Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
437
mərhələyə qədəm qoyur. Maşınqayırmada getdikcə oturtma işlərinin
mexanikləşdirilməsi genişləndirilir. 20-ci illərin əvvəlində oturtma üçün
normativ şəklində yaradılmış val və deşik sistemləri, ilk dəfə olaraq
istehsalatda qarşılıqlı əvəzolunmanı geniş şəkildə təmin etməyə imkan
vermişdir. 1920-ci ilin əvvəlində bir çox firmalar qarşılıqlı
əvəzolunmanın vahid qaydada tətbiqini mümkün etmək üçün öz oturtma
sistemlərini işləyirlər. 1926-cı ildə bir neçə dövlətin bir araya gəldiyi
görüşdə qeyri elektrotexnika sahəsində vahid standartlara keçid
məqsədilə “International Federation of the National Standardizing
Associations“ – İSA yaradılır. Bu federasiyanın təşkilat komitəsi
tərəfindən 30-cu illərdə alman alimlərinin işlədikləri normativləri də
inteqrasiya etməklə beynəlxalq müstəvidə İSA müsaidə və İSA oturtma
sistemlərini qəbul edir [2.116, 2.117]. II dünya müharibəsindən sonra bu
təşkilatın
adı
dyişdirilərək
International
Organization
for
Standardization adlanır
. Bu təşkilatın adının bütün dillərdə eyni
səslənməsi üçün ona ISO ( yunanca “isos”sözündəndir, mənası
“bərabər” deməkdir) adı verilir.
Yeni dəqiq emal metodlarının yaradılıb tətbiqi ilə hissələrin
qarşılıqlı əvəzolunması üçün onların verilən dəqiqlikdə hazırlanması
asanlaşır. Pardaqlama, əsasən isə finiş üsulları hamar səthlərin emalında
əl işlərinin azaldılmasına şərait yaratmışdır. İncə yonma və pardaqlama,
o cümlədən hamarlama və cilalama yüksək keyfiyyətdə səthlərin
hazırlanması üçün yeni imkanlar açmışdır.
1920-ci illərdə pardaq dəzgahlarında mərkəzi ötürmə valından
qayışla alınan hərəkətlə işləmək hələ də qalırdı. Pardaq dairəsinin sürəti
ilə stolun sürəti arasında kəskin fərq mövcud idi. Pardaq dairəsinin
sürəti 35 m/s həddində yerləşirdi. Xarici dairəvi pardaqlamada pəstahın
sürəti 6-18 m/dəq arasında idi. Kobud pardaqlamada kəsmə dərinliyi
0,05 mm, təmiz emalda isə mikrometrdən kiçik idi. 20-ci iilərin
sonundan etibarən pardaq dəzgahlarında maye ilə işləyən idarəetmə
sistemindən istifadə edilir. Tezliklə bu sistem düzxətli hərəkət edən
stollarda tətbiq olunur [2.108].
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
438
1935-ci ildə Laypsiq sərgisində nümayiş etdirilən pardaq dəzgahları,
artıq stasionar elektrik mühərrikləri ilə təchiz olunmuşdular (şəkil
2.130). Hidravlik ötürmə sistemi ilə təchiz olunmuş dəzgahlarda
köməkçi vaxt, sürətli hərəkətin hesabına azalmış idi. Bu üsul əsasən
eninə verişlə işləyən pardaq dəzgahında böyük effekt verirdi. Alət
əvvəlcə sürətlə pəstaha yaxınlaşdırılır, sonra isə işçi verişlə kəsmə
zonasına daxil olurdu. Ümumiyyətlə, eninə verişlə pardaqlama 30-cu
illərin əvvəlindən başlayaraq istehsalatda geniş tətbiq olunur [2.118].
Şəkil 2.130.VOTAN firmasının daxili pardaqlama dəzgahı, 1927.
Pardaq dəzgahları hələ XX əsrin əvvəllərində geniş yayılmağa
başlamışdılar. Bu dəzgahlarda nəzərə çarpan növbəti yenilik, müstəvi
pardaqlama dəzgahının inkişafı idi. Kobud və təmiz müstəvi
pardaqlama dəzgahının yaradılıb tətbiq olunması müstəvi səthlərin daha
dəqiq emalına imkan vermişdir (şəkil 2.131). Müstəvi pardaqlama bəzi
hallarda üstyonuş və frezləmə əməliyyatlarını əvəz edirdi.
Dirsəkli valları emal etmək üçün xüsusi dəzgahlardan istifadə
edilməyə başlanmışdır. Alətlər artıq dəzgahlarda pardaqlamanın köməyi
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
439
ilə itilənirdi. Pardaqlama zamanı hissələrin dəqiqliyinə nəzarət etmək
üçün özü tənzim olunan ölçmə qurğularından istifadə olunurdu (şəkil
2.132). Bu qurğular əsasən müstəvi, daxili və xarici pardaqlamada geniş
tətbiq tapmışdır. Ölçü qurğuları emal zamanı dəqiqliyə daimi nəzarət
etdiyindən, fəhlələr proses zamanı onun qiymətini əsas götürərək
prosesi idarə edirdilər. Bu fəhlələrin işini azaltmaqla bərabər, zay
məhsulların sayını minimuma endirirdi [2.108].
Şəkil 2.131. Müstəvi pardaqlama dəzgahı,
Pratt&Witney Co., 1930.
Texniki səthlərin xassələrinin əhəmiyyəti qarşılıqlı əvəzolunmanın
tətbiqi ilə daha da artmışdır. Ancaq bu dövrdə səthi xarakterizə edən
parametrləri kəmiyyətcə təsvir etmək çətinlik yaradırdı. Pardaqlama
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
440
əsrin əvvəlindən qarşılıqlı əvəzoluna bilən, yüksək dəqiqlikli və
keyfiyyətli səthlərə malik hissələri kiçik xətalarla hazırlamağa imkan
verən yeganə üsul olaraq qalırdı.
Şəkil 2.132. Pardaqlamada tətbiq olunan ölçü qurğuları.
Yüksək dəqiqlikli hissələrə artan tələbat təmiz emal üçün yeni emal
üsullarının inkişafına təkan vermişdir. Səthləri hamar hazırlamaq üçün
xüsusi dəzgahlar düzəldilib tətbiq olunurdu. Buraya hamarlama,
cilalama, honlama kimi üsulları aid etmək olar. Bu finiş
əməliyyatlarının köməyi ilə verilmiş səthləri daha incə emal edərək
yüksək dəqiqlik və aşağı kələ
−
kötürlük əldə etmək mümkün idi.
Müharibə dövründə dəzgahlarda əsas inkişaf ayrı-ayrı əməliyyatların
bir dəzgahda inteqrasiya olunması nəticəsində, az dəzgah və kiçik işçi
qüvvəsi ilə böyük məhsuldarlıq əldə etməyə yönəldilmişdir.
Müharibədən sonra isə inkişaf perspektivlərini avtomatlaşdırma və
universallaşdırma təyin edirdi.