Avtomatlaşdırmanın yayılması
441
III. Elmi
−
texniki inqilab ərəfəsində və ondan sonra
maşınqayırmanın inkişafı
K
eçən əsrin ortalarından başlayaraq texnikanın, o cümlədən
maşınqayırmanın inkişafı elmi-texniki inqilabın təsiri altında baş verirdi.
İnkişaf zamanı edilən yeni elmi ixtiralar, texniki nailiyyətlər və texnoloji
üsulların, elmi-texniki səviyyənin mövcud sərhədlərini keçməsi nəzərə
çarpırdı. Bu yeniliklərin istehsalda tətbiqi sosial sferada həmişəlik təsirə
malik idi.
Aparılan elmi işlər göstərmişdir ki, bu ərəfədə cəmiyyət, sənaye
inqilabı zamanı olduğu kimi, istehsal qüvvələrinin dəyişilməsi
qarşısında dururdu [3.1]. XX əsrin ortalarında mövcud olan proseslər
istər texnolji, istərsə də sosial məzmunda XIX əsrdəki sənaye
inqilabından fərqlənsə də, onların fərqi mövcud elmi-texniki tərəqqini
səciyyələndirmək üçün əsas əlaməti əks etdirirdi [3.1].
Elmi-texniki inqilab daha çox istehsalın maddi-texniki bazasında və
onun gücündə, həmçinin insanların iş prosesindəki funksiyasında və işin
xarakterində əsaslı keyfiyyət dəyişiklikləri demək idi. Onun məğzi elm,
texnika və istehsal arasındakı, istehsal prosesinin texniki-iqtisadi
elementlərinin dəyişdirilməsi ilə müşaiyət olunan qarşılıqlı əlaqədən
ibarət idi. Bu prosesi bəzi mütəxəssislər, hətta ikinci sənaye inqilabı da
adlandırırlar [3.1].
Bu yeni texniki eranın yaranması XIX əsrdə sənaye inqilabı
ərəfəsində formalaşmış və XX əsrin birinci yarısında təkmilləşdirilmiş
istehsal güclərinin nəticəsi kimi büruzə vermişdir. Digər tərəfdən elmi-
texniki inqilab ənənəvi texnologiyalar ilə bərabər prinsipial yeni elmi və
texniki işlərin tətbiqini də əhatə etmişdir. Bu, məhsulların yalnız
ənənəvi texnologiyalar əsasında hazırlanmasından kənara çıxaraq
proseslərin avtomatlaşdırılmasında daha aydın nəzərə çarpırdı.
XX əsrin ortalarından başlayaraq sürətlənən elmi-texniki inqilab bir
çox böyük maşınqayırma müəssisələrinin iri monopolistlərə (məs.
Daymler, Simens, General Motors və s.) çevrilməsinə şərait yaratmışdır.
Avtomatlaşdırmanın yayılması
442
İri müəssisələr dövlətin köməyi ilə elmi tədqiqat işlərini
maliyyələşdirməyə və bunun nəticələrini istehsalda tətbiq etməyə nail
olmuşlar. Bu proses bir çox sosioloqlar tərəfindən tənqidi analiz
olunmuşdur. Onların fikrincə, kapitalistlər elmi-texniki inqilabın
nəticələrindən yüksək gəlir əldə etmək üçün istifadə edirdilər. Onu da
qeyd etmək lazımdır ki, texnika inkişaf etdikcə proseslərin kapitalist
istehsal münasibətləri ilə idarə olunması çətinləşirdi. Buna misal olaraq,
kapitalist cəmiyyətində mövcud olan tsiklik böhranları göstərmək olar.
Sosialist cəmiyyətində isə elmi
−
texniki inqilaba cəmiyyətin ümumi
inkişafı nöqteyi nəzərindən baxılırdı [3.1]. Hamı birlikdə işləyir və
nəticənin bölünməsində iştirak edirdilər. Burada insanların istehsal
prosesindən ayrılması ilə bərabər, onların sosial cəhətdən də ayrılması,
yəni onların kapitaldan asılılığının azaldılmasına çalışılmışdır. Belə
fikirləşirdilər ki, insanlar bu halda ümumi cəmiyyətin rifahı üçün əqli
əməyini əsirgəmədən yerinə yetirəcək. Sosialist ölkələrində ölkə siyasəti
ilə elmi-texniki inqilabın inkişafı bir-birindən ayrılmaz bir vəhdət kimi
nəzərdə tutulurdu. 50-ci illərdən başlayaraq sosialist ölkələrində, əsasən
isə Sovetlər ölkəsində sosializmin qələbəsi elmi texniki tərəqqi ilə bir
−
başa əlaqələndirildiyindən, burada texnikanın inkişafında böyük
sıçrayışlar əldə edilir. Əsasən, kosmos texnikasındakı nailiyyətləri ilə
sosilaist ölkələri, güclü iqtisadiyyata malik kapitalist ölkələri ilə
rəqabətə girə bilirdilər. Bu ərəfədə SSRİ-də elmi işlərin təşkili və
planlaşdırılması üzrə dövlət komitələri yaradılır. Bu komitələrin
məqsədi elmi nəticələrin istehsalatda tətbiqini gücləndirməkdən ibarət
idi.
Elmi tədqiqatlarda, istehsalda və sonralar idarəetmədə elmi-texniki
inqilabın simvolu olan elektron hesablama maşınlarının (EHM) tətbiqi
baş verir. EHM-lərin yaranması ilə insanların yerinə yetirdikləri məntiqi
məsələlərin maşınlara ötürülməsi və gələcəkdə istehsalın avtomatlaş-
dırılması və idarə olunması üçün şərait yaradılır. EHM, insanın istehsal
prosesində yerini və rolunu dəyişən yeni bir texniki nailiyyət olaraq, özü
Avtomatlaşdırmanın yayılması
443
ilə cəmiyyətdə sosial effektlər yaratmışdır. Bu sahədə mütəxəssislər
hazırlanaraq müxtəlif sahələrdə tətbiq olunurdular.
Ümumiyyətlə, XX əsrin ortalarından başlayaraq mövcud olan elmi-
texniki inqilab elmdə və elmi fəaliyyətdə köklü dəyişikliklərə səbəb
olaraq elm, texnika və istehsal arasında qarşılıqlı əlaqə yaratmışdır.
Keçən əsrdə texnikanın qədəm qoyduğu yeni bir epoxa bu günə kimi də
davam etməkdədir.
Kibernetika və elektronikaya əsaslanan avtomatlaşdırma son bir neçə
on illikdə maşınqayırmada yeni bir mərhələ açmışdır. Bu, istər
maşınların konstruksiyasında, istərsə də hazırlanmasında mövcud olan
istehsal münasibətlərində kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb
olmuşdur.
Növbəti
bölmələrdə
elmi
−
texniki
inqilabın
təsiri
altında
maşınqayırmada baş verən inkişaf haqqında məlumat verilir.