Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə108/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   104   105   106   107   108   109   110   111   ...   159

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

365 

zavod  tikilir.  Böyük  rus  neftçisi  Roqozin  Məlikovu  belə  xarakterizə 

etmişdir [2.63]: 



“İdeyaya  malik  bütün  insanlar  kimi,  o  bütün  işlərin  əvvəlində 

ideyasını həyata keçirməyi görürdü və bakılılar üçün qeyri adi bir adam 

idi. Sonuncu qəpiyinə kimi, bütün var-dövlətini, sabahkı günü haqqında 

fikirləşmədən  öz  məqsədinə  çatmaq  üçün  veridiyi  halda  o,  necə  də 

qəribə  olmasın.  Texniki  istehsalın  inkişafında  biz belə  adamlara tez-tez 

rast  gəlirik.  Bu  adamlar  istehsala  təkan  verir,  onları  irəliyə  aparır, 

ancaq özləri bu işdə qala bilmirlər,  kasıbçılıq və ehtiyac içində həlak  

olurlar.  Onlara  etibar  etməyən,  onlara    gülən  və  ələ  salan  kütlə  isə 

onların yaratdıqları mülklərə sahib olurlar.” 

Bakı və Qroznıda parafin və kerosinin əsasını qoyan  Məlikov xarici 

sənayeçilərin rəqabətinə davam gətirməyib müflisləşir və ehtiyac içində 

vəfat edərək, hamı tərəfindən unudulur.         

1877-ci  ildə  Sabunçu  neft  yatağı  və  Qara  şəhərdəki  zavod  arasında 

neft  kəməri  çəkilir.  1890-cı  ildə  Bakının  neft  rayonlarında  artıq 

uzunluğu  286  km  olan  25  neft  kəməri  fəaliyyət  göstərirdi.  80-90-cı 

illərdə  Azərbaycan  nefti  Bakı-Batumi  xətti  ilə  daşınaraq  Avropa 

bazarına  çıxarılır  və  orada  Amerika  nefti  ilə  rəqabətə  girərək  onu 

Avropa və  Asiya məkanından sıxışdırıb çıxarır. 1883-cü ildə Bakı nefti 

artıq bütün Rus imperiyasının tələbatını ödəyirdi [2.64].   

1901-ci  ildə  Bakı  neft  sənayesində  ilk  elektrik  mühərrikləri  tətbiq 

olunur. Həmin ildə Azərbaycanda 11 milyon ton neft hasil edilmişdir ki, 

bu  da  dünya  neft  istehsalının  50%-i  demək  idi.  XX  əsrin  əvvəlində 

Azərbaycan  inkişaf  etməkdə  olan  sənaye  dövlətlərinin    neftə  olan 

ehtiyacının ödənməsində önəmli yer tuturdu. Neft ixracının sürətlənməsi 

bu sahədə tətbiq olunan maşınların hazırlanması ilə məşğul olan sənaye 

sahəsinin  formalaşmasına  gətirib  çıxarır.  Dünya  neft  hasilatında  aparıcı 

rol  oynayan  Azərbaycanda  neft  maşınqayırması  zavodlarının  tikilməsi 

də  sürətlə  inkişaf  edir.  Belə  ki,  Rus  imperiyası  üçün  lazım  olan  neft 

avadanlığının böyük hissəsi Bakı zavodlarında hazırlanırdı.  

XIX əsrin sonu dünyada dəmir yolu şəbəkəsinin genişlənməsi ilə  də 



XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

366 

 

xarakterizə  olunur.  1875



1917-ci  illər  arasında  dəmir  yolu  uzunluğu  4 

dəfə artraq 1,2 mln km-ə çatmışdır. O dövrün ən məşhur tikintisi Berlin-

Bağdad  və  Böyük  Sibir  xətlərinin  çəkilişi  idi.  Yeni  yollarda  poladdan 

hazırlanmış  relslər  düzülürdü.  Bu  yollar  dünyanın  böyük  çaylarını 

keçirdilər. Çaylar üzərində nəhəng polad körpülər tikilirdi.  

İlk  dəfə  olaraq  1874-cü  ildə  qövs  formalı  polad  körpü  amerikalı 

mühəndis  Ceyms  İdsi  (ingl.  James  Eadsi)  tərəfindən  tikilmişdir  (şəkil 

2.87).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2.87. İdsi körpüsü. 



 

Bu  körpü  üzərində  arabalar  üçün  yol  ilə  bərabər,  həm  də  qatarlar  üçün 

dəmir  yol  xətti  salınmışdır.  İdsi  körpüsü  St.Luisdə  Missisipi  çayı 

üzərindən  keçirdi.  Bu  körpü  o  dövrün  ən  uzun  körpüsü  idi.  Onun 

uzunluğu 1964 m-ə çatırdı [2.59].   

Növbəti əzəmətli tikinti olan Bruklin (ingl. Brooklyn) körpüsü1883- 




XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

367 

cü  ildə  Nyu  Yorkda  Vaşinqton  Röbling  tərəfindən  salınır.  O,  atasının 

hələ  1867-ci  ildə  başladığı  körpünü  tikib  başa  çatdırır.  Bu  körpünün 

uzunluğu  1,15  km,  eni  isə  25,91  m-dir  (şəkil  2.88).  Bruklin  körpüsü  o 

dövrdə  dünyada polad  məftillərdən hazırlanmış ən böyük asılqan  körpü 

idi.  Bruklin  körpüsü  Nyu  Yorkla  Manhetteni  birləşdirərək  nəqliyyat 

şəbəkəsinin inkişafında önəmli rol oynamışdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.88. Bruklin körpüsü.

  

 

 



 

 

 



 

 

 



 

 

 



 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

368 

 

2.6.2. Maşınşünaslıq elminin yaranması 

 

XIX



 

əsrin sonunda təşkil olunmuş dünya sərgiləri maşınqayırmanın 

inkişafında  baş  vermiş  yenilikləri  dünya  ictimaiyyətinə  nümayiş 

etdirmişdir.  İstehsalın  bir  çox  sahələrində  maşınların  sayı  getdikcə 

artmaqda idi. Bununla, maşınların layihələndirilməsi və hazırlanmasının 

elmi əsaslarının işlənməsinə də tələbat artmışdır.  

 

Maşınşünaslıq  elmi  bu  dövrə  qədər  yalnız  təsviri  bir  elm  olduğu 



halda,  bundan  sonra  maşınların  tədqiqində  analitik,  qrafik  və 

experimental  üsullardan  istifadə  olunmağa  başlayır.  Maşınların 

ixtisaslaşması baş verir. Buxar, nəqliyyat və istehsal maşınları kimi yeni 

istiqamətlər  əmələ  gəlir.  Əsrin  sonunda  maşın  hissələri  ayrıca  elmi 

istiqamət kimi fərqlənməyə başlayır [2.67

2.71].  



 

Maşınlarda  tətbiq  olunan  mexanizmlər  mürəkkəb  və  çoxbəndli 

olduğundan  bu  sahə  ilə  məşğul  olan  elmi  sahələr  də  mürəkkəbləşir. 

Beləliklə, mexanizmlərin kinematikası, kinematik həndəsə və kinematik 

bəndlər  nəzəriyyəsi  yaranır.  Ötürmələrin  getdikcə  istehsalda  geniş 

tətbiqi  ilə  əlaqədar  olaraq  dişli  çarx  ilişməsi  nəzəriyyəsi  yaradılaraq 

tətbiq  olunur.  Qayış  ötürməsində  də  inkişaf  baş  verir.  Burada  təqribi 

hesablamalardan  istifadə  edilir.  XX  əsrin  əvvəlində  maşınların  iş 

qabiliyyətinə təsir edən yeyilmə və maşınların avtomatik idarə olunması 

böyük  əhəmiyyət  kəsb  etməyə  başlayır.  Uzun  müddət  maşınların 

praktiki  inkişafında  tətbiq  olunan  empirik  araşdırmalar,  artıq  elmi 

əsasları olan üsullarla əvəz olunur.  

 

Maşınlar  haqqında  elmin  yaranmasında  alimlər  və  böyük  praktiki 



təcrübəyə  malik  olan  mühəndslərin  rolu  əhəmiyyətli  idi.  Onlar  orta  və 

ali  texniki  məktəblərdə  dərslər  apararaq  öz  təcrübələrini  gənc 

mütəxəssislərə  çatdırırdılar.  Ali  məktəblərdə  çalışan  alimlər  tərəfindən 

maşın  və  mexanizmlərin  quruluşları, iş prinsipləri və layihələndirilməsi 

üzrə kitablar yazılır (şəkil 2.89). Buraya fransız alimlərindən K. Labule 

(fran. Ch. P. Laboulaye) tərəfindən yazılmiş  “Ötürmələrin kinematikası  




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə