Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
413
tətbiq olunurdu. ABŞ və Avropa ölkələrində polad istehsalı və onun
yarımfabrikat şəklində hazırlanması texnologiyasını bir zavodda
birləşdirməyə cəhd edilirdi. Bu təmərküzləşdirməyə parallel olaraq
iqtisadi bir proses gedirdi. Zavodların böyüməsi ilə əlaqədar kapitalın da
böyüməsi baş verirdi. Yaranmış dəmir və polad monopoliyası
nəticəsində bu sahə getdikcə böyük siyasi təsir qazanırdı.
Bu proses fasiləsiz yaymanın inkişafı ilə daha da gücləndirilmiş olur.
Fasiləsiz yayma prosesinin köməyi ilə 30 m uzunluğunda olan metal
lövhələri hazırlamaq mümkün idi. Yayma maşının işçi sahəsinin böyük
olması nəticəsində enli lövhələrin istehsalı da mümkün idi. Belə ki,
avtomobilin damını bir dəfəyə almaq olurdu.
Metalların döyülməsində də inkişaf nəzərə çarpırdı. Buxarla işləyən
çəkiclər pnevmatik çəkiclərlə əvəzolunmağa başlayır. Bununla bərabər
hidravlik preslərin də tətbiqi genişlənir. 30-cu illərin əvvəlində çəkic və
preslərin güçü 1500 MVt-a çatırdı. Çəkisi 250t olan metal külçələrin
emalı problemsiz həyata keçirilirdi. Döyülən metal bloklarını döymə
temperaturuna (1200°) qədər qızdırmaq üçün induksiya elektrik
qızdırıcılardan istifadə edilirdi [2.59].
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, maşınqayırmada inkişaf
tendensiyası bu sahədə məlum ixtiraların istehsalat və məişətdə geniş
tətbiqi nəticəsində elektrik mühərrikləri, avtomobil, kənd təsərrüfatı
maşınları, cihazqayırma və təyyarəqayırmanın inkişafında özünü daha
aydın büruzə verirdi. Maşınların istehsalında yeni texnologiyalar
yaradılıb tətbiq edilirdi. Bunun üçün lazım olan avadanlıqların
hazırlanması daha təkmilləşdirilmiş dəqiq üsullar tələb edirdi. Yeni
yaradılmış sahələr maşınqayırmadan təkcə yeni avadanlıqların
hazırlanmasını yox, həm də onların istehsalı üçün yeni texnologiyaların
işlənib tətbiq olunmasını tələb edirdi. Dəzgahqayırmada elektronikanın
tətbiqi və bir çox əməliyyatların avtomatlaşdırılması nəticəsində yüksək
məhsuldarlıq əldə edilmişdir. Maşınqayırmada avtomatlaşdırılmanın
əsası sayılan elktrotexnika getdikcə böyük əhəmiyyət kəsb etməyə
başlayır.
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
414
2.8.2. Elektrik
enerjisinin
maşınqayırmada
istifadəsinin
genişlənməsi
Ə
srin 20-ci illərində elektrik enerjisinin istehsalındakı inkişaf,
əsasən iki istiqamətdə baş verirdi. Birincisi, cərəyan istehsal edən
maşınların gücünün kəskin şəkildə artması ilə səciyyələnirdi. İkincisi,
uzaq məsafəyə elektrik enerjisinin verilməsində gərginliyin və
məsafənin artırılması ilə bağlı idi.
1900
−
1930-cu illər arasında turbinlərin inkişafına nəzər saldıqda
görmək olur ki, onların gücü texnikanın inkişafı nəticəsində 200 dəfə
artmışdır [2.59]. Texniki inkişaf zamanı turbinlərin işləməsinin əsas
prinsipləri olduğu kimi qalırdı. Burada əsas dəyişikliyi tətbiq olunan
turbin, generator və elektrik stansiyalarının ölçülərinin böyüməsində
görmək olurdu.
Güc artımının başqa səbəblərindən biri də, generatorla buxar turbinin
inteqrasiya olunmasında idi. Dinamonun rotoru birbaşa buxar turbinin
valı ilə birləşdirilmişdir. Su ilə işləyən turbinlərdə də eyni təmayül hiss
olunurdu.
Elektrotexnika, termodinamika, və metalloqrafiya kimi elmi
sahələrin inkişafı sayəsində elektrik stansiyalarının faydalı iş əmsalını
artırmaq mümkün olmuşdur. 1920-ci ildə bu 35 il əvvəlkinə nisbətən iki
dəfə artaraq 10%-ə çatmışdır. Elektrik enerjisinin belə sürətlə yayılması
və həcminin artmasının səbəbləri, əlbəttə cəmiyyətdə yaranan, elektrik
enerjisinin tətbiq sahələrinin artması ilə bağlı idi. Digər tərəfdən elektrik
enerjisinin qiymətinin aşağı düşməsi elektrik ilə işləyən texnikanın
sürətlə yayılmasına gətirib çıxarmışdır. Burada ənənəvi sənaye sahələri
ilə bərabər elektrik enerjisindən məişətdə və kimya sənayesində,
metallurgiyada elektrolit üsulların tətbiqi ilə elektrik enerjisinə tələbat
daha da artmışdır.
Maşınqayırmada, XX əsrin əvvəllərində mühəndislər qarşısında
duran əsas texniki məsələ, fərdi və ya qrup şəklində ötürmə istiqamətləri
artıq öz həllini tapmaqda idi. Böyük müəssisələrdə qrup şəklində
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
415
idarəetmə ötürmələri artıq yerli elektrik mühərriki ilə işləyən
ötürmələrlə əvəz olunmaqda idi. Fərdi işləyən ötürmə sistemləri həm
iqtisadi, həm də təhlükəsizlik baxımından öz üstünlüyünü sübut
etmişdir.
Buna baxmayaraq, fərdi ötürmələrin inkişafında bir sıra problemlər
mövcud idi. Elektrik mühərrikləri birbaşa işçi maşının aparan valı ilə
birləşdirildiyindən rotorun dəqiqliyi, onun yerinə yetirdiyi işin
keyfiyyətinə təsir edirdi. Ona görə də, rotorların yüksək dəqiqlikdə
hazırlanması və tarazılanmasına ehtiyac var idi.
Digər tərəfdən, bir çox maşınlarda dövrlər sayının tənzim olunması
tələb olunurdu. Bunun üçün 20-ci illərin sonunda fərdi ötürmələrin
yaranması dövründə hansı elektrik mühərrikinin- dəyişən, yoxsa sabit
cərəyanla işləyən mühərrikin seçilməsi məsələsi dururdu. Dəyişən
cərəyanla işləyən mühərriklər çox az dövrlər sayına malik idilər.
Hazırlanan mühərriklərdə dövrlər sayı adətən 3000 dövr/dəq qoyulurdu.
Dövrlər sayının azaldılması üçün ötürmədən istifadə olunurdu.
Mühərriklərdə qütblərin sayı ilə dövrlər sayını yalnız böyük addımlarla
azaltmaq mümkün idi: 3000-1500-750-600-500 dövr/dəq. 20-ci illərin
sonunda tənzim olunan dəyişən cərəyan mühərriki məlum deyildi.
Sabit cərəyan mühərrikləri isə pilləsiz tənzim oluna bilirdi. Bu
mühərriklərdə dövrlər sayını xüsusi dəstəyin köməyi ilə müəyyən
intervalda pilləsiz dəyişmək mümkün idi. Sabit cərəyan mühərriklərinin
tətbiqi əməktutumlu idi və işə salınması üçün reostat tələb edirdi. Tərkib
hissəsində fırçalar və qəbuledicilər kimi yeyilən hissələrin olması
onların iş qabiliyyətini tez itirməsinə gətirib çıxarırdı. 1940-cı ildə kiçik
ölçülü maşınların böyük əksəriyyətində dəyişən cərəyan mühərrikləri
tətbiq edilirdi. Böyük maşınlarda, xüsusilə dəzgahlarda sabit cərəyanla
işləyən mühərriklərsiz keçinmək olmurdu. Çünki, dəzgahların dəyişən
texnoloji tapşırıqlara uyğunlaşdırılması üçün dövrlər sayını tənzimləmək
lazım idi.
Ümumiyyətlə,
mühərriklərin
birbaşa
işçi
maşının
valına
birləşdirilməsi ideyası heç də praktikada bir mənalı qarşılanmamışdır.
Dostları ilə paylaş: |