286
Olanda üzbarı fələk.
İbtətamizdir ki, Molla Cümə mifologiya ilə bağlı şeir-
lərini əsasən Ulu Tanrıya müraciətlə başlayır. Bu cəhətdən
«Yarəb» rədifli qoşma üstündə iri həcmli şeir diqqətə layiqdir.
Aşıq bu şeirini «surə» adlandırmışdır.
Bir diləkdir dərgahımdan istərəm,
İsmindir min birə bağışla yarəb.
Dil duada üzüm göydə səsdərəm,
Həbib pirü-nurə bağışla yarəb.
Ol huri-qılmana səkkiz uçmağa (cənnət)
Leylə türqədirə bağışla yarəb.
Furqandan Zabura İncil Törata,
Abi kövsərə bağışla yarəb.
Musa gündə min bir kəlmə danışan,
Ol Sinayə, Tura bağışla yarəb.
Yüz igirmi dörd min gələn Nəbiyə,
Xatəmil-Muxtara bağışla yarəb.
Övliya məkanı Məkkə, Mədinə,
Şam ilə Buxara bağışla yarəb.
Yunisi dəryada saxlayan maha,
Yeddilər, qırxlara bağışla yarəb.
Molla Cümənin bu şeiri 13 bənddir. Diqqət ediləndə
görünür ki, aşıq hər bir bənddə İslam mifologiyasının motiv-
ləri, obrazları və əhvalatları ilə şeirini aşkarlayır.
Dünya dinlərinin dörd kitabı, Musa peyğəmbərin Tur
dağında söhbətləri, yüz igirmi dörd min nəbinin fəaliyyəti
Xeyr-Şər yazıları Lövhi-Məhfuz, qəriblərin dadına çatan Xızr
peyğəmbər, Müqəddəs Məkkə, Mədinə və sairə aşığın şeirinin
əsas iştirakçılarıdır. Molla Cümə bununla özünün islam dün-
yasına, dini əfsanələrə, mifoloji motivlərə vaqifliyini büruzə
verir.
Molla Cümənin bilavasitə mifoloji süjetlərə həsr edilən
şeirlərindən biri də «Mədəd» rədifli müxəmməsidir. Aşıq özü
bu şeiri «minacat» adlandırmışdır. Qax rayonunun İlisu kəndin-
287
də olanda Yunis Təhməzov mənə aşığın böyük bir əlyazmasını
hədiyyə vermişdi. Deyirdilər ki, guya Yunis dayı Molla Cümə-
nin bəzi şeirlərini Quran kimi avazla oxuyur. İndi mən anladım
ki, Yunis dayıda məhz bu tipli şeirləri olmuşdur. Belə şeirlər
Molla Cümənin bütünlükdə İslam mifologiyasına və həm də
Şərqin məşhur mifoloji süjetlərinə və obrazlarına yaxından
tanışlığını sübut edir. Mifologiyaya, mifoloji süjetlərə həsr edi-
lən şeirlərdə elə obraz və süjetlərə rast gəlirsən ki, açılması şəx-
sən mənim üçün müşgül işdir. Halbuki bu obraz və süjetlərin
sirlərinə Molla Cümə bütün təfərrüatı ilə vaqif olmuşlar. Hey-
ran olursan ki, böyük sənətkar bunları nə vaxt, harada və necə
öyrənmişdir. Özü də Baş Göynükdə oturub.
Doqquz yüz əlli yaşayıb
Nuh getdi dünya səndən
Çox möcüzat zühur oldu
Şüheybin əsasından
Daş içindən çıxdı dəvə
Salehin duasından
Zəkəriyyə girdi ağaca
Yardılar qafasından
Qoyun kimi boğazlanan
Yəhya Məlildən mədəd.
Mən onu bilirəm ki, Saleh, Zəkəriyyə, Yəhya, Məlil
bunlar peyğəmbərlərdir. Ancaq onların həyatı, fəaliyyəti,
vəzifəsi haqqında heç bir məlumatım yoxdur. Aça da bilmə-
dim. Vasim müəllimə də zəng eləmək istədim, o da baş
tutmadı, evdən də çıxa bilmirəm. Bunlar qaldı gənc həmkar-
larımın öhdəsinə. Mən «Mədəd» rədifli müxəmməsin daha bir
neçə bəndini misal gətirib mifoloji köklərini açmağa çalışa-
cağam.
Gecə-gündüz duam budur
Cabbar Cəlildən mədəd...
Adəmin cəsədi yoğrulan
O Abi gildən mədəd.
288
Sonra:
Əyub yaman dərdə düşdü
Əridi cismi canə
Sultan ikən Bilqeyisi
Qul etdilər Süleymanə
İbrahim Xəlil dost yoluna
Oğul verdi qurbanə
Quyu içinə düşdü Yusif
Dua etdi Sübhanə
Ağlar qalan Yaqub təki
Çeşmi alildən mədəd.
Burada Əyyub, Bilqeyis, Süleyman, İbrahim Xəlil,
Yusif, Yaqub, Sübhan kimi mifoloji obraz və tarixi şəxsiy-
yətlərin adları çəkilir. Məlum olsun ki, hər bir adın, şəxsin
arxasında böyük mifoloji əhvalat, hadisə və süjetlər var.
Bunların hamısı bütün təfərrüatı ilə Molla Cüməyə məlum
olmuşdur.
Şeirin başqa bir bəndinə nəzər salaq:
Dəryada balıq qarnında
Yunis oxur halətə
Dörd yol öldü carcuz Nəbi
Çıxdı axır səlamətə
Tutdu Əli Zülfüqarı
Çalışdı qəzəvətə
Kərbalada Həsən, Hüseyn
Təslim oldu cənnətə
Mustafanın çeşmi-nuru
Ol iki güldən mədəd.
Müxəmməsin bu bəndi müxtəlif və kifayət qədər mifo-
loji, dini geniş yayılmış əhvalatlar üzərində qurulmuşdur. Bun-
ları Molla Cümə böyük ustalıqla, sənətkarlıqla şeirə salıb dinlə-
yicilərinə çatdırmışdır, bir az da dəqiq desək, təbliğ eləmişdir.
Yunisin dəryada balıq qarnında qalması Həzrət Əlinin Zülfü-
qarla qəzəvətə çalışması, Məhəmməd peyğəmbərin nəvələri
289
Həsən və Hüseynin Kərbəla faciəsində cənnətə vasil olması və
sairə əhvalatları göstərmək olar.
Müxəmməsdə daha maraqlı və xüsusilə də İslam
mifologiyasının süjetləri obraz və əhvalatları ilə bağlı bəndlər
vardır:
Yüz igirmi dörd min Nəbi
Dünyaya gəlmiş zühur,
Yeddi qat yer, yeddi qat göy
Ərş, Kürs, Qaf, Tur
Şəms, Qəmər, Mələk, Nücum
İns, cins, mari mur.
Yüz sühufnan endi Tövrat
Fürqani, İncil, Zabur
İxlasnan yasin Taha
Oxuyan dildən mədəd.
Mənə belə gəlir ki, müxəmməsin bu bəndinə şərh
verməyə ehtiyac yoxdur. Birinci misradan sonuncu misraya
qədər sırf mifoloji və dini rəvayətlərdir ki, aşıq bunları şeirə
salıb dinləyicilərinə çatdırır.
V Ə S İ Y Y Ə T
Molla Cümə yaradıcılığı ağzında möhkəm qıfıl olan
böyük və sirli bir sandıqdır. Sandığın içində olan dünya, aləm,
insanlıq, təmiz və ülvi eşqə məhəbbət, islama, Ulu Tanrıya olan
məhəbbət ilə dolu sənət nümunələri toplanmışdır. Mən profes-
sor Paşa Əfəndiyev bu bənzərsiz bədii nümunələri dənə-dənə
toplayıb qorxusuz, xatasız bir sandıqda yerləşdirmişəm. İndi
mən ey mənim həmkarlarım, cavan aşıqşünaslarımız bu
sandığın açarını da, içindəki dünya dolu mənəvi sərvəti də sizə
yadigar verirəm, bağışlayıram. Qollarınızı çirməyin, qələmlə-
rinizi itiləyin. Azərbaycan xalqının əsrlər boyu yaratdığı, inki-
şaf etdirdiyi aşıq sənətinin ənənələri ilə silahlanıb, təhlil edib,
Dostları ilə paylaş: |