdı. 
Görəsən, Vaqifin özü yaradıcılığı haqqında aşıq nə və nəyi bilə 
bilərdi?  Sonralar  mən  təbii  ki,  Vaqifin  şeirlərini  yenidən 
oxudum,  qarşıma  çox  ibrətamiz  hallar  gəlib  çıxdı.  Doğrudur, 
Molla  Cümənin  peoizyasında  Vaqifin  adı  çəkilmir.  Ancaq 
Vaqif  poeziyasının  rayihəsi,  sirri,  gözəlliyi  Molla  Cüməni  bir 
sənətkar  kimi  heyran  eləmişdi.  Molla  Cümə  Vaqifin  yara-
dıcılığı haqqında eşitmişdi. Çünki Molla Pənah Vaqifin şeirləri 
bütün  Azərbaycanda  dilləri  dolaşırdı.  O  biri  tərəfdən  axı 
aşıqlarımız  səyyar  sənətkarlardır.  Onlar  bütün  ölkədə  el,  oba, 
məhəllə,  bölgələri  özlərinə  yaxın  olan  ölkələri  də  dolaşırdılar. 
Bu  baxımdan  Molla  Cümənin  Vaqifi  tanıması  tamamilə  təbii 
idi.  Görün,  Varxiyanlı  aşıq  Məhəmməd  hələ  XIX  əsrdə  nə 
deyirdi: 
 
Məhəmmədəm gəşt elədim 
Bu cümlə cahanı gəzib 
Gəncəni, Qarabağı 
Şəkini, Şirvanı gəzib 
Xoy, Salmas, Marağa 
Təbrizi, Tehranı gəzib. 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə