XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
395
Şəkil 2.107. Nasmifə görə dal bucağın yonqarçıxarmaya təsiri.
isə Nasmifə görə düzgün qiymətə malikdir. Düzgün dal bucağın
alınması üçün Nasmif pardaqlama şablonu təklif edir. Şablona əsasən
hazırlanan kəskinin dal bucağı 3° həddində olmalı idı [2.96].
1846-ci ildə İngiltərədə Holztapffel tərəfindən çap olunmuş daha bir
kitabda torna, üstyonuş və burğu alətləri haqqında məlumat verilir. Bu
kitabda Yozef Klement əyilmiş başlığa malik kəskilərin ixtiraçısı kimi
təsvir olunur (şəkil 2.108).
Şəkil 2.108. Klementin kəskiləri.
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
396
İlkin araşdırmalar ərəfəsində kəskinin həndəsəsinin, daha doğrusu
onun bucaqlarının sinifləşdirilməsi də ingilis alimləri tərəfindən
aparılmışdır. Bu sahədə 1825-ci ildə Bebbijin gördüyü işlərdə məlumat
verilir. Şəkil 2.109-da onun təsvir etdiyi alət-pəstah arasındakı
münasibət göstərilmişdir. Burada c silindirik pəstahı, T isə kəskini təsvir
edir. Ba kəsmə nöqtəsi və alətin üst tərəfindən keçən xəttdir. Ca xətti a
nöqtəsindən keçərək alətin qabaq tərəfinə toxunur [2.81]. Bebbij CaD
bucağını “Köməkçi bucaq” (angle of relief) adlandırır, çünki, bu
bucağın böyüməsi alət ilə pəstah arasında sürtünməni azaldır. CaB
bucağı “alət” (angle of tool) və BaA bucaqı isə “yonma” (angle of
scape) bucağı kimi qiymətləndirilir. Ona görə ki, alətin Ba səthində
yonma prosesi baş verir. Bucaqların belə təsviri bu günə kimi də bir çox
normativlərdə istifadə olunmaqdadır. Bebbij öz işində həm də bu
bucaqların seçilməsi üçün təkliflər verir. O poladın emalı üçün yonma
bucağının 27° olmasını əlverişli sayır [2.81]. Çox ehtimal ki, bu qiyməti
o eksperimental təyin etmişdir.
Şəkil 2.109. Alətin həndəsəsinin sinifləşdirilməsi.
Bebbijin işlərində o da nəzərə çarpır ki, o, ilk dəfə olaraq kəsmə
prosesinin optimallaşdırılmasının vacibliyindən danışmışdır [2.82].
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
397
Onun fikrincə kiçik yonqar qatında kəsmə qüvvəsinin kiçik olmasına
baxmayaraq emal üçün çox vaxt tələb olunur. Böyük kəsmə dərinliyini
reallaşdırmaq məqsədilə o, kəski tutqaclarından və yüksək kəsicilik
qabiliyyətinə malik alət materiallarından istifadə olunmasını təklif edir.
Bebbij tarixdən məlum olduğu kimi riyaziyyatçı olub, təbiət elmlərin
nəticələrinin texnikada tətbiqinə çalışmışdır. Növbəti təbiətşünas alim,
ingilis Robert Villis də o dövrdə məlum olan riyaziyyat qanunlarını
sadə formada təsvir edib, texnikada, əsasən isə maşınqayırmada tətbiqi
üzrə çalışmışdır. O “Paper on the Principles of Tools for Turning and
Planing Metals” (azərb. “Torna və üstyonuş əməliyyatları üçün alətlərin
prinsipləri”) əsərində kəsici alətlərin layihələndirilməsi üçün təkliflər
vermişdir. Prosesin kinematik sxemi əsasında o torna əməliyyatını və
alətin işləməsini izah edir. İlk dəfə olaraq Vills əsas və köməkçi
tillərdən söhbət açır [2.97]. Burada yonqarın eni və qalınlığının təyini də
göstərilir. Villsin tədqiqatlarının əsas məqsədi müxtəlif materialların
emalı üçün lazım olan alət bucaqlarını təyin etməkdən ibarət idi. Bunun
üçün o vacib bucaqlardan ibarət cədvəl tərtib edir. Bu cədvələ əsasən
döymə poladları üçün kəskinin təpə bucağı kobud emalda 60°, təmiz
emal üçün isə 70° həddində yerləşməli idı. Bu qiymət bürünc üçün
uyğun olaraq 80° və 90° olmalı idi [2.97].
XIX əsrin ikinci yarısında İngiltərədə maşınqayırmanın inkişafının
ləngiməsi sayəsində aparılan elmi
−
tədqiqat işləri Fransaya, daha sonra
isə Rusiya və Almaniyaya keçir. Aparılan tədqiqat işlərinin əsasında
enerji ölçmələru dururdu. Kəsməyə sərf olunan enerjini bilməklə alətin
həndəsəsi təyin olunurdu. Fransız hərbi mühəndisi Yozzel torna və
burğulamada ən yaxşı bucaq üçün kriteriya kimi bir kiloqram yonqara
düşən ən kiçik enerjini götürmüşdür. O kəsmə prosesinə sərf olunan
enerjinin əsasən qabaq və dal bucaqlardan asılı olmasını göstərmişdir.
Yozzel həm də, ilk dəfə olaraq, alətin formasının kəsmə prosesinə
təsirini araşdırmışdır [2.97].
Alət istiqamətində aparılan tədqiqatların nəticələri elə həmin vaxtda
da praktikada tətbiq olunurdu. 1875-ci ilə qədər alətlərin inkişaf prosesi