Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə147/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   143   144   145   146   147   148   149   150   ...   159

Avtomatlaşdırmanın yayılması 

 

501 

 

Bu  dövrdə  Yaponiyada  sənayenin  inkişafı  ilə  şərtlənən  işçi 



çatışmamazlığı  robotların  inkişafını  və  tətbiqini  stimullaşdırmışdır.  Bu 

istiqamətdə görülən işlərin səviyyəsi qısa müddətdə  Amerikada olanları 

da ötüb keçir və dünya bazarında Amerikadan olan robotları sıxışdırır.   

 

Yaponiyada  robotların  sonrakı  inkişafı  dövründə,  sənayedə  tətbiq 



olunan  müxtəlif  texnoloji  tapşırıqlara  uyğun  olaraq  robotlar  yaradılıb 

tətbiq edilir. Bunların arasında mahiyyətcə insan əlinin işləmə prinsipinə 

oxşar 

mexa- 


nizmə 

malik 


olan 

SCARA 


(Selective 

Comliance 

Assembly 

Robot

robotları  Yapon  robot 

sənayesi  üçün  səciyyəvi 

idi.  Bu  robot  1978-ci 

ildə 

Yamanaşi 

Universitetində 



Hitari 

tərəfindən  düzəldilib  sə- 

nayedə 

yığma 


xətlə- 

rində  tətbiq  olunur.  İlk 

SCARA 

robotu 


xətti 

ötürməyə  malik  idi  və 

CNC  sistemi  ilə  idarə 

olunurdu  (şəkil  3.36).  Bu  robotların  yüksək  etibarlığı,  onlara  tezliklə 

dünya  şöhrəti  gətirir.  Sonralar  yaradılan  Hitari  firması  bu  robotları 

seriyalı istehsal edib, bütün dünyaya yayılması ilə məşğul olur [3.23]. 

Avropada  Unimate  robotları  ilk  dəfə  1969-cu  ildə  İsveçdə  tətbiq 

olunur.  1973-cü  ildə  İsveçrədə  Asea  firması  Avropada  sənaye  robotu 

düzəltməyə  başlayır.  IRB6  modelli  robot  6  kq-a  qədər  yükü  qaldırıb 

nəql  etmək  qabiliyyətinə  malik  idi.  Robotun  idarə  proqramı  Intel 

mikroprosessoruna yazılmış əmrlər əsasında yerinə yetirilirdi [3.20].   

Almaniyada  təşkil  olunmuş  KUKA  firması  1973-cü  ildə  ilk  6 

koordinat  üzrə  elektromexaniki  ötürməyə  malik  sənaye  robotlarının 

 

Şəkil 3.36. AR-i350A robotu (Hitari  firması).  




Avtomatlaşdırmanın yayılması 

 

502 

istehsalı  ilə  məşğul  olur.  FAMULUS  adı  ilə  məşhur  olan  bu  robotlar 

qaynaqetmə, dəzgahların yüklənməsi və boşaldılmasında, hissələrin nəql 

edilməsində  tətbiq  olunurdular  (şəkil  3.37).  Hal  hazırda  KUKA 

firmasının  robotları  avtomobil  sənayesində  istifadə  olunan  axın 

xətlərinin tərkib hissəsi kimi geniş yayılıblar.   

80-ci 


illərin 

əvvəlində 

Avropada 

sənaye 


robotlarının 

istehsalatda  tətbiqi  daha  geniş 

nəzərə  çarpır.  Bunu  1982-ci  ildə 

Parisdə  keçirilən  “Dəzgahlar  və 

sənaye 

robotları” 



sərgisində 

nümayiş  etdirilən  eksponatlardan 

görmək 

olurdu 


[3.25, 

3.26]. 


Amerika  robotları  ilə  bərabər 

Fransa 


məhsulları 

da 


maraq 

doğurur.  Sömi  (fran.  Scemi

firması  altı  koordinatlı,  sərbəst 

proqramlaşdırıla 

bilən 

sənaye 


robotunu  nümayiş  etdirir  (şəkil 

3.38).  Xətti  sürəti  2,7  m/s  və 

dəqiqliyi  0,04  mm  olan  robot 

yığma  və  qablaşdırma  işlərinin 

yerinə  yetirilməsi  üçün  nəzərdə 

tutulmuşdur. 

Robotun 

idarə 


sistemində  hər  oxun  idarəsi  üçün 

bir 


mikroprosessor 

nəzərdə 


tutulmuşdur.  İdarə  proqramları 

xüsusi  dilin  köməyi  ilə  hazırlanır.  İkinci  maraqlı  robot  Renoya  (fran. 



Renault)  mənsub  olan,  1972-ci  ildə  yaradılmış  Akma-Kribye  (fran. 

Acma-Cribier) firmasının  məhsulu 

V80 sənaye robotu idi. Şarnir tipli, 



altı  koordinatlı  robot  800  N   yükqaldırma  qabiliyyətinə  malik  idi  (şəkil 

3.39).  1982-ci  ildə  Akma-Kribye  firması  140  ədəd  V80  robotu 

 

 

Şəkil 3.37. FAMULUS robotu. 



 

 

Şəkil 3.38. Yığma robotu. 




Avtomatlaşdırmanın yayılması 

 

503 

satmışdır.  Bu  robotlar  Reno  şirkətində  avtomobillərin  gövdəsində 

istifadə  olunan  metal  lövhələrin  yığılmasında  və  qaynaq  edilməsində 

tətbiq edilirdi. V80 robotlarının başqa tətbiq sahəsi texnoloji proseslərdə 

çətin  yerinə  yetiriləbilən  işlərin  (məsələn,  tökmədə  hissələrin  nəqli, 

dəzgahların yüklənmsi) aparılmasında özünə yer tapmışdır [3.25].   

 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3.39. Renonun V80 robotu qaynaq xəttində. 

 

 

1980-ci  illərdə  sensor  sistemlərinin  inkişaf  etdirilib  robotlarda  tətbiq 



edilməsi  avtomatlaşdırılmış  proseslərin  çevikliyini  daha  da  artırmışdır. 

Sensorlar tərəfindən, emal olunacaq hissə haqqında birbaşa və ya dolayı 

yolla  alınan  informasiya  robotun  idarə  sisteminə  ötürülür  və  prosesin 

yerinə yetirilməsi üçün istifadə olunur [3.20, 3.25]. Bu işlərə  

- prosesin dayandırılması; 

- korreksiya işləri; 

- başlanğıc nöqtənin korreksiyası; 

- alətin korreksiyası; 

- trayektoriya sürətinin korreksiyası; 

- prosesdə nəzərdə tutulmamış  hərəkətlərə (hadisələrə) reaksiya vermək 

kimi tapşırıqlar daxildir.    



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə