Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə9/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   5   6   7   8   9   10   11   12   ...   159

İlk texniki alətlər 

18 

 

ları  ağacdan  və  ya  sümükdən  hazırlandığı  halda  onun  kəsici  hissəsi 



kiçik daş qırıntılarından, mikrolitlərdən düzəldilirdi [1.9, 1.12, 1.13]. 

Alətlərin  hazırlanmasında  mikrolitləşmə  prosesi  əmək  alətlərinin 

kiçilməsinə və onun effektivliyinin artırılmasına gətirib çıxarmışdır. Daş 

parçalarından  prizmatik  və  ya  konik  formalı,  yan  tərəfləri  hamar, 

uzunluğu 7-10 cm və qalınlığı 0,5 cm olan lövhələr yonulurdu. Bu daşın 

yan  tilləri  elə  iti  olurdu  ki,  çox  vaxt  onu  itiləməmiş  tətbiq  edirdilər. 

Avropada,  qərbi  və  mərkəzi  Asiyada  və  həmçinin  Afrikada  üçbucaq, 

trapes,  düzbucaq  və  çevrə  formalı  mikrolitlərə  rast  gəlinir.   

Mikrolitləşmə  prosesi  yığılan  elementlərin  vahid  formaya  salınmasını 

tələb  edirdi.  Bu,  sınan  alət  hissəsinin  asanlıqla  başqası  ilə  əvəz 

olunmasına  imkan  verirdi.  Bundan  əlavə  alətlərin  kiçik  daşlardan 

hazırlanması emal prosesinin xammaldan asılılığını azaltmışdır [1.11].     

Alət  texnologiyasının  təkmilləşməsi  daş  alətindən  ov  aləti  kimi  istifadə 

etməyə  imkan  yaratmışdır.  Heyvanları 

ovlamaq  üçün  düzəldilmiş  nizələrin  ucları 

daşdan  və  ya  sümükdən  düzəldilirdi  (şəkil 

1.3).  Sonrakı  mərhələlərdə  nizələrdən  ovda 

atılmaqla  istifadə  edilməsinə  rast  gəlinir. 

Beləliklə,  insanlar  ovu  uzaq  məsafədən 

apara 


bilirdilər 

ki, 


bu 

da 


onların 

təhlükəsizliyini  artırırdı.  İnsanların  çaxmaq 

daşlarının  köməyi  ilə  od  əldə  etmələri 

onlara bütün başqa canlılara hakim olmaları 

üçün  şərait  yaratmışdır.  Bununla  alətlərin 

hazırlanma 

texnologiyasının 

sonrakı 


inkişafı  üçün  daha  bir  zəmin    yaranmışdır. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  insanların 

və  texnikanın  inkişafı  regional  xarakter 

daşımışdır.  Avropada  daş  dövründə  yarpaq 

formalı  və  uzunsov  formaya  malik  alətlər 

xarakterik idi (şəkil 1.4).  

 

Şəkil 1.3. Uc hissəsi daşdan   



olan nizə. 

 



İlk texniki alətlər 

19

 

Metalların  tapılmasına  qədər 



insanlar 

aləti 


uzun 

müddət 


daşlardan  hazırlamışlar.  Ona  görə 

də, 


bu 

dövrü 


daş 

dövrü 


adlandırırlar.  Daş  dövrünü  üç  əsas 

hissəyə  bölürlər:  Qədim  daş  dövrü 

(Paleolit),  Orta  daş  dövrü  (Mesolit) 

və  Yeni  daş  dövrü  (Neolit).  Qədim 

və  yeni  daş  dövrləri  arasında, 

təxminən  40  min  il  bundan  əvvəl 

insanların 

fiziki 


cəhətdən 

formalaşması baş verir və bu günkü 

tipdə  olan  adamlar,  Homo  sapiens 

yaranır 


və 

bununla 


insan 

cəmiyyətinin  tarixi  başlayır.  Şəkil 

1.5-də 

 

daş 



alətlərin 

inkişaf 


tarixinin  dövrlərə  münasibəti  təsvir  olunmuşdur.  Burada  göstərilən 

bütün inkişaf pillələri Azərbaycandan  da yan keçməmişdir. Azərbaycan  

ərazisində  insanların  həyat  tərzi  və  onların  əməyə  münasibəti  də  başqa 

ərazilərdə təsvir olunanlardan heç də fərqlənmirdi [1.5, 1.6, 1.12].  

Daş  dövrü  Azərbaycanda  2  milyon  700  min  il  bundan  öncə 

başlayaraq  eramızdan  əvvəl  IV  minilliyə  qədər  davam  etmişdir. 

Təxminən  700  min  il  əvvəl  insanlar  od  əldə  etməyi  öyrənərək,  özlərini 

soyuqdan  qorumağa,  yemək  bişirmək,  əmək  alətlərini  düzəltməyə 

başladılar.  400

300  min  il  (b.e.ə.)  öncə  Azərbaycanda  məskunlaşmış 



ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında 

aşkar  olunmuş  ibtidai  insan-neandertalın  çənə  sümüyü  (təxminən  350 

min il öncə) buna əyani sübutdur.  

100-30  min  il  öncə  ölkə  ərazisində  orta  paleolit  dövrü  yaşanmış  və 

bu  ərəfədə  qədim  insanların  ibtidai  icma  quruluşu  formalaşmışdır. 

Həmin dövr Tağlar mağarasındakı  arxeoloji  tapıntılar əsasında  tədqiq 

 

 

Şəkil 1.4. Daş lövhədən kəsici alət. 




İlk texniki alətlər 

20 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  1.5.  Daş alətlərinin  inkişafı  (  1 və  2-sivri  daş;  3-orta  paleolitik alət; 4-



mesolitik  mikrolit  aləti;  5-neolitdə  pardaqlama,  mişarlama  və 

burğulama). 

 

edilmişdir.  Bu  zaman  insanların  əsas  məşğuliyyəti  ovçuluq  və  yığıcılıq 



idi.  30-10  min  il  öncə  Azərbaycanda  son  paleolit  dövrü  mövcud  idi. 

İnsanlar artıq  yalnız  mağara  və  zağalarda  deyil,  həmçinin  müxtəlif  çay 

vadilərində  məskunlaşmağa  başlayırlar.  Məhz  bu  dövrə  qəbilələrin 

formalaşması,  ilkin  incəsənət  və  etiqadların  yaranması  təsadüf  edir.  Bu 

zaman  əmək  alətləri  yalnız  daşdan  deyil,  həmçinin  müxtəlif  heyvan 

sümüklərindən də hazırlanırdı. 

Orta 

Yeni 


       Neolit        

(Yeni da


ş

 dövrü) 


Q

ə

dim da



ş

 dövrü 


(Paleolit) 

2000 


5000 

10000 


40000 

150000 


Homo 

sapiens 


Neandartal 

Pitekantrop 

İ

btidai tarix 



Vaxt 

Periodlar 

İ

nsanlar 


Mesolit   

(Orta da


ş

 

d



ğ

vrü) 


Al

ə

tl



ə

Abbevillien  



Clactonien 

Acheuleen 

Tayacien  

Mousterien 

Aurignacien 

Magdalenien 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə