Avtomatlaşdırmanın yayılması
444
3.1. Avtomatlaşdırmanın geniş yayılması
E
lmi-texniki
inqilabın
əsas
fenomeni
avtomatlaşdırmadır.
Avtomatlaşdırma dedikdə, ümumiyyətlə insan əməyi və nəzarətini əvəz
edən, avtomatik işləyən maşın, tərtibat və proseslər nəzərdə tutulur.
Əlbəttə avtomatlaşdırma bütün insan əməyinə aid edilmir. Əsasən bu,
təkrar olunan işlərin əvəz olunmasında özünə yer tapmışdır. Məsələn,
torna dəzgahında forma səthlərin emalını avtomatlaşdırmağa ehtiyac
olarsa, onda bütün proses
−
pəstahın verilməsi, bərkidilməsi, prosesə
nəzarət, hətta alətin yeyilməsinin nəzarət olunması kimi addımları da
avtomatlaşdırmaq lazımdır. Ancaq, onu da qeyd etmək lazımdır ki,
avtomatlaşdırmaya çəkilən xərc, yalnız hissələrin böyük istehsal
proqramında səmərəli olur.
İş proseslərinin çoxu nəinki fiziki, həm də psixoloji cəhətdən
(məsələn, hesabat işləri) təkrar olunan funksiyalara aid olunur. Ona görə
də, avtomatlaşdırmanın tətbiq sahəsi təkcə istehsal proseslərini yox, həm
də əqli işlərin müəyyən hissəsini əhatə edir.
Avtomatik işləyən mexanizmlə-
rin yaranması kitabın əvvəlində
təsvir
olunduğu
kimi,
çox-çox
qədimlərə
gedib
çıxır.
Buraya
Heronun, Ktesibiosun və bir çox
antik mexaniklərin işlərini misal
göstərmək
olar.
Çox
vaxt
avtomatlaşdırma ilə məşğul olanlar
XVIII
əsrdə yaşamış, məşhur
mexanik, Vokosonun işlərinə istinad
edirlər [3.2, 3.3]. O, 1738-ci ildə sərt
proqramlar əsasında hərəkət edən
“dəmir ördəyi” nümayiş etdirir (şəkil 3.1). Bu ördək addımlayaraq
özünəməxsus səslər çıxardır, yerdəki dənləri götürür və hətta onu
“həzm” edilmiş şəkildə xaric edirdi.
Şəkil 3.1. Dəmir ördək.
Avtomatlaşdırmanın yayılması
445
Vattın buxar maşını üçün ixtira
etdiyi mərkəzdənqaçma tənzimləyi-
cisi də ilk avtomatik işləyən mexa-
nizmlərə aid edilir (şəkil 3.2). Bu
mexanizm maşına düşən yükün
dəyişməsi
zamanı
onun
stabil
işləməsini təmin edirdi.
Sənaye inqilabı zamanı bir çox
maşınlarda
avtomatik
işləyən
mexanizmlərin olması ona dəlalət
edir ki, avtomatlaşdırma hələ elmi-
texniki inqilabdan əvvəl tətbiq olunurdu. Bu, maşın və mexanizmlərin
müasir avtomatlaşdırmanın inkişafındakı rolu o qədər də böyük məna
kəsb etmir. Onlar öz dövrünün mexaniki və ya avtomatlaşdırılmış yerinə
yetirilən ictimai-istehsal üsullarını əks etdirirdilər. Əvvəllər məlum olan
avtomatik sistemlər mövcud istehsal proseslərinin inkişafına səbəb
olmamışlar və onların tətbiqi nəticəsində yeni texnoloji proseslərin
yaranması halları məlum deyildir. Qədim mexanizmlərdən yalnız,
mütərəqqi avtomatik sistemləri nəzəri cəhətdən izah edən zaman istinad
nöqtəsi kimi istifadə edirlər.
Müasir avtomatlaşdırmanın əsaslarının yaranması isə I dünya
müharibəsindən sonraya təsadüf edir. Bu, həm ayri-ayrı aqreqatlara,
həm də avtomatlaşdırılmış proseslərə aid edilir. 20-ci illərdə metalların
emalında mexaniki axın istehsalında bir çox iş prosesləri təkrar oluna
bilən kiçik əməliyyatlara bölünmüşdür. Emal maşınları böyük həcmdə
ixtisaslaşdırılmışdır. Fəhlələrin bu maşınlarda işi pəstahı daxil etmək,
hazır məhsulu götürmək və maşınlara nəzarət etməkdən ibarət idi. Bəzi
hallarda pəstahın verilməsi tamamilə avtomatlaşdırılmış yerinə
yetirilirdi.
Bu texnoloji şərait bir başa avtomatlaşdırma ilə bağlı idi. Avtomatik
dəyişilə bilən alətlərlə təchiz olunmuş iş maşınları böyük həcmdə
hazırlanaraq
istehsalda
tətbiq
olunurdular.
Metalların
emal
Şəkil 3.2. Mərkəzdənqaçma
tənzimləyici.
Avtomatlaşdırmanın yayılması
446
texnologiyasında avtomatlaşdırmanın tətbiqinə baxmayaraq, burada
proses başa çatdıqdan sonra hissələrin keyfiyyətinə nəzarət insanların
üzərinə düşürdü. Prosesin gedişinə nəzarət zamanı statistik üsullardan
istifadə etməklə meyillənmələri müsaidə daxilində elə tənzim etmək
olurdu ki, nəticədə zay məhsul alınmasın. Bu prinsiplə işləyən maşınlara
yarımavtomat deyilirdi. Onlar təyyarə, avtomobil və traktor istehsalında
geniş tətbiq olunurdular.
1940-cı ildən etibarən istehsalda elektrik cərəyanı ilə işləyən
maşınların tətbiqi adi hal almışdır. Bu ərəfədə İngiltərə, ABŞ və SSRİ-
də eyni zamanda fotoelementlərlə işləyən dəzgahlar hazırlanıb tətbiq
olunur. İstər SSRİ torna dəzgahı, istərsə də Amerikada hazırlanmış
avtogen qaynaq maşını cizgiləri oxuyaraq aləti lazım olan trayektoriya
üzrə hərəkət etdirə bilirdi. Bir çox hallarda fotolement tərəfindən
oxunan informasiya bir neçə dəzgaha ötürülürdü. Hələ 30-cu illərdə
ixtira olunmuş elektronik elementlərin, maşınların idarə olunmasında
tətbiqi araşdırılmağa başlanmışdır. II dünya müharibəsində bu
elementlərin tətbiqi ilə avtomatlaşdırılmış dəzgahların tətbiqinə öncə
ABŞ-da rast gəlinir.
Maşınların avtomatlaşdırılması istiqamətində əsas addım 40-ci illərin
sonunda proqramlaşdırılan-idarəolunan sistemlərin yaranması ilə
qoyulur. İş prosesinin aparılması perfokartların və ya maqnit lentlərin
üzərinə yazılmış sərt proqramlar əsasında yerinə yetirilirdi. İdarəetmə
servo element və elektron elementlər əsasında baş verirdi. Hissələrin
dəqiqliyi emal zamanı verilən həddən kənara çıxdıqda, bu nəzarət
sistemlərinin köməyi ilə siqnal şəklində xəbər verilir və ya dəzgah
dayandırılırdı.
Təxminən 60-cı illərin ortalarında avtomatlaşdırma yeni pilləyə
qədəm qoyur. Mexaniki emalda pəstahın dəqiqliyinin permanent nəzarət
olunması və verilən qiymətlə müqayisə edilməsi sayəsində xətaları
azaltmaq mümkün olmuşdur. Bununla, ilk dəfə olaraq insan müdaxiləsi
olmadan proses avtomatlaşdırılmış şəkildə aparılırdı. Bu cihaz bütün
mexaniki emal üsullarında tətbiq tapmışdır.
Dostları ilə paylaş: |