Sənaye inqilabı
336
Yayma üsulu hələ XVI əsrdən məlum idi. Su çarxları ilə hərəkətə
gətirilən yayma vallarının köməyi ilə külçə şəklinə salınmış metaldan
yastı profilli hissələrlə bərabər, çarxlar üçün üzükformalı poladlar da
hazırlanırdı. XIX əsrdə bu üsul daha da təkmilləşdirilərək ayrıca sənaye
sahəsinə çevrilmişdir. Bu, bir tərəfdən maşınqayırmanın inkişafı ilə,
digər tərəfdən buxar maşınlarının sənayedə güc mənbələri kimi tətbiq
edilməsi ilə bağlı idi. Bu dövrdə üç növ yayma axın xətləri mövcud idi:
Blok, lövhə və profil. XIX əsrin 30-cu illərində Avropanın bir sıra
sənaye ölkələrində qatar üçün dəmir yolu xətlərinin yaymaqla emalına
başlanır. 50-ci illərdə isə Almaniyada artıq dəmir yolu üçün böyük
çarxları yayan axın xətti mövcud idi. 70-ci illərə qədər yayma sahəsində
bir sıra ixtiralar edilib praktikada tətbiq edilmişdir. 1856-cı ildə isveç
O.Karlsund ilk dəfə olaraq “trio” yayma başlığını işləyib tətbiq edir.
Burada pəstah fasiləsiz olaraq yayma başlığına verilə bilirdi.
1857-ci ildə Bessemer iki fırlanan diyircək arasındakı kiçik
məsaməyə maye halda olan metalı tökməklə yaymaq üçün dəzgah
layihələndirir (şəkil 2.58).
Şəkil 2.58. Maye halda yayma üçün Bessemer dəzgahı.
Sənaye inqilabı
337
Bu dəzgahda ilk dəfə olaraq qalınlığı 1 mm və eni 1,2 m olan metal
lövhə alınır. Bir prosesdə tökmə, kristallaşma və deformasiya
inteqrasiya edilmişdir. Bu proses geniş praktiki tətbiqini tapmasa da,
yayma texnologiyasının elmi-texniki əsaslarının işlənməsində böyük rol
oynamışdır [2.45, 2.46].
1862-ci ildə ingilis mexaniki Corc Bedson (ingl. George Bedson)
məftil istehsal etmək üçün axın xəttini təklif edir. Bu xəttdə pəstah
avtomatik mexanizmin köməyi ilə fasiləsiz olaraq bir cüt diyircəkdən
başqasına, daha tez fırlanan cütlərə ötürülürdü (şəkil 2.59). Bedsonun
axın xəttində 16 yayma cütü yerləşdirilmişdir və bu başlıqlar öz
vəziyyətlərini dəyişəbilmə qabiliyyətinə malik idilər. Bu dəzgahda 25
funtluq metal pəstahı yaymaq üçün 15 saniyə vaxt tələb olunurdu [2.47].
Şəkil 2.59. Bedsonun fasiləsiz yayma dəzgahı.
Yayma texnologiyası ilə bərabər, metalların dartma texnologiyası da
inkişaf edirdi. 1871-ci ildə ingilis mühəndisləri olan
Vuds qardaşları
tərəfindən ilk fasiləsiz məftildartma maşını ixtira edilir. Bu maşınların
Sənaye inqilabı
338
məhsuldarlığı adilərdən 10 dəfə artıq idi [2.47]. 1888-ci ildə Qlasqoda
keçirilən sərgidə dəzgahda hazırlanmış, en kəsiyi 0,04
−
0,23 mm
arasında olan məftillər nümayiş etdirilmişdir.
X
Ι
X əsrin ikinci yarısında boru və böyük profillərin emalında tətbiq
olunan dartma texnikasında da dəyişiklik baş verir. Burada kolba və
zəncirlə işləyən dartma maşınları işlənib praktikada tətbiq edilir.
Maşınqayırmada tətbiq edilən boru və yastı profilli hissələrə artan
tələbat, dartma texnologiyasının inkişafında böyük rol oynamışdır.
Texniki tərəqqi döymə texnikasından da yan keçməmişdir. Yaymanın
sürətli inkişafı döymə texnologiyasını sıxışdırmağa başlamışdır. Buna
baxmayaraq, döymə inkişaf edərək maşınqayırmanın bir çox sahələrində
tətbiq tapmışdır. X
Ι
X əsrin ortalarında Nasmifin ixtira etdiyi çəkic
döymədə geniş tətbiq olunduğu halda, X
Ι
X əsrin ikinci yarısında
sənayedə yaranmış vəziyyət yeni çəkic konstruksiyalarının işlənməsinə
gətirib çıxartmışdır. Böyük hissələrin emalında düşən çəkiclərin tətbiqi
çətinliklər yaratdığına görə, mühəndislər yeni tip çəkic mexanizminin,
hidravlik preslər üzərində işləməyə başlamışlar. Hidravlik preslər
çəkiclərin tətbiqindəki çatışmamazlıqları aradan qaldırmışlar. İlk dəfə
olaraq hidravlik presslərin düzəldilməsi ideyasını ingilis mühəndisi
Brama vermişdir. Praktikada tətbiq oluna bilən ilk press isə 1820-ci ildə
T.Burr tərəfindən işlənmişdir. O, ilk dəfə olaraq bu yolla sənayenin
müxtəlif sahələri üçün hissələrin hazırlanmasının perspektivliyini
göstərmişdi. T.Burrun gördüyü işlərdən sonra tökmə sahəsində çalışan
mühəndislərin bu texnologiyaya marağı daha da artır.
Presslərin döymə və ştamplamada tətbiqi X
Ι
X əsrin ikinci yarısına
təsadüf edir. 1851-ci ildə Londonda, dünya sərgisində 4 silindrli press
nümayiş etdirilmişdir. 1859
−
1861-ci illərdə avstriyalı mühəndis Hasvell
qatar istehsal edən bir zavodda buxar lokomotivlərinin hissələrinin
hazırlanması üçün preslə işləyən ştamplama prosesini işləyir. Onun
pressi iki gedişli, diametri 1,2 m olan buxar maşını ilə hərəkətə gətirilən
nasoslardan vurulan su ilə işləyirdi. Bu pressin silindrinə su 400 kPa
təzyiqlə verilirdi. Hasvellin düzəltdiyi ilk çəkiclər 7, 10 və 12 MN gücü-