310
qoşmalarda, müxəmməslərdə, qəzəllərdə deyil, hətta təcnis-
lərdə də hər iki sənətkarın gözəl, axıcı, gözoxşayan, ürəyəya-
tımlı təcnisləri çoxdur. Onları oxuduqca oxumaq istəyirsən.
M.P.Vaqifdə:
Çəkilir sürmələr, qaralı gözlər
Alır məndən səbri qaralı gözlər
Yoluna baxmaqdan qaralı gözlər
Gəl indi bir quru ayağilə sən.
Molla Cümədə:
Bağ yetirdim bar tapmadım öz əlim
Ha hərrədim boş qayıtdı öz əlim
Qızıl gülə həsrət qoydu öz əlim
Bülbüllər yaşırdı a yazı məndən.
Molla Pənah Vaqifin qoşmaları elə bil ki, cüt – qoşa
yazılmışdır. Bu ənənə Vaqif yaradıcılığında əsas yerlərdən biri-
ni tutur. Əgər diqqət eləsək, Molla Cümə də tək şeir qoşma-
mışdır. Eyni rədifdə ən azı iki qoşması – şeiri vardır. Mən
aşığın şeirlərini toplayarkən onu tanıyanlar, qocalar deyirdilər
ki, Molla Cümə tək şeir yazmamışdır. (Əlbəttə, bu ənənə onun
qoşma, gəraylı, divani və bəzən də təcnislərinə aiddir.) Məsə-
lən, Vaqifin məşhur rədiflər əsasında yazılan qoşmalarından
bəzilərinə nəzər salaq:
Xeyli vaxtdır ayrılmışıq yar ilən
Gördük amma tapışmadıq ayrıldıq.
…Olmayaydı belə səfərə çıxmaq
Biz yar ilə danışmadıq, ayrıldıq.
Yaxud başqa bir misal:
Açıq başda əgər olsa bir dilbər
Onda bu nişanlar müəyyən gərək.
…Bulud zülflü, ay qabaqlı gözəlin
Duruban başına dolanmaq gərək.
«Gərək» rədifli qoşmaların sayı çoxdur. Belə misal-
lardan daha çox misal çəkmək olar. Molla Cümə isə əsasən iki
311
oxşar rədifli qoşma söyləyir. Heç vaxt onda bir rədifli qoşma
olmayıb, iki-üç oxşar rədif var, ancaq bir rədifli yoxdur.
Bəd əsilnən dost olmayın qardaşlar,
Bəd əsil dost olan ahu-zar eylər.
…Necə dad etməyim ay fələk,
İsmi-Pünhanın mənə zəlalət eylər.
Belə misalları daha çox gətirmək olar.
Çox zaman hər iki sənətkar eyni, oxşar bir mövzuya
şeirlər həsr edirlər. Molla Cümənin mənim çox sevdiyim
«Ağlayanda» rədifli qoşması var, 5 bənddən ibarətdir. M.P.
Vaqifin də həmin mövzuya həsr etdiyi qoşması var. O da 5
bənddir. Maraqlı cəhət odur ki, hər iki sənətkar mövzu ilə bağlı
çox ibrətamiz, təsirli, bədii cəhətdən yüksək səviyyəli oxşar
bədii dil vasitələri, bənzətmə, ibarə, obrazlı müqayisələr seçir-
lər. Onların bu bədii dil vasitələri ilk baxışda oxşar kimi
görünür. Ancaq bədii təsir qüvvəsi ilə orijinal və bənzərsizdir.
Məsələ burasındadır ki, hər iki qoşma oxucuda çox dərin bədii
vüsət oyadır.
Vaqif:
Məni qərq eylədin qəm dəryasına
Ey çeşmi-xumarım nöşün ağladın,
Ey gözüm, nə dəyib köyrək könlünə
Ey şirin göftarım, nöşün ağladın.
Hər kəs görən dəmdə öz sirdaşını
Məgər tökər qabağını-qaşını
Oda yaxdın ciyərinin başını
Vaqif der: dildarım nöşün ağladın.
İndi gəlin, Molla Cümənin həmin mövzuda olan qoşma-
larından misallara nəzər salaq:
Beyqafıl qovrulub məlul ağladın,
Müşkül oldu halım sən ağlayanda,
Elə bil ağladın canım dağladın
İtirdim kamalın sən ağlayanda.
312
Qurban olum gözlərinin yaşına
Səbir eylə ol xudanın işinə
Bir od saldın ciyərimin başına
Ay bülbül sədalım sən ağlayanda.
Molla Cümə bütün realist həyatdan, eldən-gündən gələn
mövzularla yanaşı, mifik və əfsanəvi obrazlara da qədim Şərq,
Azərbaycan, İslam mifologiyasına da çoxlu əsərlər həsr etmiş-
dir. Bu mövzuda olan şeirlərdən bir neçəsinin adını qeyd edək.
«Mədəd», «Şükür», «Dünya», «Dünyadır», «Neylədin»,
«Yarəb», «Bax» və s. rədifli şeirləri buna misaldır. Aşıq hətta
digər mövzulara həsr elədiyi şeirlərində də tez-tez mifoloji və
əfsanəvi obrazlara müraciət edir. Belə şeirlər onun ilahiyyat
elminə, qədim İslam mədəniyyətinə, Qurani-Kərimə bələdliyini
təsdiq edir. Molla Pənah Vaqif də əsl realist bir sənətkardır. O,
o dövrün həyatını, həyat gerçəkliklərini canlı, real gözəlləri
tərifləmişdir. Onun gözəlnamələri hər gün və tez-tez rastlaşdığı
el, oba qızlarına həsr edilmişdir. Böyük şairin real, üzvi,
müqəddəs aşkara məhəbbəti də böyük və tükənməzdir. Bu o
demək deyildir ki, M.P.Vaqif qədim Şərq, Azərbaycan, İslam
rəvayət, dastan, lətifələrinə bələd olmamışdır. Aşağıda görəcə-
yimiz misralar aydın surətdə sübut edir ki, adlarını çəkdiyimiz
miflər tarixi və əfsanəvi obraz və şəxslər haqqında olan
rəvayət, miflərlə tamamilə tanış idi. Yenə də təkrar edirik ki,
Molla Pənah Vaqif yaradıcılığının üslubu belədir, o formalar
bunu belə tələb edirdi. Böyük şairin saysız-hesabsız qoşma və
gözəlnamələri həyatın özündən nəşət edirdi, elin ən böyük və
həm də ən incə gözəlləri haqqında təranələri dağ çeşməsi kimi
büllur, saf qaynaqlardan təbii yolla axıb gəlirdi. Qoşmalardan
bəzi misallar:
Bir məlahət kanı, Yusifi-sani,
Yüz Züleyxa, yüz min Yusifi-Kənan.
Oturuşu şirin, danışı Leyla
Ağ sinəndir təxti Süleyman kimi.
313
Gedin deyin o ləbləri Yəmənə
Olsa yüz min Tuba boylu gül bədən.
Mən bir Fərhad, sən bir Şirin dəhandan…
Fərhad Şirin üçün sığındı dağa
Məcnunun oylağı Leyli dağıdır.
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm…
Döndəribdir məni Şeyx Sənana
Cam içmişəm mən məstanə gəlmişəm. və s.
Vaqifin «Mənim» rədifli qoşmasından daha bir bənd:
Vəhdətim, xoş günüm, söhbətim, dəmim
Fəxfürum, Qeysərim, Cəmşidim, Cəmim
Xosrovum, Xaqanım, şahi-əzəmim,
Padişahım həm əla sultanım mənim.
Azərbaycan aşıq sənətinin əlamətlərindən, bəlkə də əsas
xüsusiyyətlərindən biri də aşıqların şeirlərdə işlətdikləri rədif-
lərdir. Rədif sadəcə sözlər deyil, onlar bəlkə də aşıq şeirlərinin
bəzək-düzəyidir. Çox zaman rədiflər ayrı-ayrı bəndlərdə hətta
qafiyələri də çəkib gətirir. Rədiflər aşıq şeirlərinin ayrılmaz
tərkib hissəsidir. Çox zaman aşıq qoşmalarının ümumi təsiri
məhz onlarda işlədilən rədiflərlə əlaqədardır. Belədir, hər bir
aşıq şeirinin birinci bəndində ikinci misrasının sonu rədiflə
tamamlanır. Sonra bu rədiflər qoşmaların qalan bəndlərində
dördüncü misrada tez-tez təkrar olunur. Ustad aşıqların birinci
bənddə işlətdiyi rədiflər sonrakı bəndlərdə dəyişilmir, eynilə
təkrar olunur. Bu, xüsusi bir qayda ilə qorunmuş qanundur.
Molla Pənah Vaqif qoşma və təcnislərində klassik rədiflər var.
Bunlar sonrakı aşıqlarımızın şeirlərində təkrar olunmuşdur.
Heç kəs deyə bilmir ki, rədifləri bir aşıq başqasından götürüb.
Rədif özü qoşmalarla qoşa-qoşa gəlib özləri xüsusi bir qayda
ilə yerləşirlər. Klassik aşıqlarımızın rədif işlətməsində Molla
Pənah Vaqifdə bir yenilik var. Başqa sözlə, rədif sonrakı
bəndlərdə eyni ilə təkrar olunmur, oxşar səslərlə əvəz olunur.
Bir neçə misal çəkək:
Dostları ilə paylaş: |