Avtomatlaşdırmanın yayılması
478
və texnolojiyönümlü sistemlər yaranmışdır.
1965-ci ildə aparılmış araşdırma nəticəsində məlum olur ki, o dövrdə
bütün əməliyyatları əhatə edə biləcək ümumi proqramlaşdırma dili
yoxdur. Bu məsələ ilə alman alimləri məşğul olurlar və hər bir
əməliyyat üçün ayrıca proqramlaşdırma dili yaradırlar. Bu dil EXAPT
(Extendet Subset of APT) adlanaraq aşağıdakı tərkibdə nümayiş etdirilir
[3.7]:
-
EXAPT 1
−
burğulama və sadə frezləmə əməliyyatları üçün
(1966-cı il),
-
EXAPT 2
−
xətti və kontur üzrə torna əməliyyatı üçün (1967-ci
il),
-
EXAPT 3
−
dəzgahın hər hansı bir oxuna perpendikulyar
müstəvidə xətti və kontur üzrə burğulama və frezləmə
əməliyyatı üçün.
Belə sinifləşdirmə, proqramlaşdırma dilinin verilmiş əməliyyatın
qoyduğu texnoloji tapşırığa uyğunlaşdırılmasını asanlaşdırmışdır.
Proqramlaşdırmada işlədilən sözlər və göstərişlərin tətbiqi bütün
dillərdə eyni idi.
Perfokartlarda yaddaşa verilmiş informasiyalar hissə proqramları
adlanırdı. Kompyüterin işi, sadə şəkildə hazırlanmış hissə proqramları
əsasında NC dəzgahının idarə olunması üçün tam perfolenti
hazırlamaqdan ibarətdir. Bu işi kompyüterdə görmək üçün, idarə
proqramının emal edilməsi və uyğunlaşdırılması üçün iki proqram lazım
idi. Nəticədə, dəzgahın idarə perfolenti, istehsalın hazırlığı və təşkili
üçün sənədlər hazırlanırdı (şəkil 3.22).
60-cı illərdə EXAPT proqramlaşdırma dilinin inkişafı və geniş
yayılması məqsədi ilə Almaniyada EXAPT cəmiyyəti yaranır. Bu
cəmiyyət, 9 ölkədən 90-a yaxın mütəxəssisin iştirak etdiyi bir mərkəzi
təşkilata çevrilərək geniş tədqiqat işləri görür. NC texnologiyasının
ümumi şəkildə yayılmasında bu cəmiyyətin gördüyü işlər əhəmiyyətli
rol oynamışdır.
Avtomatlaşdırmanın yayılması
479
Mikroprosessorların getdikcə inkişaf etməsi idarəetmə sistemlərinin
də təkmilləşdirilməsi və proqramlaşdırmanın asanlaşması üçün şərait
yaratmışdır.
Şəkil 3.22. EXAPT sisteminin quruluşu.
70-ci illərin sonunda birbaşa sexlərdə proqramlaşdırma ideyası
güclənərək sonrakı inkişafın istiqamətini müəyyənləşdirir. Bununla
bərabər hazırlanmış NC proqramlarının birbaşa dəzgaha verilməsi
məsələsi də gündəmə gəlir. Bu dəzgahlarda eyni idarəetmə strukturunun
yaranması məsələsini qoyur ki, bütün dəzgahlar eyni prinsiplə
proqramlaşdırıla bilsin.
80-cı illərdə də rəqəmli idarəetmədə əsas inkişaf dəzgah və operator
arasında interaktiv dialoqa əsaslanan proqramlaşdırma sistemlərinin
yaranması ilə səciyyələnir. Dəzgahlarda elektron ekranlarının tətbiqi
prosesin qrafiki olaraq simulyasiya edilməsini və beləliklə, dəzgahı
tətbiq etmədən prosesin gedişini real zamanda görmək olurdu.
Avtomatlaşdırmanın yayılması
480
Hal-hazırda mövcud olan texnoloji prosessorlar alətin emal zamanı
trayektoriyasını hesablamaqla bərabər, həm də iqtisadi cəhətdən əlverişli
emal parametrlərinin seçilməsinə şərait yaradır (şəkil 3.23). İdarəetmə
sisteminin texniki və proqram təminatının modular şəkildə hazırlanması
nəticəsində istehsalatda məhsuldar və etibarlı işləyən idarəetmə
sistemlərinin yaranması mümkün olmuşdur.
Şəkil 3.23. CNC frez dəzgahı, Hermle firması (AFR)
Həndəsi və texnoloji verilənlərin ayrıca daxil edilməsi nəticəsində
hissənin CAD proqramı tərəfindən tərtib edilmiş modeli birbaşa NC
proqramlarının hazırlanmasında istifadə edilir. Bu şəffaf kompyüter
sistemi inteqrasiya olunmuş texnoloji prosesin (CİM- Computer
İntegrated Manufacturing) yaradılması və istehsalda tətbiqi üçün zəmin
yaratmışdır.
Avtomatlaşdırmanın yayılması
481
3.3. Çevik istehsal sistemlərinin yaranması
İ
darəetmə sistemlərinin inkişaf etməsi dəzgah funksiyalarının
modifikasiya olunması və genişləndirilməsinə gətirib çıxarmışdır. NC
idarəetmə sistemlərinin yaranması ərəfəsində onların dəzgahqayırmada
rolu aşağı idi. NC sistemlər ilk vaxtlarda adi dəzgahlara quraşdırılırdılar.
Buraya oxboyu hərəkət etdirilən və mürəkkəb frezləmə əməliyyatının
tətbiqi üçün nəzərdə tutulan iri və bahalı dəzgahlar daxil idilər. NC
sistemlərinin inkişafı ilə dəzgahların yeni tətbiq sahələri meydana
gəlmişdir.
Texnoloji proseslərin avtomatlaşdırılması zamanı iri seriyalı və
kütləvi istehsalda NC sistemi ilə təchiz olumuş dəzgahların tətbiqi
nəzərə çarpırdırsa, sonralar bu, fərdi və kiçik seriyalı istehsalda tətbiq
olunmağa başlayır.
60-cı illərin əvvəllərində məhsuldar işləyən dəzgahlardan əldə edilən
təcrübələr göstərmişdir ki, rəqəmli idarə olunan dəzgahların kiçik
seriyalı istehsalda tətbiqində də aşağı maya dəyəri əldə etmək olar. Bu,
əsasən köməkçi vaxtın, tərtibat və alət xərclərinin azaldılması hesabına
yerinə yetirilirdi.
Rəqəmli sistemlərin inkişafı və onun geniş tətbiqi dəzgah
konstruksiyalarında da dəyişiklərin edilməsini tələb edirdi. İdarəetmə
sistemlərinin quraşdırılması dəzgahlarda xüsusi uyğunlaşdırma işlərinin
aparılmasından sonra mümkün olmuşdur. 1963-cü ildə Milan şəhərində
keçirilən sərgidə xüsusi idarə sisteminə malik rəqəmli dəzgahlar geniş
yer almışdır. Dəzgahlarda mövqeləşdirmə dəqiqliyini artırmaq üçün
konstruktorlar ötürmə sistemindəki hissələrin oturtma dəqiqliyini
artırmalı və onların yeyilməsini azaltmalı idilər.
Əsasən dəyişən sürətlərlə hərəkət zamanı bir-birinə nisbətən hərəkətli
hissələr arasında müxtəlif sürtünmə halları baş verir. Sürtünmənin
rəqəmli idarə olunan dəzgahların dəqiqliynə təsirini azaltmaq ötürmə
sistemlərində xüsusi yastıqların tətbiqindən sonra mümkün olmuşdur
(şəkil 3.24).
Dostları ilə paylaş: |