293
Aşıqlarımız Türkiyəyə, Gürcüstana, Qərbi Azərbay-
cana, Dağıstana, İrana səfər edir, həm öz şeirlərini oxuyur,
yayır, aşkarlayır. Şahidi olurlar ki, böyük ustad Vaqif onlardan
qabaq gəlib elin içərisində dolaşır, oralarda çoxdan şair öz
gözəl gözəlləmələri ilə hakimdir. Beləliklə, baxın Azərbaycan
aşıqları məhz bu yolla Vaqif poeziyasına vaqif olurdular.
Molla Cümə şeirləri ilə Molla Pənah Vaqif yaradıcılığı
arasında çox aydınlıqla görünən tellər, bağlar var. Böyük
aşığımız böyük şairimizin yaradıcılığı ilə necə, nə yolla və
harada tanış ola bilərdi? Mən çox inamla və cəsarətlə deyirəm,
mənim apardığım müşahidələrimə görə Molla Cümə böyük,
ulu şairimizin yaradıcılığına vaqif idi. Ancaq bu sadəcə
danışıqdır. Bunu sübuta yetirmək üçün çoxlu axtarışlar, müqa-
yisə və təhlillər aparmaq lazımdır. Bunun üçün xüsusi tədqiqat
işləri görmək gərəkdir. Əlbəttə, bunu tezliklə birinci axtarışda
aşkarlamaq çətindir. Çox ehtiyatla, səbrlə, diqqətlə yoxlamaq,
xalqımızın hər iki sənətkarının yaxınlıq və oxşarlığını
göstərmək lazımdır. Uzun illər bu iki sənətkarın yaradıcılıqları
arasında olan yaxınlıq, tellər və bağlar məni rahat buraxmırdı.
Axı bu möcüzədir, özü də çox ibrətamiz bir möcüzədir. Vaqif
və Molla Cümə yaradıcılıqları arasında yaxınlıq və oxşarlıq üzə
çıxır. Mən bu sahədə kiçik və ilk müşahidə aparmaq qərarına
gəldim. Onu da deyim ki, bu yaxınlıq və oxşarlığın çox dərin
kökləri var. Bunları axtarmaq, üzə çıxarmaq folklorşünaslıq,
ədəbiyyatşünaslıq üçün çox vacib problemlərdən biridir.
Mən şəxsən bu işə formal, xüsusi müqayisələrlə baş-
lamaq istəyirəm. İlahi, hər iki sənətkarın nə qədər də oxşar,
yaxın əsərləri var. Elə bunların özü də sübut edir ki, Molla
Cümə Vaqifi, onun dünya şöhrətli yaradıcılığını, xüsusilə də
qoşma, təcnis və deyişmələrini yaxşı tanıyır və ürəklə bəhrə-
lənirdi. Hər iki sənətkarın eyni bir şeiri üzərində müşahidələr
aparmaq uğurludur.
Şeirlərində Vaqif əvvəlcə gözəlin portretini çəkir, gö-
zəlliklərini, əlamətlərini sadalayır. Molla Cümə isə «gözəl»
294
deyərək müxtəlif mənalar üzərində şeirini tamamlayır. Elə bil
Vaqif tərəfindən portreti çəkilmiş gözələ vurulan Molla Cümə
ondan çarə istəyir. Başqa sözlə, Molla Cümə gözəli artıq tərif-
ləri, əlamətləri aşkar edilmiş hazır gözəldir. Vaqif isə onun gö-
zəlliklərini, əlamətləri ilə şeirə gətirir. Vaqif gözəl sözünü
müxtəlif mənalarda işlətməklə gözəlin gözəlliyini ustalıqla po-
etikləşdirir. Oxucuya aydın olsun ki, söhbət hər iki sənətkarın
gözəlin tərifinə elədiyi və bir-birinə oxşar, yaxın olan «gözəl»
şeirindən gedir.
Vaqif:
Gözəl qamət, gözəl gərdən, gözəl üz
Gözəl olmaz sən tək olsa, gözəl yüz
Gözəl canı munca yetər, gözəl üz
Gözəl deyil, etmə, gözəl alı sən.
Molla Cümə:
Gözəl bircə, gözəl, dayan burada
Gözəl dərdim gözəl deyim sənə get
Gözəl günüm gözəl qoydun qarada
Gözəl, rəhmin gözəl eylə mənə get.
Vaqif:
Gözəl durub, gözəl gəzib, gözəl bax
Gözəl kəlbəm, sal boynuma gözəl bağ
Gözəl, seyrü kəşt eyləyib gözəl bağ
Gözəl, dər budaqdan gözəl alı sən.
Molla Cümə:
Gözəl varmı gözəl dərdə dərmanım
Gözəl aldı gözəl dinim, imanım
Gözəlim sən, gözəl İsmi Pünhanım
Gözəl doğru, gözəl cavab denə get.
Hər iki sənətkarın elə şeirləri var ki, onlar arasında ox-
şarlıq, yaxınlıq göz qabağındadır. Burada istər-istəməz ustad-
şagird ənənəsi özünü aydıncasına göstərməkdədir.
Vaqif:
Bir fitnə fellinin, üzü xallının
295
Bir şirin dillinin qurbanıyam mən.
Bir qənd məqallının ləb zülallının
Bir ağzı ballının qurbanıyam mən.
Molla Cümə:
Bir zülfü ənbərə, qaşı peykərə
Bir gözü xumara canım peşkəşdir
Bir yanaq əhmərə, üzü qəmərə
Bir dişi gövhərə canım peşkəşdir.
Vaqif:
Bir süsən muylunun, səmən boylunun
Friştə xoylunun, mələk soylunun
Bir cənnət küylünün, Tuba boylunun
Bir şümşad qollunun qurbanıyam mən.
Molla Cümə:
Bir ismi əzbərə, əndamı tərə
Bir cavan bəşərə, gözəl düxtərə
Bir eşqi əxkərə çox zülümkərə
Cüməyəm, əşkara canım peşkəşdir.
Vaqif Azərbaycanın aşıq sənətinin ənənələri üzərində
pərvəriş tapmışdır. Onun bütün şeirləri öz köklərini Azərbay-
can aşıqlarının şeirlərindən götürür. Beləliklə, Vaqif böyük
ustad sənətkar, müəlim kimi formalaşmışdır. Bunun ikinci bir
tərəfi də var. Azərbaycan aşıq sənətinin ənənələrindən güc-
qüvvət alan Vaqif sonralar özündən sonra yetişən aşıqların, ən
böyük ustadları da daxil olmaqla ustadı olmuşdur. Vaqifdən
sonra elə bir Azərbaycan aşığını tapmaq olmaz ki, o, böyük
sənətkarın yaradıcılığından bəhrələnməmiş olsun. Akademik
Həmid Araslı yazır ki, XIX və XX əsrlərin aşıqlarının çoxu
Vaqifin mövzularını təkrar etmiş, onun kimi qoşmalar yarat-
mağa çalışmış, onun qafiyələrini, rədiflərini və bədii ifadələrini
dönə-dönə işlətmişlər.
Vaqif:
Bayram oldu heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdu.
Dostları ilə paylaş: |