290
bu sirləri aşkarlayıb Molla Cümənin ürəyi qədər sevdiyi doğma
xalqına qaytarın.
Əzizim Əli Rza müəllim.
Əzizim, mən Sizə çox zəhmət vermişəm, ərkinən Sizi
çox incitmişəm. Yenə də incitmək istəyirəm. Mən ömrümün
yarısından çoxunu böyük Azərbaycan aşığı Molla Cümənin hə-
yat və fəaliyyətinə həsr eləmişəm. Elin dilindən şeirlərini dənə-
dənə yığmışam, evlərə, ayrı-ayrı şəxslərə müraciətlə əlyazma-
larını əldə eləmişəm. Aşığın hər bir şeirini əlimdə olan bütün
variant və əlyazmaları ilə müqayisə edib nəhayət onun kül-
liyyatına daxil eləmişəm. 41 müəllif vərəqi həcmində olan bu
külliyyatı prezident adminstrasiyası çap eləyib bütün Azər-
baycan kitabxanalarına hədiyyə vermişdir. Molla Cümənin
həmin külliyyatı hazırda Almaniyanın Halle şəhərində
universitetin Landes kitabxanasında saxlanılır. Mən aşığın
şeirləri üzərində işləyəndə hər dəfə hansısa bir sənətkarın
şeirlərinin izi, təsiri, rayihəsi məni narahat edirdi, həvəs-
ləndirirdi və həm də hər gün düşündürürdü. Nəhayət bu
yaxınlarda böyük şairimiz Molla Pənah Vaqifin əsərlərini
təzədən oxudum. Ulu Tanrı, Böyük Allah, bu nə möcüzədir!?
M.P.Vaqif və Molla Cümənin iki nəhəng, titanik sənətkarların
yaradıcılığı arasında bağlar, tellər, oxşarlıqlar gördüm. Bunlar
məni valeh elədi, əməlli-başlı müşahidələr apardım. Əli Rza
müəllim, əzizim, mən indi çox ağır xəstəyəm. İlk müşa-
hidələrimi də demək olar ki, yataqda aparmışam, yazmışam,
müşahidələri genişləndirmək üçün mənim nə mənəvi, nə də
fiziki imkanım yoxdur.
Əli Rza müəllim. Mən əldə elədiyim müşahidələrimi bir
məqalədə ümumiləşdirib Sizin sevimli qəzetimizə göndərirəm.
291
Siz böyük ustad və böyük sənətkarsınız, bir müəlliminiz kimi
Sizinlə fəxr eləməyə mənim haqqım və hüququm var. Mən də
böyük alim və böyük pedaqoqam, 86 yaşımda hələ də əlimdə
qələmim işləyir. Sizin də öz müəlliminzlə fəxr eləməyə
haqqınız var. Əli Rza müəllim, əzizim, qoy mənim apardığım
bu ilk müşahidələr şəxsən Sizin və mənim adımdan elimizin iki
böyük sənətkarının ruhlarına oxunan dualar olsun.
Hörmətlə,
PAŞA ƏFƏNDİYEV
professor, əməkdar elm xadimi
10.06.2014-cü il
MOLLA PƏNAH VAQİF VƏ MOLLA CÜMƏ
Oxucularım fikirləşərlər ki, bu iki böyük sənətkarı nə
kimi yaxınlığı, yaradıcılıqları arasında nə kimi oxşarlıq, əlaqə
birləşdirə bilər. Mən ömrümün yarısını Molla Cümənin həyat
və fəaliyyətinin öyrənilməsinə həsr eləmişəm. Hər dəfə aşığın
şeirlərini müqayisələr aparmaq yolu ilə nəşrə hazırladıqca məni
hansısa bir sənətkarın Molla Cümə şeirləri ilə yaxnlıq, oxşarlıq
halları düşündürürdü. Bu cəhət aşığımızın həm qoşma, gəraylı
və müxəmməslərinə aid idi. Molla Pənah Vaqif yaradıcılığı ilə
xüsusilə məşğul olmamışdım. Ancaq bildiklərim, yaddaşım
mənim nə isə bu iki sənətkar arasında oxşarlıq olduğu qəna-
ətinə gətirib çıxarırdı.
Molla Cümənin vətənində onun şeirlərini topladığım
zaman aşığı görənlər, tanıyanlar, sənətkarlar hər zamanlar bir
ağızdan deyirdilər ki, Molla Cümə molla olmayıb, mollalıq
eləməyib yalnız elmli, bilikli ürfan sahibi olduğuna görə onun
adının əvvəlinə Molla sözünü artırmışlar. Qax rayonunun İlisu
kəndində mənə dedilər ki, burada şair Nazim olub, mən onun
292
şəxsiyyətini aydınlaşdıra və şeirlərini tapa bilmədim. Böyük
ədəbiyyatşünas və folklorşünasımız Salman Mümtaz 1927-
1928-ci illərdə çap elədiyi 2 cildlik «El şairləri» kitabında
Nazimin 3 şeirini verib və Molla Məhəmməd Nazim yazıb.
Şəkidə Molla adlandırılan çoxlu şəxslərə rast gəldim. Özü də
onlar öz dünyagörüşü, elmi, biliyi, təcrübəsi, müdrikliyi ilə
seçilən şəxslər idi. Vaqifin də adının əvvəlinə Molla sözünün
artırılması, əlbəttə, mənə görə bu səbəbdən olmuşdur. Bütün
Azərbaycanda Vaqif haqqında çox məşhur, yayılmış məsəl,
aforizm gəzmiş, elə indi də gəzməkdədir. «Hər oxuyan Molla
Pənah olmaz». Vaqifə də Molla Pənah demişlər. Axı Vaqif
hələ Qazaxda ikən məktəbdarlıq eləyib, başqa sözlə desək, o,
müəllimlik eləmişdir. Molla Cümə Vaqifi tanıyırdımı? İstər-
istəməz mənim qarşıma tez-tez belə əhəmiyyətli suallar çıxırdı.
Görəsən, Vaqifin özü yaradıcılığı haqqında aşıq nə və nəyi bilə
bilərdi? Sonralar mən təbii ki, Vaqifin şeirlərini yenidən
oxudum, qarşıma çox ibrətamiz hallar gəlib çıxdı. Doğrudur,
Molla Cümənin peoizyasında Vaqifin adı çəkilmir. Ancaq
Vaqif poeziyasının rayihəsi, sirri, gözəlliyi Molla Cüməni bir
sənətkar kimi heyran eləmişdi. Molla Cümə Vaqifin yara-
dıcılığı haqqında eşitmişdi. Çünki Molla Pənah Vaqifin şeirləri
bütün Azərbaycanda dilləri dolaşırdı. O biri tərəfdən axı
aşıqlarımız səyyar sənətkarlardır. Onlar bütün ölkədə el, oba,
məhəllə, bölgələri özlərinə yaxın olan ölkələri də dolaşırdılar.
Bu baxımdan Molla Cümənin Vaqifi tanıması tamamilə təbii
idi. Görün, Varxiyanlı aşıq Məhəmməd hələ XIX əsrdə nə
deyirdi:
Məhəmmədəm gəşt elədim
Bu cümlə cahanı gəzib
Gəncəni, Qarabağı
Şəkini, Şirvanı gəzib
Xoy, Salmas, Marağa
Təbrizi, Tehranı gəzib.
Dostları ilə paylaş: |