Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə80/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   76   77   78   79   80   81   82   83   ...   104

 
272 
Padişahı dü cahanın 
Nur olan Allaha şükür. 
Aşığa görə Allah Taala yeri, göyü, cənnəti, cəhənnəmi, 
yetmiş iki milləti yaratmışdır. 
Cümlə aləm yox ikən  
Var olan Allaha şükür. 
Yetirdi müradımı 
Pərvərdigar axır özü 
Cümə təki biçarəyə 
Yar olan Allaha şükür. 
Məlum  olsun  ki,  Molla  Cümə  sufi  deyil,  islamistdir. 
Türk  dünyasının,  İslam  aləminin  möcüzələrini  çox  dərindən 
bilən,  onların  təfərrüatlarına  qədər  varan  aşıq  onların  çox 
ustalıqla  şeirlərinə  salıb  həmyerlilərinə  aşılamışdır.  Molla 
Cümənin  «Yarəb»  rədifli  bir  surəsi  var.  Aşıq  özü  bu  şeirini 
surə adlandırıb, qoşma üstündə olan 13 bənddən ibarət bu şeir 
belə başlayır: 
Bir diləkdir dərgahından istərəm, 
İsmindir min birə bağışla yarəb. 
Dil duada, üzüm göydə səsdərəm, 
Həbib piru-nurə bağışla yarəb. 
O  özünü  Ulu  Tanrının  ümməti  hesab  edir.  Allah,  mən 
sənin yanında günahkaram,  məni huri-qılmana, səkkiz uçmağa 
(cənnətə)  bağışla.  Aşıq  dörd  kitabın  adını  çəkir.  Furqana,  Zə-
bura,  İncil  və  Torata,  Sureyi-Yasinə  bağışla,  Yarəb.  Bu  şeir 
əvvəldən  axıra  qədər  İslamın,  Quranın  möcüzələrinin  şərhinə 
həsr edilib. Aşıq Musa peyğəmbərin Turi-Sina dağının müqəd-
dəsliyini şərh edərək deyir: 
Turi-Sina məkan oldu Musaya 
Əvvəla Adəmə, sonra Havvaya 
Yüz igirmi dörd min gələn Nəbiyə 
Xatəmi-Muxtara bağışla Yarəb. 
Çağırram qırxları, cəm ənbiyanı 
Amin deyin mən eyləyim duanı… 


 
273 
Ulu  Tanrıdan  sonra  Molla  Cümənin  ibadət  etdiyi  mü-
qəddəs varlıq Allah elçisi olan peyğəmbər Məhəmməd Musta-
fadır.  124  min  peyğəmbər  haqqında  onun  şeirlərində  çoxlu 
müraciətlər var: 
İslamın çırağı, haqqın həbibi, 
Ol Məhəmməd Mustafanı neylədin dünya. 
Molla  Cümənin  bilavasitə  Ulu  Tanrıya  müraciətlə  şeir-
ləri  çoxdur.  Eyni  zamanda  aşığın  müxtəlif  şeirlərində  Allaha 
müraciətlə misraları da çoxdur. Mən «Hophopnamə»nin səhifə-
lərindən aşığın bir qoşmasını əldə eləmişəm. Qoşma çox çətin-
liklə oxunmuşdur. Çox səciyyəvi və ibrətamiz olan bu qoşmanı 
mən  lap  çox  sevdiyim  «Kredo»  qəzetinin  oxucularına  çatdır-
maq istəyirəm. 
Xudavəndə, budur səndən niyazım 
Günahkaram, məni oda yandırma 
Xubların vəsfidir oruc, namazım 
Xəşm eləyib bənzi yada yandırma. 
Bu gərdişin qadir Allahı sənsən 
Bu cahan mülkünün şah-şahı sənsən 
Biçarə qulların pənahı sənsən 
Sığınmışam min bir ada yandırma. 
Hər mətləbin dörd kitaba enibdir 
Bəxt, taleyim niyə belə sönübdür 
Molla Cümə bu dünyada yanıbdır 
Rəhm etginən o dünyada yandırma. 
 
İsmi  Pünhan  kimdir?  Nə  üçün  böyük  sənətkar  öz 
sevgilisinin  ismini  (adını)  pünhan  (gizli)  qoymuşdur.  Ümu-
miyyətlə, folklorşünaslığımızda təriflənən gözəlin adı heç vaxt 
gizlədilməmişdir.  Molla  Cümənin  yaradıcılığında  bəlkə  də 
onlarla el-kənd gözəli öz adı  ilə təriflənir. O gözəllər adları  ilə 
Molla Cümənin yaradıcılığına düşmələri  ilə  fəxr etmişlər. Mən 
iki  illik  ekspedisiya  zamanı  aşığın  fəaliyyət  göstərdiyi  və 
anadan  olduğu  bütün  yerlərdə  bu  məsələ  ilə  maraqlanmışam. 


 
274 
Çoxlu  rəvayətlər  eşitmişəm.  Onların  heç  biri  mənim  üçün 
inandırıcı  olmamışdır.  Ancaq  bir  rəvayət  məni  inandırmışdır, 
mən  də  onun  üzərində  dayanmışam.  Aşıq  sevgilisinin  adı  ya 
oxuduğu mədrəsə  sahibinin  yaxud da o yerdə  məşhur olan bir 
dindar şəxsin qızı ola bilərdi. 
Molla  Cümə  yaradıcılığında  ən  böyük  və  ən  mürəkkəb 
problem  məhz  İsmi  Pünhan  problemidir.  Çünki  bu  problem 
yalnız tərcümeyi-hal  ilə deyil, həm  də aşığın  böyük  və zəngin 
yaradıcılığı ilə bağlıdır. Şəkinin Baş Göynük kəndində bir qoca 
mənə dedi ki, İsmi Pünhan elə Molla Cümənin özüdür. Aşığın 
uşaqlıq və ömür dostu yaşı yüzdən ötmüş İdris dayı dedi ki, bir 
gün mən Cümədən soruşdum kimdir axı bu İsmi Pünhan, cavab 
verdi ki, İdris üz vurma, bu sirr açılmamalıdır. 
İsmi  Pünhan  haqqında  ən  geniş  və  ən  səhih  məlumat 
məhz  Molla  Cümənin  zəngin  yaradıcılığıdır.  Molla  Cümənin 
İsmi  Pünhan  haqqında  şeirlərini  iki  qrupa  bölmək  olar.  Birisi 
odur  ki,  Aşıq  sevgilisinə  öz  məhəbbətini  bildirir,  başqa  sözlə, 
İsmi  Pünhanın  sağlığında  deyilən  şeirlərdir.  İkincisi  isə  İsmi 
Pünhanın  faciəli  surətdə  həyatdan  getməsindən  sonra  deyilən 
şeirlərdir. Onu da əlavə edək ki, Molla Cümə ömrü boyu İsmi 
Pünhandan  müqəddəsləşmiş,  unudulmaz,  yaddan  çıxmaz  bir 
varlığa  çevrilmişdir.  İlk  şeirlərində  aşıq  sevgilisinə  olan  mə-
həbbətini  ifadə  edir.  Molla  Cümə  İsmi  Pünhanın  həqiqi,  canlı 
surətini  yaratmışdır.  İsmi  Pünhan  bütün  hərəkətləri,  xarici 
görünüşü, hətta geyimi ilə canlı, həqiqi bir gözəldir. Aşıq İsmi 
Pünhanın  həm daxili, həm  də xarici  nişanələrini taparaq gözəl 
bir insan şəklini çəkmişdir. Molla Cümə elə Ulu Tanrıdan vergi 
alandan İsmi Pünhanı vəsf etməyə başlamışdır. 
Mən  səni  sevmişəm  yeddi  yaşımda.  Aşığın  şeirlərində 
İsmi  Pünhanla  bağlı  müəyyən  tarixlər  də  var.  Onlardan 
bəzilərini  xatırlayıq.  Bütün  bunlarla  bərabər  İsmi  Pünhan  pəri 
deyil,  huri  deyil,  rəmzi  gözəl  deyil,  mifik  obraz  deyil.  Molla 
Cümənin  kənddə,  kəsəkdə  şəxsən  görüb  aşıq  olduğu  el,  kənd 
gözəlidir.  İsmi Pünhan  baxışı, paltarı  ilə elin  içində  boya-başa 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə