Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə109/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   105   106   107   108   109   110   111   112   ...   159

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

369 

haqqında  dərs”,  J.B.  Belanqer  tərəfindən  yazılmış  “Kinematika 

haqqında  dərs”  və  Kupierin  (fran.  H.Goupilliere)  “Ötürmələr  üzrə 

vəsait”  ,  “Dişli  çarx  ilişməsinin  nəzəri  və  praktiki  əsasları”  kitablarını 

misal göstərmək olar. Alman alimləri də maşınlarla məşğul olurlar. Prof. 

H.-A.  Resal  “Sırf  kinematikanın  tədqiqi”  adlı  kitabını  tərtib  edir.  Prof. 

Mannhaym  kinematik  həndəsəni  yeni  bir  elm  kimi  inkişaf  etdirir.  Bu 

sahə  üzrə  belçikalı  alim  P.Qilbert  və  amerikalı  alim  C.Qibbs  (inglş 

C.Gibbs) də dəyərli işlər görmüşlər.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.89. Labulenin işlərində maşın hissələrinin təsviri. 

          

 

XX  əsrə  keçid  ərəfəsində  İngiltərədə  maşınların  kinematikasının 



işlənməsində A.Kaylay  və C. Silvester tərəfindən maşınların mexanika- 

sı üzrə yazılmış kitab böyük rol oynamışdır. 

 

Alman professoru  Rölo (alm. F.Reuleaux)  maşınşünaslığın  inkişafı 




XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

370 

 

üçün  dəyərli  işlər  görmüşdür.  O,  maşın  və  dişli  çarx  ötürməsi 



nəzəriyyəsi üçün anlayışları tərtib etmiş, sinifləşdirməni təkmilləşdirmiş 

və  maşınqayırmanın  tarixini  araşdırmışdır  (şəkil  2.90)  [2.70].  Başqa 

alman  alimlərindən  F.Qraşof  (alm.  F.Grashov)  1870

1890-ci  illərdə  3 



cildlik “Nəzəri maşınqayırma” kitabını çap etdirir.  

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.90. Rölonun

 

mexanizm modelləri. 



 

L.  Burmester  1888-ci  ildə  ilk  dəfə  olaraq  kinematik  həndəsənin  maşın 

mexanizmlərinin 

layihələndirilməsində 

tətbiqini 

təsvir 


edən 

“Kinematika  üzrə  dərslik”  kitabını  yazmışdır.  Qrübler,  1917-ci  ildə 

yazdığı “Dişli çarx ötürməsi “ kitabında məlum mexanizm və ötürmələri 



XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

371 

 

elmi cəhətdən sistemləşdirərək, onların hesablanması üçün üsullar təklif 



etmişdir.  Burada  mexanizm  bəndlərinin  təcillərinin  hesablanması 

məsələlərinə də toxunulmuşdur.  

 

Maşınlar üzrə elmin  inkişafında Peterburq universitetinin professoru  



Çebışev  yeni  mərhələ  açmışdır  [2.67].  O,  ilk  dəfə  olaraq  maşınlar 

nəzəriyyəsində riyaziyyatdan istifadə edərək, onu riyazi yolla hesablana 

bilən  bir  elmə  çevirir.  Onun  işlərinin  əsas  istiqaməti  kinematika 

sahəsində  bənd  zənciri  nəzəriyyəsinin  yaradılması  idi  (şəkil  2.91).  Bu 

nəzəriyyə  maşın  mexanizmləri  nəzəriyyəsinin  yaranmasında  əsas  rol 

oynamışdır.  Çebışevin  həll  etdiyi  bir  çox  məsələlər  (məsələn,  buxarın 

paylanması,  presləmə,  hesablama  maşınları,  tərəzilər  və  s.)  nəzəri 

əhəmiyyətə  malik  olması  ilə  bərabər,  həm  də  praktikada  geniş  tətbiq 

olunmuşdur.  Onun  işlədiyi  tənzimləyici  bir  çox  dünya  sərgilərində 

(Vyana-1873,  Filadelfiya-1876,  Paris-1878)  qızıl  medala  layiq 

görülmüşdür. Çebışevin şagirdlərindən P.Somov, N.Delone,  V.Liqin və 

C.Qohman  maşınların  kinematikasının  inkişaf  etdirilməsində  önəmli 

işlər görmüşlər.     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.91. Çebışevin düzxətli hərəkətli mexanizmi

 

 



XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

372 

 

XIX  əsrin  60



70-ci  illərində  praktiki  maşınqayırma,  nəqliyyat 

maşınlarının  layihələndirilməsində  dinamika  məsələləri  ilə  məşğul  olan 

rus alimi Vişneqradski bu sahələri daha da inkişaf etdirir. Bundan əlavə 

o, avtomatik idarəetmə nəzəriyyəsinin əsaslarını işləyir.  

XIX  əsrin  sonunda  əsas  elmi  işlər

buxar  maşınları  və  çarxqolu-



sürgüqolu  mexanizmi  ilə  əlaqədə  olan  maşınların  dinamikası  üzrə 

aparılır.  Bu  dövrdə  avstriyalı  alim  J.Radinqerin  “Yüksək  sürətli  buxar 

maşınları” kitabı çap olunur. Alman professoru M.Rüllmann dörd cilddə 

tərtib  etdiyi  “Ümumi  maşınşünaslıq”  adlı  ensiklopedik  əsərində  bu 

sahədə  mövcud  olan  bilikləri  ümumiləşdirərək,  müxtəlif  təyinatlı 

maşınların layihələndirilməsi üzrə təcrübi bilikləri təsvir edir. 

 

XX  əsrin  əvvəlində  rus  alimləri  ilə  bərabər  alman  alimləri  də 



maşınqayırma elminin inkişafında böyük rol oynayırlar. Rölo tərəfindən 

1900-cü  ildə  çap  olunmuş  “Nəzəri  kinematika”  kitabının  ikinci  cildi 

maşınların  mexanikası sahəsi üzrə aparılan işlər üçün katalizator rolunu 

oynayır.  Bu  istiqamətdə  R.Müller,  K.Mor  və  Burmester  maraqlı  işlər 

görürlər.  F.Vittenbauer  maşın  mexanizmlərinin  dinamiki  analizi  üçün 

qrafiki üsul  işləyib  hazırlayır. Onun “Qrafiki dinamika” kitabı toplu bir 

əsər  olub,  çoxlu  sayda  məlum  təcrübi  biliklər  əsasında  maşınların 

kinematikasının statik və dinamik hesablanması üsullarını verir. Bundan 

əlavə,  kitabda  bu  sahədə  mövcud  olan  bir  çox  problem  məsələlər  də 

müzakirə olunur.  

 

Bu  ərəfədə  Rusiyanın  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdən  geri 



qalmasına  baxmayaraq,  Rusiya  maşınların  layihələndirilməsi  üzrə  çox 

güclü elmi bazası olan məktəblərə malik idi. Bir çox rus alimləri texniki 

ali məktəblərdə çalışırdılar. 

 

Nəqliyyat,  yük,  dağ-mədən  və  kənd  təsərrüfatı  maşınlarının 



mexanikası,  layihələndirilməsi  ilə  məşğul  olan  alimlər  sırasına 

N.Jukovski,  N.Merzalov,  P.  Xudyakov,  A.  Sidorov,  V.Qoryatçkin,  L. 

Assur,  V.Qrineveçki  və  D.Sernov  daxil  idilər.  Jukovski  maşın  və 

mexanizmlər  nəzəriyyəsi  ilə  məşğul  idi.  Onun  məşhur  əsərlərindən 

“Qayka və vintin  yivində təzyiqin paylanması”, “Qayış ötürməsində sü- 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə