Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
434
kəskin artırmağa imkan yaradır. Bu nisbət şəkil 2.129-dan aydın
görünür.
Şəkil 2.129. Kəsici materialların kəsmə sürətinin inkişafına təsiri.
Bərk xəlitə ilə bərabər 30-cu illərdə keramikadan hazırlanmış kəsici
materiallardan da istifadə edilməyə başlayır. Bu sahədə ilk sınaqlar
1938-ci ildə Drezden texniki məktəbində Verner Osenberq tərəfindən
aparılmışdır. Keramikanın aşağı davamlığa malik olmasına baxmayaraq,
onun yüksək bərkliyi bərk materialların emalı üçün maraqlı idi.
Məsələn, bərk xəlitənin pardaqlanması zamanı keramikadan istifadə
edilə bilərdi.
Bu zaman almazların maşınqayırmada tətbiqi artıq məlum idi. Öncə
almazdan pardaqlamada və pardaq dairələrinin düzləndirilməsində
istifadə olunur. Təxminən 30-cu illərin əvvəlindən başlayaraq almaz
kəsici material kimi incə yonmada, təmiz pardaqlamada tətbiq olunur.
Ali məktəblərdə aparılan elmi işlər yeni kəsici materialların tətbiqinə
həsr olunur. Yüksək kəsmə sürəti, aşağı yeyilmə kimi kriteriyalar bu
tədqiqatların əsasında dururdu.
Yüksək kəsmə sürəti bu ərəfədə bir tərəfdən yeni işlənmiş kəsici
materiallardan, digər tərəfdən maşınqayırmada tətbiq olunan yeni
konstruksiya materiallarından asılı idi. Bərk poladlar və xrom-nikel
poladları çətin emal oluna bilən materiallara aid olaraq, aşağı kəsmə
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
435
sürəti və böyük qüvvə tələb etdiyi halda, əlvan metallar yüksək kəsmə
sürətində emal oluna bilirdi. Onu da qeyd etmək lazımdır ki, kəsmə
sürətinin qiyməti alətin davamlığı ilə məhdudlaşırdı.
Konstruksiya və kəsici materiallar qarşılıqlı təsirdə olaraq
dəzgahqayırmanın inkişaf istiqamətini müəyyənləşdirmişdir. Material və
dəzgahlar qarşılıqlı inkişafda idi. Verilən materialları iqtisadi cəhətdən
əlverişli kəsmə rejimlərində işləmək üçün dəzgahlar lazımi gücə malik
olmalı idilər. Aparılan elmi
−
tədqiqatlar kobud və təmiz emal üçün
optimal parametrləri tətbiq etməyə imkan verirdi. Mexaniki emal üçün
tapılmış parametrlər normativləşdirilirdi. Bununla, istehsalın hazırlığını
aparmaq, əvvəlcədən emal vaxtını hesablamaq və nəticədə istehsalı
səmərəli təşkil etmək mümkün idi.
30-cu illərin əvvəlində dəzgahlarda elektrik enerjisinin tətbiqi artıq
adi hala çevrilmişdir. Dəzgahlarda böyük gücə malik elektrik
mühərriklərindən istifadə edilirdi. Böyük dəzgahlarda bir neçə
mühərrikdən istifadə olunurdu. Sürətlər qutusuna qoşulmuş, dəyişən
cərəyanla işləyən mühərriklə lazım olan dövrlər sayını almaq mümkün
idi. Bəzi dəzgahlarda, hətta tənzimlənə bilən sabit cərəyan
mühərrikindən də istifadə edilirdi [2.110
−
2.115].
Yüksək kəsmə sürəti və aşağı köməkçi vaxt, əsas həll olunan
problemlərdən idi. 1920-ci illərin ortalarında dəzgahlarda əldə edilə
bilən ən yüksək dövrlər sayı 250...500 arasında yerləşirdi. 1933-cü ildə
bərk xəlitə torna dəzgahında artıq 4000...6000 dövr/dəq dövrlər sayı ilə
işləmək mümkün idi. Burğu dəzgahlarında dövrlər sayı 20000 dövr/dəq-
ə çatmışdır. Daxili pardaqlamada isə hətta dəqiqədə 60000 dövrlər
sayını tətbiq etmək mümkün olmuşdur. Bu yüksək dövrlər sayı təkcə
yeni kəsici materialların inkişafı ilə yox, həm də əlvan materialların
asan emalolunma qabiliyyətinə malik olması ilə xarakterizə olunurdu.
Yüksək sürətlərdə emal yastıq-val sisteminin də inkişaf etdirilməsinə
gətirib çıxarmışdır. Kürə və diyircəkli yastıqlardan şpindellərdə də geniş
istifadə edilirdi. Yüksək dəqiqlikli dəzgahlarda isə hələ də sürüşmə
yastıqları tətbiq olunurdu.
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
436
Dəzgahlarda istifadə edilən dişli çarx ötürmələrində də yeniliklərə
rast gəlinir. Dişli çarxlar çuqundan yox, legirli poladlardan hazırlanırdı.
Sürətləri dəyişmək üçün maşınlarda muftalardan istifadə edilməyə
başlayır. Dişli çarxla bərabər qayış ötürməsi də, maşın və ötürmə
arasında elastik əlaqə rolunu oynayır. Dərilərdən hazırlanmış qayışlar
ötürmə zamanı yaranan titrəmələri azaltmağa xidmət edirdi. Yüksək
dövrlər sayında işləyən hissələr, artıq öz məxsusi tezliyinə yaxın olan
kritik dövrlər sayında işləməli olurdular.
Bu baxımdan dəzgahların gövdələri daha sərt hazırlanmalı idi ki,
kəsmə zamanı yaranan titrəmələrin həm emal olunan səthin
keyfiyyətinə, həm də işçi hissələrin uzunömürlüyünə təsiri az olsun.
Digər tərəfdən fırlanan hissələrin tarazlanması ilə titrəmələri azaltmağa
çalışırdılar.
Dəzgahlarda yüksək kəsmə sürətinin tətbiqi nəticəsində kəsməyə
sərf olunan vaxt kiçilir və bununla köməkçi vaxtın payı ümumi emal
vaxtında artır. Buna görə də, köməkçi vaxtın azaldılması üzərində də
müəyyən işlər görülməyə başlanır. Hissələrin dəzgahda tez bərkidilməsi
və dəyişdirilməsi üçün elektrik, hidravlik və pnevmatik tərtibatlardan
istifadə edilirdi. Emal zamanı boş gedişin yüksək sürətlərdə aparılması
ilə də köməkçi vaxtı nisbətən azaltmaq olurdu. Xüsusi avtomatik
mexanizmlərin köməyi ilə bu hərəkətlər fəhlədən asılı olmayarq yerinə
yetirilirdi. Universal dəzgahlarda emalda isə prosesin gedişi tamamilə
fəhlədən asılı olaraq qalırdı.
Mexaniki emalda, ilk dəfə olaraq dartma və mərkəzsiz pardaqlama
əməliyyatları istehsalata daxil olur və artıq praktikada özünə yer tutmuş
əməliyyatlarla rəqabətə girirlər. 1935-ci ildən veriş istiqamətində
frezləmə üçün xüsusi dəzgah layihələndirilib tətbiq edilir. Frezləmə
getdikcə üstyonuş və iskənələmə əməliyyatlarını sıxışdırmağa başlayır.
Maşınqayırmada tərtibatların geniş tətbiqi, hissələrin böyük sayda
hazırlanmasını sürətləndirməyi və qarşılıqlı əvəzolunmanın tətbiqini
tələb edirdi. Qarşılıqlı əvəzolunma, ölçmə üsulları və oturtma
sistemlərinin yaradılması ilə XX əsrin əvvəlində maşınqayırma yeni