Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə97/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   93   94   95   96   97   98   99   100   ...   159

Sənaye inqilabı 

 

326 

 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.55. Buxar qatarı. 

 

1834-cü  ildə  Avstriyadan  Prof.  Qerstner  (alm.  Gerstner)  Rusiyaya 



gələrək,  çarın  göstərişi  ilə  Peterburq  ilə  Tsarskoe-selo  arasında  27  km 

uzunluğunda  dəmir  yolunun  çəkilməsi  işinə  rəhbərlik  edir.  Bu  xətt 

1837-ci ildə hazır olur [2.41].  

Rusiyada ən böyük dəmir yolu xətti 1843

1951-ci illərdə Moskva ilə 



Peterburq arasında  çəkilir.  Uzunluğu  645  km  olan  yolu  qət  etmək  üçün 

ilk  qatar  19  saat  vaxt  sərf  edir.  Bu,  o  dövrdə  dünyada  ən  uzun  dəmir 

yolu  xətti  idi.  Bundan  sonra  Rusiyada  dəmir  yolu  tikintisi  faktiki 

dayanır [2.41].  

XIX  əsrin  ortalarında  xarici  sərmayəçilərin  Rusiyaya  axını  güclənir. 

1847-ci  ildə  Moskvada  şəhər  manufaktura  şurasının  qərarı  ilə  Riqli  və 

Qopper  iş  adamlarına  zavod  açmaq  üçün  icazə  verilir.  Manufaktura 

şöbəsinin hesabatında deyilirdi: „ Bu zavod başqa regionlar üçün lazım 



olan maşınların böyuk hissəsini hazırlayacaq və burada olan maşınların 

təmiri  ilə  də  məşğul  olacaq“.  Ingilis  mühəndisi  L.Riqleyin  rəhbərlik 

etdiyi  bu  firma,  dövlətdən  yardım  və  xaricdən  maşınların  vergisiz 

gətirilməsinə icazə almışdır. Ilkin vaxtlarda zavodda 115 fəhlə işləyirdi. 

Burada,  həm  də  texnologiya  institutunun  yetirmələri  çalişırdılar.  Ancaq 

bu  müəssisə  az  rentabelli  olduğundan  4  il  sonra  bağlanmışdır. 

Maşınqayırma  sahəsinin  təşkilində  əsas  çətinlik  ölkədə  mövcud  olan 

kəndli təhkimçilik sistemi idi. Dağ-mədən və  metallurgiya  sənayesində 



Sənaye inqilabı 

 

327 

 

mövcud  olan  məcburi  əmək  maşınların  inkişafı  və  tətbiqini  həddindən 



artiq  çətinləşdirirdi.  1830

÷

50-ci  illərdə  Rusiyada  maşınqayırma 



müəssisələrinin sayı 7-dən 25-ə qədər artmışdı.  

Beləliklə,  demək  olar  ki,  XIX  əsrin  birinci  yarısında  tekstil 

sənayesinin  gur  inkişafı  ilə  şərtlənən  maşınlara  artan  tələbat  şəraitində  

maşınqayırma zavodlarının inkişafı həddən çox zəif gedirdi.   

50-ci  illər  Rusiya  tarixində  xüsusi  yer  tutur.  Bu  dövrdə  Rusiyada 

təhkimçilik  sisteminin  ləğvi  üçün  daxili  və  xarici  faktorlar  yetişir. 

Avropada  gedən  sənayeləşmə  prosesi  tikilən  dəmir  yollari,  gəmiçiliyin, 

ağır  sənayenin  inkişafı  və  ümumi  sənaye  potensialının  artırılması  ilə 

xarakterizə olunur.  Bu amillər iqtisadi böhran keçirən Rusiyada kəndli-

təhkimçilik  sisteminə  böyük  təzyiq  göstərirdi.  Bu  ərəfədə  Rusiyada 

burjuaziya təbəqəsi formalaşmağa başlayır [2.37].  

Yeni  kapitalist  təsərrüfat  formasının  tətbiqinə  olan  iqtisadi  və  siyasi 

tələbat və həm  də əhalinin antifeodal  mübarizəsi Rus çarını təhkimçilik 

qanununu ləğv etməyə məcbur etmişdir. 

XIX  əsrin  ortalarında  Rusiyada  yaranan  yeni  ictimai-siyasi  şəraitlə 

bağlı  olaraq  tekstil  sənayesində  maşınların  kütləvi  şəkildə  tətbiqi 

başlanır.  Bu  sahədə  pambıq–kağız  istehsalı,  orada  mövcud  olan  əmək 

bölgüsünə  görə  ön  plana  çıxır.  Təhkimçi  əməyinin  tətbiq  olunmaması 

yüksək  inkişaf  ücün  zəmin  yaratmişdır.    Pambıq  istehsal  edən 

müəssisələrin  qısa  bir  müddətdə  mexanikləşdirilməsi  üçün  İngiltərənin 

maşınqayırma sənayesinin təcrübələrindən istifadə edilirdi.  

Peterburqda  yerləşən  pambıq  sənayesi  daha  intensiv  inkişaf  edirdi. 

Böyük  fabriklərin  çoxunun  aksionerləşdirilməsi  nəticəsində  firmalar 

böyük  məbləğdə  gəlir  götürürdülər.  Digər  tərəfdən,  mexanikləşdirmə 

nəticəsində  əməyin  yüksək  şəkildə  təşkili,  başqa  sahələrdə  fəaliyyət 

göstərən  fabriklərə  nisbətən  2,5

3  dəfə  çox  məhsuldarlıq  əldə  etməyə 



imkan  yaradırdı.  1861-ci  ildə  pambıq-kağız  istehsalında  tətbiq  olunan 

maşınların  sayı  10-u  keçmişdir.  Belə  ki,  Moskva  ərazisinin  hesabına 

22%, Peterburqun payına isə 39% düşürdü.    

50-ci illərdə ipəyirmə prosesinin kütləvi şəkildə mexanikləşdirilməsi 




Sənaye inqilabı 

 

328 

 

toxuculuq  işində  də  dönüş  yaradır.  Rusiyanın  pambıq  istehsalındakı 



mexanikləşdirmə,  əsasən  kətan  toxuculuğunda  böyük  dəyişikliklərə 

səbəb  olmuşdur.  Yeniləşmə  nəticəsində  pambiq-parça  istehsalının 

məhsuldarlığı  dəfələrlə  artır  və  nəticədə,  ucuz  qiymətə  mal  istehsal 

etmək  mümkün  olmuşdur.  Bunun  nəticəsində  daxili  bazarda  başqa 

tekstil mallara qarşi güclü rəqabət yaranmışdır. 

Maşınqayırmanın tərəqqisi və əmək   məhsuldarlığının  artması başqa 

sənaye  sahələrinin  inkişafinda  və  istehsal  gücünün  başqa  ərazilərdə 

paylanmasında  böyük  rola  malik  idi.  Bu  geniş  prosesdə,  dəmir  yolu 

aparıcı  əhəmiyyət  kəsb  edirdi.  Istehsal  prosesinin  tərkib  hissəsinə 

çevrilən dəmir yolu maşınqayırma sənayesinin ümumi inkişafı üçün əsas 

faktorlardan birinə çevrilir.   

Şəxsi  dəmir  yolu  tikintisini  maliyyələşdirmək  üçün  çar  Rusiyası 

1867-ci  ildə  „dəmir  yolu  fondu“nu  təsis  edir.  Burada  daxili  kapitaldan 

əlavə  xarici  kapitalın  dəmir  yolu  tikintisinə  cəlb  edilməsi  üzrə  işlər 

görülür.  

1861


80-ci  illərdə  Rusiya  dəmir  yolunun  uzunluğu  14  dəfə  artaraq 

22  min  km-i  keçmişdir  [2.15].  Nəticədə  Rusiyanin  Avropa  hissəsində 

şaxələnən dəmir yolu sistemi yaradılır. Mərkəzi Moskva olan bu şəbəkə, 

4  qoldan  ibarət  idi:  Moskva,  Baltikyanı,  Azov-Qaradəniz  və  Qərb. 

Moskva dəmir yolu 18 xəttdən ibarət olub, 8 min km-ə çatırdı. 

 XIX  əsrin  60-cı  illərində  dəmir  yolu  nəqliyyatı  Rusiyada  yük 

daşınmasında  geniş  tətbiq  olunur.  1861

77-ci  illərdə  yük  daşınması  25 



dəfə  artır.  Avropada  dəmir  yolu  tikintisində  müxtəlif  firmalar 

çalışdığından  çox  vaxt  tikilən  yolların  eni  də  müxtəlif  olurdu. 

İngiltərədə,  ABŞ-da  müxtəlif  endə  dəmir xətləri  mövcud olduğu halda, 

Rusiyada yalnız eni 1524 mm olan dəmir xətti çəkilmişdir.   

90-cı  illərdə  sənayenin  bir  çox  sahələrində  yeni  energetika 

sistemlərinin  yaranması  nəzərə  çarpır.  Bu  baxımdan  Ural  zavodlarında 

görülən  işlər  birincilər  sırasında  idi.  90-cı  illərdə  Uralda  energetika 

sistemində elektrik mühərriklərindən istifadə edilməyə başlanır. 1890-cı 

ildə Perm top zavodunda Rusiyada  ilk elektrik stansiyası tikilir [2.42].  



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə