306
Fikri, zikri dediyi danışdığı sənsən, gözəl
Mayil olmaz hər yetən göftarə, gördüm Vaqifi.
Molla Cümə:
A gəlin, yoxdur ayıb
Qaş kirpiyin gözün gözəl.
Dil gözəl, dodaq gözəl
Yanaq gözəl, üzün gözəl.
Xoy gözəl, qılıq gözəl
Söhbət gözəl, sözün gözəl.
Boy gözəl, buxun gözəl
Qamət gözəl, özün gözəl.
A gəlin oxşar canın
Yağmış təzə qara gəlin.
Akademik Həmid Araslı məqalələrinin birində yazmış-
dır ki, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh
kimi ustad aşıqların vaxtilə klassik şeir üslubunda əsərləri olub.
Məsələn: rübai, müxəmməs, qəzəl, mürəbbe və sairə. Belə
şeirlər yazıya alınmadığı və aşıqlar tərəfindən ifa edilmədiyi
üçün qalmamışdır. Məlumdur ki, Molla Pənah Vaqif klassik
şeir üslubunda çoxlu əsərlər yazmışdır. Klassik şeir üslubunda
şeirlər Molla Cümənin də yaradıcılığında var. Buna mən
xüsusilə aşığın qəzəllərini göstərə bilərəm. Aşığın qəzəllərini
ilk dəfə əlyazmalarından tapıb mən çap eləmişəm. Çox diqqə-
təlayiqdir ki, Vaqifin və Molla Cümənin qəzəlləri içəri-sində
oxşar nümunələr vardır. İndi mən hər iki sənətkardan bir qəzəl
misal göstərəcəyəm.
Molla Pənah Vaqif:
Aydın olsun gözlərin kim gəldi yarın kağızı
Könlümü şad eylədi gözəl nigarın kağızı.
Oxudum, öpdüm gözə sürtdüm dedim səd
mərhəba
Gözüm üstdə var yerin ey gülüzarın kağızı.
Səndən ayrı ol qədər qan ağladım kim dəmbədəm
Yaşa batıb islanıb səbri qərarın kağızı.
307
Çox çəkirdim intizarın gözlərim yolda idi
Şükrüllah gəldi çeşmi xumarın kağızı.
Qeyri yarı ey gözəl qılma bədəl sən Vaqifə
Yadigar saxla bu olsun etibarın kağızı.
Molla Cümənin qəzəli:
Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir
Qış günləri yaza döndü şirin dil xoş zəban gəlir.
Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istər
Öz-özümə səbir verdim dedim mahi-taban gəlir.
Çıxardıb al libasını geyibdi qara donları
Yəqin bildim eşq ucundan halı çox pərişan gəlir.
Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyə
Ayrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir.
Molla Cümə çıx daldadan səni görsün o sirdaşın
Bəlkə canı qərar tapa eşidib bigüman gəlir.
Hər iki sənətkarın yaradıcılığında çox maraqlı şeir-
lərdən biri xüsusilə diqqəti cəlb edir. Əcaba, bir-birindən xə-
bərsiz yazılan bu müxəmməslərdə necə də oxşarlıqlar var.
Bəlkə Molla Cümə doğrudan da Vaqifin bu şeirini nə vaxtsa
eşidib, yaxud hardasa ona qulaq asıb. Hər halda bu şeirlər
arasında yaxınlıq, bir-biri ilə tanışlıq göz qabağındadır. Görün,
böyük ustad Vaqif necə də sonrakı yenə də ustad olan
sənətkarların yaradıcılığına yol tapırdı.
Molla Pənah Vaqif:
Gədə, mən qurban olum qaşları kaman bacına
Belə bir şux baxan kirpiyi peykan bacına
Məməsi misli-şəkər, gözləri ceyran bacına
Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına
Məst dəmənkəşi xəndani xuraman bacına.
Molla Cümə:
Gədə mən qurban olum
Gözləri göyçək bacına.
Başında kəlağayı
Baftası ləçək bacına.
308
Saçları güləbatın
Teli qurumsaq bacına.
Qabağı ayna kimi
Yanağı çiçək bacına.
Him vurub qaş oynadan
Sığallı birçək bacına.
Gədə mən qurban olum
Gözləri göyçək bacına.
Hər iki sənətkarda müxəmməs gözəlin tərifinə həsr
olunub. Onun gəzişi, duruşu, baxışı, geyimi, nazı, qəmzələri,
nadir gözəlliyi, üzü, dişləri, dodaqları, baxışları və s. Oxucu-
ların icazəsi ilə mən hər iki sənətkarın müxəmməsindən daha
iki bənd gətirməyi məsləhət bilirəm.
Vaqif:
Görmüşəm gözlərimi - nərgizi məstanə kimi
Gecə-gündüz gəzərəm çölləri divanə kimi.
Ələ düşsə dönərəm başına pərvanə kimi
Parə-parə ciyərim eyləmişəm şanə kimi
İstərəm sarmaşam ol zülfü pərişan bacına.
Molla Cümə:
Gözləri büllur kimi
Qaşlarının əyməsi xub.
Qoynunda cüt şamama
Yengicə dəyməsi xub.
Belində gümüş kəmər
Yaxasında düyməsi xub.
Ayağında kişmir tuman
Taftalı yun geyməsi xub.
İstığa çəpkən olan
Zər ciqqə əlcək bacına,
Gədə mən qurban olum
Gözləri göyçək bacına.
309
Molla Pənah Vaqif və Molla Cümə bütün bəndlərin
sonunda birinci bəndin iki misrasını təkrar edərək şeirin təsir
qüvvəsini çoxaldırlar.
Molla Pənah Vaqif klassik Azərbaycan ədəbiyyatının
orta əsrlərdə yetişdirdiyi nadir simalardan biridir. Doğrudur,
kökündə, mənbəyində Azərbaycan aşıq sənətinin ənənələri
dayanır. Ancaq unutmayaq ki, Vaqif klassik şeir üslubunu çox
heyrətlə aşıq sənəti ənənələri ilə qovuşdurmuşdur. Onun ədə-
biyyatımız, mədəniyyətimiz tarixində ən böyük xidmətlərindən
biri də budur. Məsələn, Vaqif də müxəmməs yazıb, Molla
Cümə də. Vaqifin müxəmməslərinin ayaqları klassik şeir üslu-
bunda bərkiyib. Molla Cümənin müxəmməsləri isə saz havaları
üstündə qurulmuşdur. Çox zaman hər iki sənətkar eyni rədif
üstündə müxəmməslərini düzüb-qoşurlar. Əlbəttə, şeirlər biri
digərinin himayəsi ilə dünyaya gəlmişdir. Vaqif deyir:
Dilbər, nə deyim sən kimi canan ələ düşməz
Zülfün kimi heç zülfü pərişan ələ düşməz
Ləbin kimi bir ləli-Bədəxşan ələ düşməz
Bir yerdə belə həkimi-Loğman ələ düşməz
Biçarələrin dərdinə dərman ələ düşməz.
Molla Cümə isə aşıq-saz havaları üstündə düzüb qoş-
duğu müxəmməsində deyir:
Ey könül, qalxma səmayə
Əvvəlki dövran ələ düşməz.
Yarinən, həmdəminən
Etdiyin seyran ələ düşməz.
Çox keçər illər, aylar
Olubdu viran, ələ düşməz.
Lalə, nərgiz, tər bənəfşə
Sünbülü-reyhan ələ düşməz
Gül solub bülbül gedib
Ölübdür bağban ələ düşməz.
Molla Pənah Vaqifin və Molla Cümənin bədii cəhətdən
çox kamil, təsirli, bəlkə də oxşar süjetli təcnisləri var. Yalnız
Dostları ilə paylaş: |