Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə88/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   84   85   86   87   88   89   90   91   ...   104

 
299 
Şeirlərə  diqqət  yetirək,  gözəllər  özlərini  tərif  eləmir, 
gözəlliyini  öymürlər.  Onları  Vaqif  özü  tərifləyir,  onların  ən 
gözəl məziyyətlərini şeirə gətirir.  
Böyük  aşıq  Molla  Cümənin  də  «Qızla  gəlinin  deyiş-
məsi» adlı kiçik bir əsəri var. Bu deyişməni ilk dəfə Nurəddin 
Hacızadə  şifahi  dildən  toplayıb  «Azərbaycanı  öyrənmə  yolu» 
jurnalında  çap  eləmişdir  (1930).  Sonra  mən  bütün  əlyazma-
larından  götürüb  müqayisələr  aparıb  aşığın  külliyatına  daxil 
eləmişəm.  Bu  şeirdə  gəlin  və  qız  özlərini  tərifləyir,  biri  digə-
rindən üstünlüyünü göstərməyə çalışırlar. 
Qızla gəlin bir xəlvətdə cəng elər 
Qız deyər ki, incə belim var mənim, 
Hansı kəsnən iki kəlmə danışsam 
Eşqə sallam, şirin dilim var mənim. 
Gəlin deyər qız özünə güvənmə, 
Bax sənin tək yüz sığalım var mənim. 
Nə boy buxun, nə yaraşıq, nə əndam 
Gözəllikdə hər cəlalım var mənim. 
Qız deyər ki, mənlə başlama cəngə 
Məclislərdə mən oynaram hər həngə 
İstanbula, ingilisə, firəngə 
İş bildirrəm bu kamalım var mənim.  
Hər iki sənətkar böyük ustalıqla, bədii incəliklə eyni bir 
mövzunu özlərinə məxsus orijinallıqla qələmə almışlar. Görün-
düyü  kimi,  bu  mövzuya  əvvəlcə  Molla  Pənah  Vaqif  müraciət 
edib,  Molla  Cümə  də  özünəməxsus  orijinallıqla  həmin  möv-
zuya  yüksək  sənətkarlıqla  bədii  don  geydirmişdir.  Mənə  görə 
Vaqif  şeirlərinin  Azərbaycanı  dolaşması  həqiqəti  aydınca 
görünür.  
1947-ci  il.  Mən  Pedaqoji  İnstitutun  birinci  kurs  tələbə-
siyəm.  Bakıya  gəldiyimin  heç  bir  ili  də  tamam  olmamışdır. 
Eşitdim ki, Yazıçılar İttifaqında Nizami Gəncəvinin yubileyinə 
həsr  olunan  böyük  bir  iclas  keçiriləcək.  Mən  hər  gün  Nizami 
haqqında prof.M.Rəfilinin mühazirəsinə qulaq asırdım. Nizami 


 
300 
artıq  filologiya  fakültəsinin  tələbəsi  kimi  mənim  ən  sevimli 
sənətkarlarımdan  birinə  çevrilmişdi.  Mən  indi  təəccüb  için-
dəyəm, hələ Bakını heç yaxşı tanımırdım. Hansısa yolla özümü 
Yazıçılar  İttifaqının  Natəvan  adına  klubuna  yetirdim,  bir 
küncdə  oturdum.  Azərbaycanın  ən  böyük,  hörmətli  yazıçı  və 
alimləri  bu  kluba  toplaşmışdı.  Mən  demək  olar  ki,  heç  kimi 
tanımırdım,  ilk  dəfə  görürdüm.  Prezidiumda  Səməd  Vurğunu 
gördüm,  ortada  oturmuşdu.  Az  keçməmiş  şair  ayağa  durdu, 
iclası  açdı,  kağızsız,  qələmsiz  danışırdı.  Danışdıqca  da  qürrə-
lənir,  həyəcanlanır,  necə  deyərlər,  ilhamlanırdı.  Birdən  hər  iki 
əlini  qabağındakı  masanın  üstünə  qoyub  bir  sağına,  bir  də 
soluna  baxdı.  Həmkarlarına  müraciətlə:  «Qızıl  kimi  sözlər 
danışıram,  ancaq  yazanı  isə  yoxdur»  dedi.  İlahi,  əgər  böyük 
şairimizin  bu  konfransın  açılışındakı  çıxışı  yazılmış  olsaydı, 
böyük  Nizami  haqqında  ən  qiymətli  və  böyük  əsər  olardı. 
İclasda  böyük  alimlər  bir-birinin  dalınca  məruzələrlə  çıxış 
elədilər. Nizami məclisi məni götürmüşdü, rahat ola bilmirdim. 
Yataqxanaya  gəldim,  gecə  saat  birə  qədər  gözümə  yuxu 
getmədi.  Ədəbiyyatdan  mühazirələri  yazdığım  dəftərin  lap 
birinci vərəqində sol tərəfə böyük qürur və sevinc hissləri ilə iri 
hərflərlə  qeyd  elədim.  Səməd  Vurğun  Nizami  haqqında  çıxı-
şında  qürurla  dedi  ki,  «Nizami  Azərbaycan  xalqının  kamal 
günəşidir».  Nizami  Gəncəvi  əsrlərlə  öz  kamalı,  ağlı,  mədə-
niyyəti  ilə  doğma  Azərbaycanı  bəzəyir.  Bir  müddətdən  sonra 
şair  Səməd  Vurğunun  aşağıdakı  misaraları  da  dilimin  əzbəri 
oldu. 
Aydanmı, günəşdənmi yarandın, de nədən sən 
Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən. 
Nizami deyirdi: 
 İnsana zinətdir onun kamalı 
Ağlıdır onun dövləti, malı. 
Böyük  Nizaminin  kamal  günəşli  əsərləri  doğma  xal-
qının  həyatını  işıqlandırmışdır.  Kamal  irəliləyib  XVIII  əsrin 
astanasına  çıxmışdır.  Sevimli  şairimiz  Molla  Pənah  Vaqif  bu 


 
301 
zaman  böyük ehtiyat və narahatlıqla kamal mənəviyyatını  izah 
etməyə  başladı.  Lap  elə  birinci  şeirində  bu  narahatlığı  biz 
görməkdəyik: 
Bayram oldu heç bilmirəm neyləyim 
Bizim evdə dolu çuval da yoxdur. 
…Bizim bu dünyada nə malımız var, 
Nə də evdə sahib-camalımız var, 
Vaqif, öyünmə ki, kamalımız var, 
Allaha şükür ki, kamal da yoxdur. 
Molla  Pənah  Vaqif  gözəlin  bütün  gözəlliklərini  yüksək 
bədii bir dillə tərifləyir. Gözəlin ayağındakı başmağından tutub 
telinə  sancılan  şanasına  qədər  gözəli  istəyirdi.  Bununla  belə 
Vaqif öz gözəlini eyni zamanda ağıllı, kamallı, mərifətli, təmiz 
görmək  istəyirdi.  Onun  gözəllərinin  gözəlliklərini  ağıl  və  ka-
mal  tamamlayırdı.  Bunlar  göstərir  ki,  Vaqif  heç  zaman  ağlı, 
kamalı,  həyanı  unutmamışdır.  Bununla  bağlı  şairin  yaradıcılı-
ğından bir-iki misal gətirmək istəyirəm. 
…Bulaq tək qaynaya həm gözü, qaşı 
Artıq ola həm kamalı gözəlin. 
…Zülfü ənbər – ağlı başdan dağıdan 
Nə sözü var kamalına Vaqifin. 
..Eyb olmaya kirpiyində qaşında 
Həyası üzündə əqli başında. 
…Səni tək gözəl sevən kimsənə 
Dəxi əqlə, bir kəmalə gəlirmi. 
…Çünki belə imiş dünyanın halı 
Əbəs ki, yetişdin kəmalə Vaqif. 
Aşıqlarımızın  yaradıcılığında  ustadnamələr  var.  Bunlar 
ustad, ulu, böyük sözləridir. Ustadnamələri adətən aşıqlar apar-
dığı  məclislərin  əvvəlində  oxuyur,  necə  deyərlər,  doğma  xal-
qına  ağıl,  kamal,  mərifət  dərsi  keçirlər.  Dastanların  əvvəlində 
ustadnamələrə  xüsusi  yer  verilir.  Burada  aşıqlar  hər  cür,  necə 
deyərlər, ürfani, əxlaqi, mənəvi dərs keçirlər. 
Aşıq Könlü: 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə