Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə107/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   103   104   105   106   107   108   109   110   ...   159

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

361 

təyyarə düzəldir. Bu maşın elə ilk sınaq zamanı sınmışdır. Sonra məlum 

olur  ki,  əsas  problem  uçuş  zamanı  stabilliyin  yaradılmasından  ibarətdir 

[2.61]. 

1870-ci  ildə  fransız  mühəndisi  Peno  sınaq  məqsədilə  bir  neçə  kiçik 

təyyarə  modelləri  düzəldir.  Onun  apardığı  tədqiqatlarda  təyyarənin 

hərəkətinin quyruq hissəsi ilə stabilləşdirməyin mümkünlüyü araşdırılır. 

1890-cu ildə alman mühəndisi Otto Lilienthal düzəltdiyi playnerdə 2 

mindən  artıq  üçüş  keçirmişdir.  O,  playneri  öz  bədəni  ilə  tənzim  edərək 

havada 30 saniyə ərzində 100 m yol qət edir. Öz sonuncu uçuşu zamanı 

əsən  külək  Lilenthalın  tarazlığını  pozaraq  onun  qəzaya  düçar  olmasına 

səbəb  olmuşdur.  Sonralar  playnerlərin  düzəldilməsi  ilə  amerikalı  Vrayt 

(ingl.  Wright)  qardaşları  məşğul  olmuşlar.  Onlar  ilk  dəfə  olaraq  şaquli 

və  eninə  idarə  sistemləri  tətbiq  etmiş,  qanadları  süni  verilən  havanın 

köməyi  ilə  yükləmiş  və  düşən  yükü  ölçmüşlər.  Vrayt  qardaşlarının 

düzəltdiyi  playner  stabil  idarə  olunaraq  havada  bir  dəqiqə  qala  bilirdi. 

1903-cü  ildə  Vrayt  qardaşları  playnerə  benzinlə  işləyən  mühərrik 

qoyurlar (şəkil 2.83).  

1903-cü il martın 14-də Vilbur Vrayt (ingl. Wilbur Wright) ilk mo- 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.83. Vrayt qardaşlarının düzəltdiyi təyyarə. 




XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

362 

 

torlu  uçuş  edir  və  32  m  yol  qət  edir.  Həmin  ilin  17  dekabr  tarixindəki 



uçuşda  o,  260  m  yol  qət  edir.  Bu,  dünyada  aparılan  ilk  uçuş  sınağı  idi. 

Tədricən  mühərriklərin  gücünü  artıraraq  Vrayt  qardaşları  öz 

təyyarələrini  təkmilləşdirirlər.  1905-ci  ildə  onlar  havada  38  dəqiqə 

qalaraq  39  km  yol  qət  edirlər.  Buna  baxmayaraq,  Vrayt  qardaşlarının 

nailiyyətləri  dövlət  tərəfindən  diqqətsiz  qalır.  Buna  görə  də,  onların 

sınaqları yarımçıq qalır [2.61]. 

1907-ci  ildə  Fransa  dövləti  Vrayt  qardaşlarının  işlərinə  maraq 

göstərir.  Bu  işdən  xəbər  tutan  Amerika  dövləti  Vrayt  qardaşlarına  100 

min  dollar  məbləğində  sifariş  verir.  1908-ci  ildə  onların  düzəltdikləri 

təyyarə  2,5  saat  havada  qalır.  Verilən  sifarişləri  yerinə  yetirmək  üçün 

Nyu  Yorkda  “Vrayt”  təyyarə  fabriki  yaradılır.  Ancaq  Vrayt 

təyyarələrinin quyruq hissəsində qanadların olmaması səbəbindən, onlar 

geniş  tətbiq  tapa  bilmir.  Bu  təyyarələrlə  bir  sıra  qəzalar  baş  verir. 

Təyyarədə quyruq idarə sisteminin vacibliyinə Penonun işlərindən bələd 

olan  fransızlar,  Vrayt  qardaşlarının  təyyarələrinin  bazasında  yeni 

təyyarə  düzəldərək  böyük  nailiyyətlər  əldə  edirlər.  1908-ci  ildə  fransız 

mühəndisi  Lui  Bleroa  (fran.  Louis  Bleroit)  uzun  sürən  tədqiqatlardan 

sonra  praktikada  tətbiq  oluna  biləcək  təyyarəni,  “Bleroit  XI”-i  düzəldir 

(şəkil 2.84).  

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.84. Bleroit təyyarəsi. 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

363 

O,  1909-cu  ildə    La–Manş  üzərindən  uçaraq  keçir.  Sonralar  fransız 

təyyarə  konstruktoru  Onri  Famo  (fran.  Henri  Faman)  1912-ci  ildə 

təyyarə  layihələndirmə  firmasını  yaradır.  Burada  o,  ilk  aeroplanı 

düzəldir və onun kütləvi istehsalını təşkil edir. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  təyyarələrin  hamısı  qeyri  -

metaldan  hazırlanırdı. Yalnız alman  mühəndisi Huqo  Yunkersin səyləri 

nəticəsində 1915-ci ildə ilk, tam metaldan hazırlanmış təyyarəni “Junker 

J1”-i  düzəltmək  mümkün  olur  (şəkil  2.85).  Yunkers  təyyarələrinin 

konstruksiyaları  təyyarəqayırmada  yeni  mərhələnin  başlanğıcını  qoyur. 

Bundan sonra təyyarələr metaldan hazırlanır [2.61]. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.85.” Junkers J1” təyyarəsi. 

 

Daxili  yanma  mühərriklərinin  inkişafı  və  onların  geniş  tətbiqi  və 



eyni  zamanda  kimya  sənayesinin  inkişafı  neft  xammalına  olan  tələbatı 

kəskin artırmişdır. Neftdən hələ qədimdə insanlar müalicə üçün istifadə 

etmişlər.  İlk  neft  yataqlarının  qazılması  və  oradan  neftin  xaric  edilməsi 

qərb ədəbiyyatında amerikalı Edvin Dreykin (ingl. Edwin Drake) 1859-

cu ildə Pensilvaniyada qazdığı  quyunun tarixi  ilə əlaqələndirilir. Ancaq 

tarixi dəlillər göstərmişdir ki, dünyada ilk dəfə neft quyusu 1846-cı ildə 

Rus imperiyasının Bakı quberniyasında, daha  dəqiqi,  Bibiheybətdə  qa-  



XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

364 

 

zılmışdır (şəkil 2.86). Neftə artan tələbat, bu sənaye sahəsinin inkişafını 



stimullaşdırmışdır.  Quyuların  axtarılması.  qazılması  və  neftin  emalı 

üçün yeni texniki avadanlıq və maşınlar işlənib hazırlanmışdır.     

1834-cü  ildə  alman  mühəndisi  Eyhauzen  qayçı  formalı  alətlə 

(ştanqalı qazmada hərəkətli hissələr) qazma üsulunu təklif edir. Bundan 

sonra  fransız  mühəndisləri  Kind  və  Fabiö  (fran.  Fabian)  sərbəst  düşən 

baltalarla  işləyən  texnologiyanı  yaradırlar.  Bu  üsul  praktikada  “alman” 

üsulu  adlanır.  1856-cı  ildə  Fabiö  tərəfindən  ilk  dəfə  olaraq  neft 

yataqlarının  təzyiq  altında  vurulan  su  ilə  təmizlənməsi  təklif  olunur 

[2.62-2.66].  

1859-cu  ildə  ilk 

dəfə  olaraq  quyuların 

qazılmasında 

işlərin 

mexanikləşdirilməsi 

üçün 

buxar 


maşın-

larının 


tətbiqi 

rus 


mühəndisi  Romanov- 

ski  tərəfindən  Podol- 

skda aparılır. Bakı neft 

yataqlarının  qazılma-

sında  buxar  maşınları 

1873-cü 


ildə 

tətbiq 


olunur.  Neft  quyularının  qazılmasında  ilk  zamanlar  zərbə  ilə  işləyən 

üsullardan  istifadə  olunurdu.  XIX  əsrin  80-cı  illərində  Amerikada 

quyuların  fırlanan  baltalarla  qazılması  və  eyni  zamanda  gil  ilə 

yuyulması  ixtira  olunur.  1901-ci  ildə  Bakida  (Suraxanıda)  qaz 

çıxarılması  üçün  quyu  qazılır.  Bir  il  sonra  bu  quyudan,  207  m 

dərinlikdən qaz çıxarılır [2.63-2.64]. 

Apşeron  yarımadasından  çıxarılan  nefti  emal  etmək  üçün  1859-cu 

ildə  Bakıda  neft  emalı  zavodu  yaradılır.  1863-cü  ildə  Bakıda  Cavad 

Məlikov  adlı  azırbaycanlı  mühəndis  tərəfindən  dünyada  ilk  dəfə  olaraq 

neft  emalında  soyuduculardan  istifadə  olunaraq,    kerosin  hazırlayan 

 

Şəkil 2.86. Bakıda neft buruqları. 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə