Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə10/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   6   7   8   9   10   11   12   13   ...   159

İlk texniki alətlər 

21

 

Mezolit  Azərbaycanda  b.e.ə.  11–8  minillikləri  əhatə  edir.  Artıq  bu 



dövrdə  əkinçilik  və  heyvandarlığın  ilkin  formaları  yaranır.  Bu  dövr 

başlıca  olaraq  Qobustandakı  qayaüstü  rəsmlər  və  arxeoloji  tapıntılar 

əsasında  tədqiq  edilib.  Yer 

üzündə  ibtidai  insanın  ən 

zəngin "muzey"lərindən biri 

sayılan  bu  ərazidə  altı 

minəcən  qayaüstü  rəsm  və 

ona  yaxın  qədim  insan 

düşərgəsi  aşkar  edilmişdir. 

Bu  rəsmlərdə  o  dövrkü 

adamların 

məşğuliyyəti, 

əmək  fəaliyyəti,  ov  və 

balıqçılıq 

səhnələri 

öz 


əksini  tapmışdır.  Arxeoloji 

materiallar və rəsmlər sübüt 

edir  ki,  artıq  o  dövrdə 

insanlar  ox  və  kamandan 

istifadə  etməyi  bacarırdılar 

(şəkil 1.6).  

Neolit Azərbaycanda b.e.ə. VII minilliyə təsadüf edərək Qobustan və 

Həsənlitəpə  (Cənubi  Azərbaycan)  arxeoloji  materialları  timsalında 

tədqiq  edilmişdir.  Bu  dövrdən  ibtidai  insanlarda  istehsal  xarakterli 

təsərrüfat  formalaşır,  arxaik  (primitiv)  saxsı  məmulatının  hazırlanması 

başlanır [1.14, 1.15].  

   Yer üzündə qədim insanların Homo sapiens ilə əvəz olunması tədricən 

baş vermişdir. Uzun  müddət  müxtəlif rayonlarda bu iki insan tipinə aid 

olan  adamlar  yanbayan  yaşamışlar  [1.12].  Homo  sapienslə  insan 

təkamül prosesinin sonuncu mərhələsinə qədəm qoyur. 40000 il bundan 

əvvəl  insanların  bioloji  inkişaf  prosesi  başa  çatdıqdan  sonra,  onların 

genetik  inkişafı  indiyə  qədər  stabil  olaraq  qalmışdır.  İnsanların  bioloji 

inkişafı sonralar  mədəni  və  sivil  inkişaf  ilə  əvəz  olunmuşdur.  Yeni  

 

Şəkil 1.6. Azərbaycanda tapılmış daş 



ucluqlar. 


İlk texniki alətlər 

22 

 

insanların  həyatında  alətlərin  hazırlanması  üsulları  da  eyni  dərəcədə 



böyük əhəmiyyət kəsb etməyə başlayır.  

Yetişmiş insanların ilkin mədəni inkişaf mərhələsində, buz dövrünün 

sonundan  (8000  il  əvvəl)  yeni  daş  dövrünə  kimi  bir  vaxtda,  malik 

olduqları  iqtisadi  imkan  yalnız  ovçuluq  və  bitkilərin  yığılmasından 

ibarət  idi.  Əkinçiliyin  yaranması  qədim  daş  dövrünə  təsadüf  edir. 

Coğrafi  və  texnoloji  cəhətdən  inkişaf  etmiş  ilkin  insan  cəmiyyətləri 

mərkəzi  Avropada  yerləşmişdir. Sonuncu  buz  dövründə  bu  cəmiyyətlər 

cənub şərqə sıxışdırılır. Bununla bərabər Amerika, Afrika və Asiyada da 

yaşayış  məntəqələrinin  izlərinə  rast  gəlinir.  Avropa  ərazisində  yayılmış 

nazik tilli daş alətlərin hazırlanması texnikası daha da yaxşılaşdırılaraq, 

nazik daşlardan pəstah seçimi sistemləşdirilmişdir.  

Daşların deşilməsi və yonulması üçün əldə olunan qurğuların inkişafı 

sayəsində  alətlərin  hazırlanması  özünün  ən  yüksək  nöqtəsinə  çatır. 

Neolit dövrü daşların yonulmasında tətbiq olunan pardaqlama, deşmə və 

mişarlama kimi bir çox yeni  emal üsulları ilə xarakterizə olunur [1.10].  

Bu metodlar insanlara yeni, daha bərk daşlardan, məsələn: nefrit, jadeit, 

bazalt  və  dioritdən    istifadə  etməklə  baltalar,  iskənələr,  pazlar  və 

çəngəllərin hazırlanmasına şərait yaratmışdır.  

Yeni  alət  üçün  lazım  olan  daş  pəstaha  forma  verilməsi  adi  üsullarla 

bərabər  mişarlamanın  köməyi  ilə  də  aparılırdı.  Səthlərin  təmiz  emalı 

quru  və  ya  yaş  pardaqlamanın  köməyi  ilə  yerinə  yetirilirdi. 

Arxeoloqların  hesablamalarına  görə,  bir  pardaqlanmış  baltanın  daş 

qırıntısından  hazırlanması  üçün  2,5

3  saat,  pepritdən  isə  20



25  saat 

vaxt tələb olunurdu. İlk pardaqlanmış baltalar mezolit dövründən məlum 

olsa da, onlar ancaq neolit dövründə geniş yayıla bilmişlər. Kiçik ölçülü 

alətləri  daş  ucluqdan  və  ağac  qulpdan  yığmaq  mümkün  olsa  da,  böyük 

alətlərdə  bu  konstruksiya  yaramırdı.  Buna  görə  də,  yeni  üsul  –  daşların 

deşilməsi  ixtira  edilir.  Daşda  açılmış  deşiklərin  köməyi  ilə  onları  iri 

ağac  sapaqlara  bərkitmək    mümkün  idi.  İlk  vaxtlarda  qədim  insanlara 

deşmə  əməliyyatının  mexanizmi  ilə  bağlı  olaraq  yalnız  konik  deşikləri 

açmaq nəsib olurdu. Bu isə daşların sapaqda bərk oturtması üçün yetərli 




İlk texniki alətlər 

23

 

deyildi.  Bunun  üçün  nisbətən  daha  dəqiq  olan  silindrik  deşiklərin 



açılmasına  ehtiyac  var  idi.  Deşmə  texnologiyasının  təkmilləşdirilməsi 

ilə  insanlar  neolit  dövründə  sümük  burğuların  köməyi  ilə  dəqiq 

deşiklərin açılmasına nail olurlar.  

Arxeoloji  axtarışlar  zamanı  tapılmış  ən  qədim  burğulama  qurğusu 

qədim daş dövrünə aiddir. Ağac çubuğu fırlatmaqla, od əldə edilməsi ilə 

oxşarlığı  olan  burğu  qurğusu  təxminən  40000  il  əvvəl  ixtira  edilmişdir 

[1.13].  Bu  burğulama  qurğusunda  alət  əl  ilə  fırladılır  (şəkil  1.7). 

Sonralar  tapılmış,  bu  qurğunun  təkmilləşmiş  forması  olan  iplə  işləyən 

burğulama qurğusu yeni daş dövrünə aiddir (təxminən 6000 il əvvəl).   

Rekonstruksiya 

edilmiş 

burğulama 

qurğusu  şəkil  1.8-də  göstərilmişidir. 

Şəkildən  göründüyü  kimi  sağ  və  sol 

tərəfdə 

yerləşdirilmiş 

dayaqların 

arasında  bir  ağac  tir  qoyulur.  Bu  tirin 

bir  ucu  soldakı  dayaqlar  arasında 

yerləşdirilərək    iplə  oynaqlı  bağlanır. 

Sağ  ucu  isə  sərbəst  olaraq  sağdakı 

dayaqların  arasına  keçirilir  və  buradan 

yük asılır. Yükün məqsədi emal zamanı 

veriş  yaratmaqdır.  Burğu  aləti,  bir  ucu 

bu 

tirin 


ortasindakı 

oymaqda 


yerləşdirilmiş  şpindelə  iplə  bağlanır. 

Pəstah  burğu  alətinin  altında  yerdə 

bərkidilir.  Şpindelə  fırlanma  hərəkəti  

kamana  bağlanmış  ipin  köməyi  ilə 

verilir. 

Kaman 


irəli-geri 

hərəkət 


etdikcə,  şpindel  gah  bir  istiqamətdə, 

gah  da  başqa  istiqamətdə  fırlanır.  Beləliklə,  əl  ilə  fırlanması  çətinlik 

yaradan  burğunun  hərəkəti  kamanın  irəli-geri  hərəkəti  ilə  əvəz  olunur. 

Buna  baxmayaraq  insanlar  bu  dövrdə  alətin  fasiləsiz  hərəkətini  ala 

bilməmişdilər. Mişarlama,   deşmə, eləcə də  pardaqlama  əməliyyatları- 

 

Şəkil 1.7. Daşların əl ilə 



deşilməsi. 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə