Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə105/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   101   102   103   104   105   106   107   108   ...   159

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

353 

 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.75. 

Jozef Lenoar 

mühərriki. 

 

üçün  deşik  nəzərdə  tutulmuşdur.  Qazın  yandırılması  elektrik  induksiya 



aparatının  köməyi  ilə  yerinə  yetirilirdi.  Burada  yenilik  qaz  qarışığının 

işçi kamerada partladılmasından ibarət idi. Apardığı sınaqlar nəticəsində 




XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

354 

 

Lenoara məlum olmuşdur ki, bu mühərrikin arabalarda tətbiqinin texniki 



baxımdan  çoxlu çatışmamazlıqları vardır [2.60].  

Ancaq  ağac  qırıntılarından  əldə  edilmiş  yanacaq    baha  olduğundan, 

benzin  ilə  işləyən  mühərriklərin  düzəldilməsi  daha  perspektivli  idi. 

Benzinlə  işləyən  mühərriklərdə  benzini  işçi  zonaya  püskürtmək  üçün 

karbüratorların  düzəldilməsinə  ehtiyac  var  idi.  İlk  benzinlə  işləyən 

mühərrik  1863-cü  ildə  alman  mühəndisi  Otto  (alm.  Nicolaus  August 



Otto) tərəfindən  işlənmişdir (şəkil 2.76). 1864-cü ildə o, Eugen  Langen  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.76. Otto mühərrikinin cizgisi. 

  

ilə  birlikdə  ilk  dəfə  olaraq  mühərrik  hazırlayan  “



N.  A.  Otto  &  Cie

“ 

firmasını    yaradır  və  qaz  mühərriklərinin  istehsalı  ilə  məşğul  olur.  Bu 



mühərrikin  ixtirası  ilə  avtomobilin  yaranması  istiqamətində  ilk  addım 

atılmış olur. 




XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

355 

1867-ci  ildə  Parisdə  keçirilən  dünya  sərgisində  Otto  düzəltdiyi  qaz 

mühərrikini  nümayiş  etdirir. O dövrdə  məlum  olan başqa  mühərriklərlə 

müqayisədə Otto mühərriki təxminən 60% az yanacaq işlədirdi.  1876-cı 

ildə  o  dörd  taktlı  mühərrik  düzəltməyə  nail  olur.  Bu  mühərrik  bu  gün 

texnikadan  məlum  olan  daxili  yanma  mühərrikləri  üçün  əsas  sayılır. 

1884-cü  ildə  Otto  qaz  mühərrikləri  üçün  elektrik  alışqanı  ixtira  edir. 

Bununla  daxili  yanma  mühərriklərində  başqa  yanacaqlardan  da  istifadə 

etmək mümkün olur [2.60].  

XIX əsrin sonu həm də avtomobilin (yunanca “auto”-özü, “mobilis”  

hərəkətli  deməkdir)  yaranması  ilə  əlamətdardır.  Bu  sahədə  də  alman 

mühəndisləri  birinci  olaraq  hərəkətli  “arabalar”  üzərində  düşünməyə 

başlamışlar.   

Ottonun  firmasında  çalışan  Daymler  (alm.  Daimler) bir  müddət  qaz 

mühərriklərinin təkmilləşdirliməsi   və  onun seriyalı istehsalı ilə  məşğul 

olur.  1882-ci  ildə  Daymler  Kannştatta  gedərək  orada  daha  böyük 

fırlanma 

sürətinə 

malik  olan kiçik daxili 

yanma  mühərriklərini 

yaratmaq 

məqsədilə 

özünün  sınaq  sexini 

təşkil  edir. Bir il sonra 

(1883)  o,  firmasının 

baş konstruktoru May- 

baxla 


birlikdə 

bir 


silindrli 

dördtaktlı 

mühərriki  ixtira  edir 

və  benzinin  yanacaq 

kimi  tətbiq  olunmasını 

optimallaşdırır.   

1886-cı  ildə  Daymler  öz  mühərrikini  at  arabasına  quraşdırır  və 

bununla  dördtəkərli  maşının  ixtiraçısı  sayılır  (şəkil  2.77).  Bu  arabanın 

sürəti 16 km/saat idi.  Daymler  avtomobili  Fransada  keçirilən  sərgidə  

 

    Səkil 2.77. Ilk Daymler avtomobili. 




XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

356 

 

nümayiş  etdirlir. Avtomobilin transmissiyası və sürətlər qutusu yenidən 



işlənir. Təkərləri rezindən hazırlanır. Bu ilk avtomobil idi [2.59].  

1890-cu  ildə  Daymler  “Daimler  Motoren  Gesellschaft”  firmasını 

yaradır və mühərriklərin istehsalı ilə məşğul olur. 1900-cu ildə Daymler 

vəfat etdikdən sonra Maybax avstriyalı Emil Yellinekin sifarişinə əsasən 

“Mersedes”  avtomobilinin  layihələndirilməsinə  başlayır.  Maybax 

Yellinekin  istəyinə  uyğun  olaraq  gücü  35  a.g.  olan  avtomobil  düzəldir 

(şəkil  2.78).  1901-ci  ildə  bu  avtomobil  ilk  dəfə  numayiş  olunaraq 

Daymler firmasına böyük şöhrət gətirir.  1900-cü ildə Emil Yellinek bu 

avtomobilə  öz  qızının  adını  -  “Mersedes”in  verilməsi  haqqında  öz 

razılığını  firma  rəhbərliyinə  bildirir.  İlk  Mersedesin  sürəti  70  km/saata 

çatırdı. Bu gözəl və etibarlı avtomobil ilk vaxtlardan böyük uğur qazanır 

və avtomobillərin kütləvi istehsalının başlanğıcını qoyur [2.60]. 

 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  2.78.  Daymler  firmasının  buraxdığı  ilk  “Mersedes”  markalı 



avtomobil, 1902. 

 

Daymlerdən  asılı  olmayaraq  Manhaym  (AFR)  şəhərində  Karl  Bens 



(1844

1929)  yeni  avtomobil  üzərində  işləyir.  O  dördtaktlı  Otto 



mühərrikini  diqqətlə izləyir və  onun təkmilləşdirilməsi üzərində işləyir. 

1886-cı ildə Bens üçtəkərli arabaya təkmilləşdirilmiş dördtaklı mühərrik  




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə