XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
385
kitabı kəsmə haqqında yazılmış ilk kitab hesab edilir [2.78]. Bu kitabdan
İngiltərədə, dəzgahqayırmanın inkişafı dövründə aparılan tədqiqatlar
haqqında məlumat almaq olur. XIX əsrin ortalarında Fransada yazılmış
kitablarda əsasən burğulama prosesi haqqında işlər təsvir olunmuşdur
[2.79, 2.80].
Ümumiyyətlə, kəsmə prosesinin araşdırılması dəzgahların inkişafı
ilə sıx bağlı idi. Hər bir ölkədə mövcud olan texniki, iqtisadi və sosial
durum və dəzgahqayırmanın inkişafından asılı olaraq elmi tədqiqiatlar
da bir-birindən fərqlənirdilər. Kəsmə prosesi XVIII əsrə qədər, yalnız
sınaqlar əsasında empirik araşdırıldığından burada sistematik elmi
tədqiqatlardan danışmaq olmaz. Yalnız sənaye inqilabı ərəfəsində
İngiltərədə dəzgahqayırmanın inkişafı ilə əlaqədar olaraq kəsmə prosesi
də tədqiq edilərək inkişaf etdirilmişdir.
İngiltərədə aparılan ilkin kəsmə tədqiqatlarını, əsasən iki mərhələyə
bölürlər. Birinci mərhələyə dəzgahların ixtirası və bununla da mexaniki
emal texnologiyasının yaranması aid edilir. Çünki, bu zamandan
etibarən təkcə dəzgahlar yox, həm də kəsmə prosesi tədqiq edilməyə
başlanır.
XIX əsrin əvvəlində bir sıra dəzgahlar ixtira olunur. Dəqiqliyi və
keyfiyyəti artırılmış dəzgahlar yalnız inkişaf etdirilmiş emal
texnologiyaları ilə hazırlana bilərdi. Burada ilk dəfə olaraq, hissələrin
kəsmə ilə emalı elmi cəhətdən tədqiq edilməyə başlanır. İlk dəfə olaraq
texnoloji sistemin tərkib hissələri olan dəzgah, alət və pəstah amillərinin
prosesin gedişinə təsiri ayrılıqda və kompleks şəkildə öyrənilməyə
başlanır. Yüksək mexanikləşdirmə dərəcəsinə malik supportlu torna
dəzgahı alətin emal zamanı məcburi hərəkətini tələb edirdi. Buna görə
də, alətin həndəsəsi kəsmə prosesinə uyğunlaşdırılmalı idi. Kəsmə
qüvvəsinin kəmiyyətcə tədqiqi də, elə sənaye inqilabı ərəfəsinə təsadüf
edir. Dəzgahı hərəkətə gətirən buxar maşının gücünü təyin etmək üçün
emal zamanı yaranan qüvvənin qiymətinə ehtiyac var idi.
İngilis dəzgahqayıranlarından Nasmif və Klement konstruksiya
layihələndirmələri ilə bərabər kəsmə prosesini də tədqiq etmişlər. Onla-
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
386
rın işlərinin əsas məğzi, təbiət elmlərindən məlum olan biliklərin kəsmə
prosesinin tədqiqinə tətbiq etməkdən ibarət idi. İlk dəfə olaraq ingilis
alimləri Robert Villis və Çarls Bebbij (ingl. Charles Babbage)
tərəfindən XIX əsrin əvvəllərində aparılan tədqiqatlarda problemə
sistemli, elmi yanaşma hiss olunur [2.81]. Bebbijin 1846-cı ildə yazdığı
kitabında kəskinin həndəsəsi, o cümlədən kəsmə qüvvəsi haqqında
məlumat verir. Bebbij yeni alət və alət tutqacı ixtira edir, kəsmə
qüvvəsinin hesablanması üçün düstur təklif edir [2.81, 2.82]. Villis
işlərində, əsasən torna əməliyyatının kinematikasını tədqiq etmişdir
[2.97].
Kəsmə
prosesinin
tədqiqinin ikinci mərhə-
ləsi fransız alimlərinin
işləri ilə əlaqələndirilir.
Fransızların bu sahədə
gördükləri işlərin önün-
də zabitlərin apardıqları
tədqiqatlar
dururdu.
Onlar burğulama əməl-
liyatı və onun təkmi-
təkmilləşdirilməsini
araşdırmışlar.
Burada
kəsmə qüvvəsini təyin etmək üçün dinamometrlərdən istifadə
edilmişdir. Nəticədə, optimal kəsmə rejimləri kimi, dəzgahda minimum
güc yaradan emal parametrləri təyin olunmuşdur. Fransız alimlərindən,
1845-ci ildə çalışmış Mora, Kokila, Klarenval və Jozzel (fransızca,
uyğun olaraq: Morin, Coquilhat, Clarinval və Joessel) misal göstərilə
bilər [2.83
−
2.85].
Növbəti mərhələyə rus alimlərinin işləri aid edilir. Kəsmə üzrə rus
elmi məktəbi Peterburqda yerləşirdi. XIX əsrin birinci yarısına qədər
Rusiyada heç bir dəzgah hazırlanmırdı. Yalnız Krım müharibəsindən
Şəkil 2.101. Timeyə görə yonqarın çıxarılması.
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
387
(1853
−
1856)
sonra
orduda
hərbi
texnikaya
yaranan
tələbat
dəzgahqayırmanın inkişafına stimul vermişdir [2.43].
Rusiyada dəzgahqayırmanın uzun müddət zəif inkişaf etməsinə
baxmayaraq, XIX əsrin ikinci yarısında kəsmə prosesi haqqında elmi
nəticələr yüksək səviyyəyə çatmışdı. Rus elmi tədqiqatlarının başında
Peterburq dağ-mədən institutunun “Mexaniki texnologiya” kafedrasının
professoru İvan Time (1838
−
1920) dururdu [2.57]. Kəsmə prosesi üzrə
apardığı fundamental elmi tədqiqatlara görə o, XIX əsrin ən məşhur
alimi hesab olunur. Time üstyonuş əməliyyatında kəsmə prosesini
tədqiq edərək, ilk dəfə olaraq yonqarçıxarmada “kəsmə bucağı”
terminini işlədir.
Şəkil 2.102. Yonqarəmələgəlmə prosesinin təsviri.