Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə81/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   77   78   79   80   81   82   83   84   ...   104

 
275 
çatan  gözəldir.  İsmi  Pünhan  geyimi,  üzü,  yanaqları,  qaməti, 
davranışı etibarilə canlı, real insandır. 
İsmi  Pünhan  çox  gözəl,  sədaqətli,  mehriban  bir  sevgi-
lidir.  Molla  Cümənin  əsərlərində  İsmi  pünhan  haqqında  çox 
danışır.  Bəzən  sevgili  haqqında  dediklərində  ziddiyyətlər  də 
Layisqi xatırlanır. 
Göynüyün ətrafını bu Molla Cümə, 
Gündə dörd yolla ziyarət eylər. 
İsmi pünhan səndə qərar tutubdur 
Oxşayırsan lap cənnətə Layisqi. 
Molla  Cümənin şeirlərində İsmi Pünhanla  bağlı  bir sıra 
tarixlər də var. 
Cümə səni sevəndəydi a tarix 
Min iki yüz doxsanıncı sənədə. 
Həmin  tarix  1873-cü  ildir, onda  aşığın  on  doqquz  yaşı 
var imiş. 
Yaxud: 
Hesabda olubdur 19 yaşı, 
Qabağı aynadı, hilaldı qaşı. 
Başqa bir şeirində aşıq deyir: 
Min iki yüz doxsanında sevmişdim, 
Min üç yüz onda da əlimdən getdi. 
Baxın,  Aşıq  «Alagöz»  rədifli  müxəmməsində  İsmi-
Pünhanın hansı əlamətlərini göstərir. 
Alagöz İsmi Pünhana 
Əvvəl baxışın oxşayır. 
Həm gözün, həm kirpiyin 
Həm qələm qaşın oxşayır. 
Həm dilin həm dodağın 
Həm inci dişin oxşayır 
Həm boyun, həm buxunun 
Həm də qumaşın oxşayır… 
Oxşursan İsmi Pünhana 
Dərdindən öldüm Alagöz. 


 
276 
Molla  Cümə  İsmi  Pünhanın  sağlığında  onunla  təmasda 
olub,  tez-tez  görüşüblər.  Aşıq  yaradıcılığı  boyu  İsmi  Pünhanı 
müxtəlif vəziyyətlərdə görüb eləcə də şeirə salmışdır. 
Bu necə qamətdi bu necə beldi, 
Bu qədər naz etmə aşığın öldü.  
Sağ üzün bənəfşə, sol üzün güldü, 
Əhmədi almadan aldı yanağın. 
Molla Cümənin «Üç insan» adında bir müxəmməsi var. 
Onlar  bunlardır:  Məhəmmədəli  Cavan,  Molla  Surxay  və  İsmi 
Pünhan.  Bu  müxəmməsdə  o,  İsmi  Pünhandan  tanışı,  dostu, 
əzizi  kimi  söhbət  açır.  Nəticə  bu  olur  ki,  İsmi  Pünhan  pəri, 
huri, mələk, mifik  bir varlıq deyil, canlı, həqiqi  insandır, tarixi 
şəxsiyyətdir.  El  gözəlidir.  Molla  Cümənin  ömrünü,  gününü 
qurban  verdiyi  qənirsiz,  gözəl  bir  məxluqdur.  Burada  heç  bir 
rəmzilik, mifiklik yoxdur. 
Səfər üçün qədəm bassa 
Gəlincə yola baxırdım 
Göynük şəhər ətrafını 
Gündə yüz yol yoluxurdum 
Bir saat ruyin görməsəm 
Xəzəl təki soluxurdum. 
Molla  Cümə gənc, cavan, gözəl, sevimli İsmi Pünhanla 
fəxr  eləyirdi,  onunla  nəfəs  alırdı.  Ancaq  tale  işləri  başqa  bir 
məcraya saldı. Aşığın məhəbbəti, gözlədiyi qovuşmaya, vüsala 
can çatdığı İsmi Pünhan çox erkən dünyadan köçdü. Aşığın dili 
tutuldu, onun hətta yaradıcılığının mövzu istiqaməti də dəyişdi. 
El  gözəli,  al  yanaqlı,  qara  gözlü,  şümşad  boylu  sevgili  Molla 
Cüməni  sarsıtdı.  Aşıq  elə  o  günü  aşağıdakı  qoşmanı  yanıqlı-
yanıqlı oxudu:  
İsmi Pünhan köçdü fani dünyadan, 
Qarışdı torpağa göz hayıf oldu. 
Xudanın tədbiri beləymiş bizə, 
Soldu yanaqları üz hayıf oldu… 
Dedim ki, şad ollam bu bahar vaxtı, 


 
277 
Töküldü burnumdan yaz hayıf oldu. 
Molla  Cümə  böyük  bir  faciəni  qəbul  edərək  bunun 
səbəbini də axtarırdı. Bütün yaradıcılığında olduğu kimi bütün 
faciələrin,  dərdlərin  səbəbi  bu  dünyadı,  bunların  hamısını 
aşığın başına dünya gətirir.  
Duam budur səni viran qalasan, 
Məni qoydun könlü yaslı a dünya. 
Yar qoxusunu dimağına iylətdin, 
Eşqə saldın gecə-gündüz göynətdin. 
Ayrılıq naməsin yazdın dilimdən, 
Məhəbbət tasmasın açdım belimdən, 
Çəkibən sevdigim aldın əlimdən, 
Çıxartdın kəlləmdən tüstü a dünya. 
İsmi  Pünhan  el  gözəlidir,  kəndin  ən  sevilən  gəlinidir. 
Xalq  onun  gözəlliyini  tərifləməkdən  doymur.  Bir  də  ona  görə 
ki,  İsmi  Pünhan  elin  ən  sevimli  sənətkarının  nişanlısıdır.  Ona 
görə  də  İsmi  Pünhan  dünyadan  köçəndə  bütün  el  yasa  batır, 
ağlayır.  Həmin  hissələri  Molla  Cümənin  aşağıdakı  şeirlərində 
açıqcasına görmək olar.  
İsmi Pünhan sinəmizi dağladın, 
Sənin üçün neçə canlar ağlayır. 
Çox tay-tuşun yollarını bağladın, 
Üzün görən mehribanlar ağlayır… 
 
Qohum-qardaş cümlə geyib qaranı, 
Dostun dostdur cəm düşmənlər ağlayır. 
…Heykəldə yadigar duran muyları, 
Bu Molla Cüməynən qanlar ağlayır. 
İsmi  Pünhan  haqqında  danışanlar  deyirlər  ki,  o,  Molla 
Cümənin  butasıdır.  Zaqatalanın  Çobankol  kəndində  görkəmli 
aşıq  Kazımla  görüşdüm.  İsmi  Pünhanla  maraqlandım  Kazım 
dayının  dediklərini  olduğu  kimi  verirəm.  «İsmi  Pünhan  Qax 
rayonunun  Şabalıtlı  kəndində  Şeyx  Baba  adlı  bir  dindarın  qızı 
olmuşdur. İsmi Pünhan Molla Cümənin butasıdır». 


 
278 
Bu  problem  barədə  müxtəlif  rəvayətlərdən  başqa  ən 
doğru, səhih məlumat yenə aşığın öz şeirləridir. Necə deyərlər, 
Molla  Cümə  ömrünün  sonuna  qədər  öz  butasına  ağlamışdır. 
Bütün  bunlar  isə  aşığın  şeirlərində  çox  aydın  istifadə  edil-
mişdir. Bir neçə misal göstərək:  
Dad həzarat siz də bilin, sevgilimi itirdim 
Ey zamana, biçarə Molla Cümənin əlindən aldın yarın. 
Bir dəfə ol xudadan 
Bəxti qara yazılmışam 
Sevgilimdən cüda düşdüm 
Bilin yetmiş iki millət. 
Fələyə müraciətlə: 
Sevdiyim əldən alıb 
Qamətimi dal eyləmiş 
Günahım əf et xudam 
Zayi olan nəfsdi bu 
Yar turab içrə yatar 
Bikar quru həvəsdi bu. 
İstəkli butasını itirəndən sonra aşıq özünü bəxti qaralar 
sırasına salıb. Sevgilisinin ölümü onun bütün güzəranını alt-üst 
edib. Həyatının bütün sahələrində olan bədbəxtlikləri İsmi Pün-
hanın nakam ölümü ilə bağlayır.  
 
Bizim  ustad  aşıqlarımızın  məhəbbət  dastanlarında 
qəhrəmanların  butası  olur.  Buta  aşiqlərə  Ulu  Tanrı  tərəfindən 
qismət kimi bəxş edilir. Onu Xızr peyğəmbər gətirir. Ulu Aşıq 
Qurbaninin  Pərisi  –  butası  Gəncədədir.  Abbas  Tufarqanlının 
butası  Gülgəz  Pəri  Təbrizdədir.  Xəstə  Qasımın  butası  Tikmə-
daşdadır, Aşıq Valehin butası Dərbəndədir. Eləcə də məhəbbət 
dastanlarının qəhrəmanları Aşıq Abdulla, Kərəm, Novruz, Şah 
İsmayıl, Aşıq Qərib, Alı xan və başqalarının da butaları vardır. 
Ustad  aşıqlar  öz  butalarına  həsr  elədiyi  şeirlərini  bir  dastanda 
toplayıb  yaşadırlar.  Qəhrəmanların  böyük  bir  hissəsi  uzun 
zəhmətdən, əzab-əziyyətdən sonra butaları ilə qovuşub xoşbəxt 
olurlar.  


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə