Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə93/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   89   90   91   92   93   94   95   96   ...   159

Sənaye inqilabı 

 

312 

 

hazırlanmasını sifariş verirdi.  



Bu  maliyyə  siyasəti  ilə  parallel  olaraq,  maşınqayırma  sənayesinin 

ümumi  inkişafı  üçün    bir  çox  tədbirlər  görülmüşdür.  Bu  tədbirlər  bir 

tərəfdən  yeni  mütəxəssislərin  hazırlanması,  digər  tərəfdən  dünyada 

maşınqayırmanın  inkişafı  üzrə  baş  verənlər  haqqında  biliklərin 

yayılmasından  ibarət  idi.  Beləliklə,  Almaniyada  texniki  məktəblərin 

yaranması  prosesi  sürətləndirilir.  Bununla  bərabər  mühəndis,  texnik  və 

müəssisə  rəhbərlərinin  xaricə  təhsil  məqsədilə  getməsi  üçün  dövlət 

müəyyən maliyyə yardımları edirdi. 1821

36-cı illər Almaniyanı texniki 



məktəblərin  yaranması  dalğası  bürüyür.  Bu  dövrdə  bir  çox  böyük 

şəhərlərdə sənaye və politexnik məktəbləri yaranmışdır: 

 

1821.........Berlin 



1825.........Karlsrue 

1827.........Münxen 

1822.........Drezden 

1829.........Stuttqart 

1831.........Hannover 

1835.........Braunşvayq 

1836.........Darmştadt 

 

O  da  nəzərə  çarpır  ki,  bu  məktəblərin  çoxu  əyalət  mərkəzlərində 



yerləşmişdilər.  Texniki  məktəblərdə  tədris  edilən  dərslər  ümimiyyətlə 

hazırlıq  məqsədi  daşıyırdı.  Bunu  Almaniya  texniki  ali  məktəblərində 

olan  aşağı  tədris  pilləsi  ilə  müqayisə  etmək  olar.  Məktəblərdə  təşkil 

olunan  əsas  texniki  seminar  və  yığıncaqlar  isə  tədrisdə  bu  gün  mövcud 

olan  yuxarı  pillə  ilə  müqayisə  edilə  bilər.  Bu  pilləli  təhsildə  fransız 

təhsil  sisteminin  təsiri  olsa  da,  Almaniyada  aşağı  təhsil  pilləsində 

riyaziyyat və texniki fənlərdən çox humanitar fənlərin tədrisi daha güclü 

idi.  Texniki  məktəblər  əvvəldə  tikinti  və  poçt  sahəsində  çalışan 

məmurların hazırlanması ilə məşğul idilər. Sonralar texniki məktəblərdə  

tədrislərdə parçalanma baş verir və bizə bu gün məlum olan mühəndislik  




Sənaye inqilabı 

 

313 

 

fakültələri  yaranmağa  başlayır.  Bunların  arasında  ən  əsası  mexaniki 



texnologiya  (bugünkü  maşınqayırma)  və  kimya  texnologiyası  idi.  Bu 

fakültələrin  açılması  məktəblərin  malik  olduqları  maliyyə  vəziyətindən 

asılı idi.  

Texniki  məktəblərin  sənayeləşmə  prosesinin  gücləndirilməsində  rolu 

nisbi idi və təsir çox ləng gedirdi. Ona görə ki, məktəbləri qurtaranların 

böyük  hissəsi  sənayedə  yox,  dövlət  xidmətində  çalışırdılar.  Berlin 

sənaye  məktəbində  təhsil  alan  şagirdlərin  böyük  hissəsinin  başqa 

məktəblərdən  fərqli  olaraq  sənayeyə  getməsində  məktəbin  direktoru 

Vilhelm  Boytun  (alm.  Wilhelm  Beut)  böyük  rolu  olmuşdur.  Boytun 

apardığı böyük izahat işləri ilə bərabər Berlində verilən tədris praktikaya 

daha yaxın idi  və burada başqa məktəblərdən fərqli olaraq nəzəri fənlər 

az  tədris  olunurdu.  Sənayeləşmə  prosesinin  güclənməsi  nəticəsində 

sonralar texniki  məktəblərin  hazırladıqları  mütəxəssislərə  tələbat artmış 

və dövlətin bu sahəyə diqqəti daha da artmışdır [2.5].                 

XIX  əsrin  birinci  yarısında  maşınqayırmaya  dövlət  tərəfindən  edilən 

yardıma  baxmayaraq,  bu  sahədə  bütün  dövləti  bürüyən  inkişafdan 

danışmaq  olmazdı.  Bunun  səbəbləri  Almaniyadakı    kiçik  dövlətlər 

arasında  mövcud  olan  ziddiyətlər  idi.  1834-cü  ildə  Almaniya  kömrük 

birliyi  və  sonra  dəmir  yolunun  tikintisinin  yaranması  maşınqayırmanın 

dinamik inkişafını reallığa çevirdi. İgtisadiyyatın inkişafı üçün yaranmış 

məkan  ilə  güclənən,  dəmir  yolu  tikintisi  əsrin  30-cu  illərindən 

başlayaraq 

sənayenin 

stimuluna 

çevrilmişdir. 

Maşınqayırma 

məhsullarına  olan  tələbat  getdikcə  artmaqda  idi.  Lokomotiv,  vaqon, 

siqnal  qurğuları  və  bir  çox  başqa  məhsullar  lazım  idi.  Dəmir  yolu 

tikintisinin  dinamikası  ilə  şərtlənən  inkişaf  nəticəsində  maşınqayırmada 

məhsul istehsalının həcmi kəskin artmışdır.  1842-ci ildə Avqust Borziq 

tərəfindən  ilk  lokomotiv  istehsal  olunur  (şəkil  2.49).  1854-cü  ildə  bu 

müəssisəni artıq 500 lokomotiv tərk etmişdir. Dörd il sonra, 1858-ci ildə 

firma özünün 1000-ci lokomotivini istehsal edir [2.29, 2.30].               

Bu  dövrdə  yeni  yaranan  firmaların  sayı  da  kəskin  artmışdır. 

1801



1850-ci illərdə Almaniyada 83 maşınqayırma firması yaranmışdır  




Sənaye inqilabı 

 

314 

 

[2.32].  Onların  60%-nin  təşkili  1836-1850-ci  illərə  təsadüf  edir. 



Buradan alman maşınqayırmasının tarixi epoxası nəzərə çarpır. Kömrük 

xidmətinin  yaradılması  və  dəmir  yolu  tikintisinin  başlanması  ilə 

Almaniyada  sənayeləşmənin  başlanğıcı  qoyuldu.  Onu  da  qeyd  etmək 

lazımdır  ki,  maşınqayırma  sənayesinin  əsas  özəyi  1846-cı  ildə 

Saksonyada  cəmlənmişdir.  Saksoniya,  233  müəssisə  ilə  başda  dururdu 

[2.29].  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.49. Borziq lokomotiv fabriki 

 

Maşınqayırmada  müxtəlif  mütəxəssislərə  ehtiyac  var  idi.  İlkin 



vaxtlarda yaranan firmalarda müəssisə sahibkarları həm  çətin  hissələrin 

hazırlanmasına cavabdeh olan usta, həm də briqadir rolunu oynayırdılar.  

Bu 

sahibkarların 



ixtisasalma 

yolu 


maşınqayırma 

profilli 

emalatxanalarda şagirdlikdən və ya politexnik məktəblərdən başlayırdı. 

Onlar mövcüd olan müəssisələrin birində praktika keçirdilər. 

Sənayeləşmə dövrünün əvvəlində, müəssisələrin texniki təchizatında 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə