Sənaye inqilabı
339
nə malik idilər. Bu presslərdə kolba, yay, boyunduruq, çarx və b.
hazırlanırdı. X
Ι
X əsrin 80
−
90-cı illəri arasında hidravlik presslər daha
da təkmilləşdirilərək sənayedə geniş tətbiq olunur. Presslərin gücü
14000 t-na çatdırılır.
Hasvellin düzəltdiyi press yalnız lokomotiv hissələrinin istehsalında
tətbiq oluna bilirdi (şəkil 2.60). Böyük tökük blokların emal olunması
bu preslərdə mümkün deyildi. Hidravlik presslərin köməyi ilə tökük
blokların emal olunmasına 1862-ci ildə ingilis mühəndisi Qladhil (ingl.
Gladhill) cəhd göstərmişdir.
Şəkil 2.60. Hasvellin düzəltdiyi hidravlik press.
Bu üsul ilk dəfə olaraq ingilis mühəndisi Ceyms Vitvoz tərəfindən
Mançester şəhərində poladın döyülməsi və massiv metallik blokdan
topların hazırlaması üçün aparılan işlərdə tətbiq olunmuşdur. Hidravlik
pressin inkişafını aşağıdakı misaldan görmək olur. İngiltərənin Şeffelder
zavodunda 36,5 t ağırlığında metal blokdan topu döyməklə almaq üçün
50 t-luq pressdə 3 həftə vaxt və arada 33 dəfə qızdırmaq lazım gəlirdi.
37,5 t-luq bloku 4000 t gücünə malik hidravlik pressdə döymək üçün isə
4 gün vaxt və arada 15 dəfə qızdırmaq lazım idi [2.2].
Beləliklə, metal emalı sənayesi X
Ι
X əsrin ortalarında, sənaye inqilabı
ilə şərtlənən və geniş vüsətlə yayılmaqda olan sənayeləşmə üçün lazım
olan texniki imkanlara malik idi.
Sənaye inqilabı
340
2.5. Elektrik maşınlarının yaranması
XIX
əsrin ən böyük tarixi proseslərindən biri olan sənaye inqilabı
ilə bərabər elektrik enerjisinin texnikada tətbiqi müasir cəmiyyətin
yaranmasında əhəmiyyətli rol oynamışdır. Elektrik enerjisinin
maşınların işlədilməsində istifadəsi, onların texniki imkanlarını dəfələrlə
artırmışdır.
XIX əsrin ortalarında Avropanın bir çox ölkələrində baş verən
sənayeləşmə prosesi yeni enerji mənbələrinə əsaslanan maşınların
yaranması ilə müşaiət olunurdu. Bu baxımdan elektrik cərəyanının
təbiəti və onun texnikada tətbiqinə aid geniş işlər aparılmağa başlanır.
Bu tədqiqatların əsasında cərəyan haqqında XVI əsrdən məlum olan
biliklər dururdu.
Elektrik cərəyanı hələ bizim eradan təxm. 600 il əvvəl, yunanlara
məlum olmuşdur. Bu haqqda ilk bilik Falesə aid edilir. O dövrdə
insanlar kəhrəbanı yun parçaya sürtdükdən sonra, onun başqa
materialları özünə cəzb etməsini müşaiət etmişlər. Elektrik sözünün də
mənası buradan gəlir: “elektron” yunanca “kəhrəba” deməkdir. Yalnız
orta əsrlərdə Qalileo Qaliley tərəfindən fizika eksperimental bir elm
kimi tədqiq edildikdən sonra elektrik cərəyanın araşdırılmasına maraq
artmışdır. 1600-cü ildə ingilis fiziki Viliam Gilbert (1544
−
1603) “De
magnete” əsərində tək kəhrəba yox, başqa materialların da elektriklə
yüklənə bilməsini göstərmişdir. O, ilk dəfə olaraq “Elektrika” anlayışını
işlədir. XVII əsrdə statik elektrik ilə məşğul olan alman alimi Otto fon
Querike ilk dəfə olaraq elektrikləşdirmə maşınını, daha doğrusu
generatoru yaradır. O, iki eyni cür yüklənmiş cisimlərin bir-birini
itələməsi hadisəsini araşdırır. Ona qədər yalnız elektrik cərəyanı ilə
yüklənmiş cisimlərin bir-birini cəzb etməsi məlum idi [2.50].
XVIII əsrdə elerktrik cərəyanının xassələri və onu yaratmaq üçün
batareyaların düzəldilməsi üzrə əsas işlər görülmüşdür. Buraya əsasən
Pieter van Muşenbrök (Layden şüşəsi, 1745), Benyamin Franklin (mənfi
və müsbət qütblər, 1752), Luigi Qalvani (elektrokimyəvi enerji, 1770),
Sənaye inqilabı
341
Alesandro Volta (batareya, 1776), Çarles Auqustin Kulomb (Kulon
qanunu, XVIII əsrin sonu), Georq Simon Om (Om qanunu, XIX əsrin
əvvəli) kimi alimlərin işləri daxil idi.
XIX əsrin əvvəlində maqnitizm və elektrik cərəyanı arasında əlaqə
kəşf edildikdən sonra, bu fiziki kəmiyyətin praktikada tətbiqi üçün
zəmin yaranmışdır.
Elektrik enerjisini mexaniki
enerjiyə çevirən maşınların –
elektrik
mühərriklərini
də
yaranması bu araya təsadüf edir. İş
maşınları və nəqliyyat vasitə-
lərinin
hərəkət
etdirilməsində
elektrik
mühərriklərinin
yeri
danılmazdır. Eelektrik mühərriki -
motor, yəni latınca motius –
hərəkət
deməkdir.
Bu
mühərriklərin iş prinsipi cərəyanla
maqnit
sahəsi
arasında
olan
münasibətə əsaslanır. İlk dəfə
olaraq 1820-ci ildə danimarkalı
kimyaçı Hans Kristian Östred
“elektromaqnitismus” fenomenini
kəşf edir. Həmin ildə ingilis fiziki
Mixael Faradey “elektromaqnitik
dönmə” haqqında işini çap etdirir.
O, müstəvi üzərində nal formalı
maqnit arasında elektrik keçirən lövhənin fırlanmasını və bu prosesin
əksini sübut edən qurğunu nümayiş etdirir [2.50, 2.51, 2.53].
1822-ci ildə Peter Barlov onun adı ilə bağlı olan Barlov çarxını
düzəldir (şəkil 2.61). Amerikalı çilingər Tomas Davenport 1834-cü ildə
Vermontda kommutatoru düzəldir və 1837-ci ildə dünyada ilk dəfə
olaraq, elektrik mühərriki üzrə patent alır. Avropada Anyos Yedlik və
Şəkil 2.61. Barlov çarxı, 1822.
Şəkil 2.62. Yakobi mühərriki.