Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə89/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   85   86   87   88   89   90   91   92   ...   104

 
302 
Üç nə idi gəldi adəm üstünə 
Danışanda biri başda dayandı. 
İkisi dolandı cümlə əzanı 
Biri üzdə, biri döşdə dayandı. 
Molla Cümə: 
Ağıl, həya, iman üçü gəldilər 
Danışanda ağıl başda dayandı. 
İkisi dolandı cümlə əzanı 
Həya üzdə, iman döşdə dayandı. 
Əlbəttə  belə  deyişmə  və  ustadnamələr  öz  rəngarəng 
mövzuları  ilə  seçilir.  Hamısı  da  bir  məqsəd  daşıyır  –  dinləyi-
cilərə təsir edərək onları tərbiyələndirmək. 
Aşıq Könlü: 
Xuda neynən ərş əlanı bəzədi 
O nədir ki, qızılgüldən təzədi 
O nədir ki, əvvəl-axır bizədi 
Nübat-nübat axır nəsdə dayandı. 
Molla Cümə: 
Həsən Hüseyn ərş əlanı bəzədi 
O elmdir qızıl güldən təzədi 
O ölümdir əvvəl axır bizədi 
Nübat-nübat axır nəsdə dayandı. 
Dahilərimizin kamal  arzusu  öz  yolu  ilə gəlib XIX əsrə 
də  yetişdi.  Böyük  ədib  və  filosof  M.F.Axundov  «Hekayəti 
Molla  İbrahimxəlil  kimyagər»  komediyasında  lap  çox  sevdiyi 
surəti olan şair Hacı Nurunun dili ilə deyirdi: «Kamal ata börkü 
deyil ki, atadan oğula keçə». Deməli, kamal ya ilahidən verilir, 
yaxud  da  və  xüsusi  ilə  böyük  zəhmət,  əmək,  məhrumiyyətlər 
hesabına  həyatda qazanılır.  Bənzərsiz aşığımız  Ələsgər elə bil 
ustadı  Vaqifin  dilindən  aldığı  kamal  sözünü  özünün  ən  yaxşı 
əsərlərindən birində aşkarladı: 
Aşıq olub diyar-diyar gəzənin 
Əzəl başdan pür kamalı gərəkdir, 
Oturub durmaqda ədəbin bilə 


 
303 
Mərifət elmində dolu gərəkdir. 
 
Xalqa həqiqətdən mətləb qandıra 
Şeytanı öldürə nəfsin yandıra  
El içində pak otura, pak dura 
Dalısınca xoş sədalı gərəkdir. 
Böyük  Nizaminin,  Vaqif,  M.F.Axundov,  Aşıq  Ələsgər 
kimi  sənətkarların  kamal  arzularını  böyük  şairimiz  Səməd 
Vurğun heç zaman unutmamışdır. Son əsəri olan «İnsan»ın baş 
qəhrəmanı Şahbaz qürurla deyirdi ki, «qalib gələcəkmi cahanda 
kamal».  Böyük  dahilərimizin  arzusu  bu  idi,  qoy  bəşər  övladı 
ağıl, kamalla yaşasın.  
Adam heyran qalır ki, M.P.Vaqif  nə dərəcədə ustalıqla, 
sənətkar  təbi  ilə  şeirlərdə  sənətin  incəliklərinə  riayət  edir. 
Böyük  ustad  qafiyələri,  rədifləri,  misra  və  bəndləri  düzərkən, 
onların  qarşılıqlarını  şirin-şəkər  dilimizin  zəngin,  rəngarəng 
xəzinəsindən  necə  də  tapıb  üzə  çıxarır,  şeirlərini  bəzəyir, 
zinətləndirir. Bütün bunlar  hamısı onun Allahın  verdiyi  böyük 
və dərin, tükənməz istedadından irəli gəlirdi. 
Ey süsən sünbülüm, al zənəxdanım 
Qurban olsun lalə, gül ilən sənə 
Bir neçə gündür ki, səndən ayrıyam 
Sanasan həsrətəm il ilən sənə. 
Deməli çox gizlin dərdi-dilim var, 
Qorxuram ki, deyim eşidə əğyar 
İstərəm ki, yazam göndərəm ey yar 
Səhər oğrun əsən yel ilən sənə. 
Ağzı piyaləsən, gərdəni mina 
Nazik əllərində innabı həna 
Səni görən deyər yaşılbaş sona 
Ucu həlqə, siyah tel ilən sənə. 
Çoxlar sənə iyma ilən baş əyər 
Mum tək ərir, olsa bağrı daş əgər 
Tuba görsə ikram eylər baş əyər  


 
304 
Bu gözəl boy ilən bel ilən sənə. 
Yadıma düşəndə zülfün ənbəri 
Qüllab girər ciyərimdən içəri 
Mən şaham, ey gözəllərin sərvəri 
Qurbanam Vaqif tək qul ilən sənə. 
Bununla  belə  M.P.Vaqif  qoşmalarında  biz,  necə  deyər-
lər,  klassik  şeir  ənənələrindən  axıb  gələn  müəyyən  dərəcədə 
çətin,  ağır  görünən  ifadələrə  də  rast  gəlirik.  Doğrudur,  bunlar 
şairin  yüksək  sənətkarlıqla  işlətdiyi  aşıq  sənətindən  qopub 
gələn ifadələr içərisində o qədər də hiss olunmur. Şairin klassik 
şeir  formalarından  istifadə  ilə  işlətdiyi  bəzi  söz  və  ifadələri 
burada  göstərmək  istəyirik.  Lal-əhmər,  hindu-xal,  şamu-səhər, 
qəmi-eşq,  misli  səlasil,  qibləgah-tər,  şuxi-sitəmkar,  bari-möh-
nət,  zərb-ab,  qeybü-xəzan,  cümlə-cahan,  huriyi  qılman,  haq-
nahaq,  afəti-can  və sairə.  Onu da  əlavə  edim ki,  Molla  Cümə-
nin  qoşma  və  gəraylılarında  belə  ifadə  və  birləşmələr  demək 
olar  ki,  yoxdur.  Aşıq  elin  qaynayan, çağlayan  dilindən  seçdiyi 
sadə, axıcı, şirəli sözlərlə şeirlərini qurub tamamlayır. 
Ay ağalar, sizdən xəbər alayım 
Dərdimə dərd qatan burada kimdir. 
Siz Allah, göstərin onu görəyim 
Qəlbimi saxlayan qarada kimdir. 
İkimiz danışaq siz qulaq asın 
Görün zəhmətini, eşqin bəlasın 
Alıban başına yarın sövdasın 
Nahaq bədnam olan orada kimdir. 
Yüz dərman tapıldı çarəmdən qeyri  
Yüz dərdlər sağaldı yaramdan qeyri  
Fərhad ilə Məcnun, Kərəmdən qeyri  
Cümə tək yetməyən murada kimdir. 
M.P.Vaqif  də  Molla  Cümə  də  saysız-hesabsız  müxəm-
məslər yazmışlar. Vaqifin  müxəmməsləri klassik şeir üslubun-
dadır.  Bütün  müxəmməslərin  hər  bəndi  beş  misradan  və  beş 
bənddən  ibarətdir.  Bizim  aşıq  sənətimizdə  müxəmməs  adında 


 
305 
həm şeir forması var, həm də aşıq  havası var. Molla Cümənin 
bütün müxəmməsləri məhz aşıq havaları üstündə qurulmuşdur. 
Şeirlərdə  misra və bəndlərin  sayı  məhz  müxəmməs  aşıq  hava-
sının  quruluşuna  uyğun  şəkildə  yaradılır  və  oxunur.  Hər  iki 
sənətkarın  bu  formada  şeirləri  haqqında  mənim  qeydlərim 
çoxdur,  özü  də  maraqlıdır.  Bir  cəhəti  xüsusilə  qeyd  etmək 
istəyirəm.  İlahi,  həm  Vaqif  və  həm  də  Molla  Cümə  nə  qədər 
şirin-şəkər  dilimizi  bilir  və  böyük  dahiliklə  onun  rövnəqlərini 
qurub  qoşduğu  müxəmməslərində  yerli-yerində  işlədə  bilirlər. 
Ana dilimizin möcüzələri hər iki böyük sənətkarın, mən əlbəttə 
müxəmməslərini  nəzərdə  tuturam,  yaradıcılığından,  axtarıb, 
arayıb tapıb üzə çıxarmaq olar. Mən hər iki sənətkarın müxəm-
məslərindən bəzi bəndləri burada misal gətirmək istəyirəm.  
Vaqif: 
Nə zaman ki, deyəsən ey güli-xəndan, gedərəm 
Bil ki, mən həm düşübən dalına giryan gedərəm 
Yəni zülfün kimi çox halı pərişan gedərəm 
Öz ayağınla gəlibsən, sənə qurban, gedərəm 
Ey qara kirpiyi ox, qaşı kaman, xoş gəldin! 
Molla Cümə: 
Ol yaradan yaradıbdır 
Sən balanı necə nazlı. 
İncə belli şümşad əlli 
Fəsih dilli, şirin sözlü. 
Orta boylu, gözəl xoylu, 
Ənbər buylu qəmər üzlü, 
Qələm qaşlı, şux baxışlı, 
İnci dişli, maral gözlü, 
İzin ver, hüsnünə edim 
Doyunca tamaşa dilbər. 
Vaqif: 
Qaməti mövzun ilə bir sərvi-gülşənsən, gözəl 
İki dünyanın səfavü zövqünə təksən, gözəl 
İtməyə gözdən, könüldən ayrısan gensən, gözəl 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə