296
Dügiylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz motal da yoxdu.
Hüseyn Bozalqanlı:
Nə odun var evdə ocaq qalayaq,
Nə yağ var ki, plov üstə calayaq,
Gedək kimin sinisini yalayaq,
Ölmürük, itmirik əcəl də yoxdur.
Vaqif aşıqların içində böyüyüb. Kiçik yaşlarından onun
sinəsi el sözləri, aşıq dastan və qoşmaları ilə dolmuşdu. Ona
görə hələ Qazaxda ikən ilk şeirini də qoşma üstündə yazmışdı.
Xalq aşıq şeirlərində böyük məharətlə ifa edilən məhəbbət
mövzusu onun yaradıcılığında da əsas istiqamət olaraq qalırdı.
Vaqif artıq Qarabağa sinəsi el sözləri ilə dolu gəlmişdi. Vaqif
Azərbaycan aşıq sənətinin yetirməsidir. Ona görə də qoşma,
təcnis, gözəlləmələrin əksəriyyəti ustad aşıqlarımızın rədiflə-
rinə bənzəyirdi. Beləliklə, Vaqif yaradıcılığı üçün Qarabağda
gözəl şərait yaranmışdı. Onun qoşmaları dağ çeşməsindən gə-
lən büllur bulaq kimi axıb tökülürdü. Hətta ən böyük ustad
aşıqlarımızı da heyrətə gətirirdi.
Qarabağın Abdal-Gülablı kəndindən olan böyük aşığı-
mız Valeh cahannamə yazıb. Bu şeirdə Şərqin böyük sənətkar-
larının, hökmdarlarının adlarını çəkir. Son bənddə Vaqif yad
edilir. Çox diqqətəlayiqdir ki, Valeh Vaqifi böyük sənətkar
adlandırır və həm də kamal sahibi hesab edir:
Hanı Molla Pənah bivəfa cahan
Təxəllüsü «Vaqif», nəzmi dürəfşan
İndi eyləmisən xak ilə yeksan
Tapmaq olmaz o kamalda can hanı?
Firidun bəy Köçərli əsərlərində Əli adlı bir aşıq haq-
qında məlumat vermişdir. O yazır: «Aşıq Əlinin bir neçə kəla-
mından ki, Mirzə Yusif Qaracadaği tərtib etdiyi məcmuədə
dərc olunmuşdur. Belə məlum olur ki, onun elm və savadı yox
imiş və ona şair deyilməyib, aşıq deyilib». F.Köçərli sonra
göstərir ki, kəlamından görünür ki, aşıq Əli Vaqifin müasiri
297
olmuşdur. Aşığın şeirləri içərisində ədib həm lətafətlilərinin,
həm də qüsurlu olanlarının da olduğunu qeyd edir. Rəvan və
təsirli şeirlərindən misallar verir.
Əliyəm, çox çəkdim dərdi bəladan,
Qəm əl götürmədi mən mübtəladan,
Aləmi-ərvahda qalü-bəladan,
Xun cigərli qara dağlı olmuşam.
Bundan sonra F.Köçərli aşıq Əlinin Vaqifi tərif etdiyi
qoşmasını da misal gətirir. Dörd bənddən ibarət olan bu şeirin
son bəndi belədir:
Əli çəkər gecə-gündüz ahı-zar
Kəsildi müdarə, getdi ixtiyar
Vaqif olsun bu mənadan xəbərdar
Mədinə kuyinə Səkinə gəlmiş.
Deməli, Aşıq Əli Qaracadağdan Qarabağa Vaqifin hü-
zuruna gəlmiş, başqa sözlə, ona pənah gətirmişdir. Firidun bəy
Köçərli sonra belə bir qeyd verir: Səkinə aşıq Əlinin arvadıdır.
Qaracadağdan Qarabağa gələndə aşıq Əli öz hərəmini dəxi
oraya gətirmişdi və Molla Pənahın övrəti Mədinə ilə Səkinə
görüşübdür.
Vaqif bütün Azərbaycan ədəbiyyatına, xüsusilə də aşıq
sənətinə böyük və qüdrətli təsir göstərmişdir. Belə bir sualı da
axtarmaq istəmişəm. Deyərlər ki, Molla Cümə Vaqifi oxuya
bilərdimi? Necə və hansı bir yolla? Aydındır ki, təkrar edirəm,
bütün ustad aşıqlarımız səyyar sənətkarlardır. Onlar ömrü boyu
el, ölkə gəzirlər. Aşıq Ələsgər deyirdir ki, o, aşıq kimi diyar-
diyar gəzmişdir. Aşıq Hüseyn Bozalqanlı deyir ki, o, «Koroğ-
lu» dastanının ən böyük qollarından birini Göyçəli aşıq Musa-
dan almışdır. Qurbani Dədə Yediyarın yanına getmişdi. Aşıq
Valeh Dağıstana Zərnigarın görüşünə yollanmışdı. Xəstə
Qasım isə Dağıstanda Ləzgi Əhmədlə görüşmüşdü.
Azərbaycan aşıq sənəti bənzəri, bərabəri olmayan
böyük mənəvi sərvətdir. Bu böyük sərvəti Azərbaycan xalqının
ustad aşıqlar kollektivi yaradıb. Mənə belə gəlir ki, əsrlər boyu
298
Azərbaycanın müxtəlif rayon və bölgələrində yaşayıb-yaradan
aşıqlar biri digəri ilə əlaqədə olmuş, bu böyük və kamil sənətin
ölkənin hər bir guşəsində yayılması üçün əlindən gələni əsirgə-
məmişlər. Xəstə Qasım Dağıstana gəzməyə getməmişdi. O, bu
bölgənin aşıqları ilə əlaqə yaratmaq, yaxından tanış olmaq
üçün getmişdi. Həm öyrədir, həm də öyrənirdi. Bu mənada
böyük sənətkarımız Vaqifin qoşmaları məhz görkəmli aşıqla-
rımız vasitəsilə ölkənin bütün ucqar guşələrində belə yayılırdı.
Vaqifi bütün Azərbaycan aşıqları tanıyır, əsərlərini oxuyur və
yayırdılar. Vaqif Azərbaycan aşıq sənəti üçün bir məktəb
olmuşdu.
Molla Pənah Vaqifin cüt gözəlin tərifinə həsr edilən iki
şeiri var, qoşma üstündədir. Şeirin birində gözəllərin adları
çəkilmir, heç bir nişanəsi də göstərilmir. Həmin şeirdən nümu-
nələrə diqqət yetirək:
Bir-birinə həmdəm iki növcavan
Biri güldür, biri gülgəz yanaqlı,
Biri tər sinəli, ayna əndamlı
Biri nar məməli, nəsrin buxaqlı.
…Biri bəstə boylu, narınc örtüklü
Biri şux baxışlı, xəncər kirpikli
Biri dal gərdənli, süzgün sümüklü
Biri uzun qaşlı, həm gen qabaqlı.
Şair cüt gözəlin tərifinə həsr elədiyi ikinci şeirində artıq
gözəlləri reallaşdırır, öz adı və gözəlliyi ilə tərifləyir.
Səhər-səhər həsrətilən gəzirdim
Cüt qoşa nar gördüm iki sinədə
Birisi qız idi, birisi gəlin
Can qurban eylərəm ikisinə də.
…Gəlinin yaxası polad iynəli
Qızın yaxasıdır çarpaz düyməli
İkisin də gərək gözəl öyməli
Can qurban eylərəm ikisinə də.
Dostları ilə paylaş: |