Avtomatlaşdırmanın yayılması
447
Əlbəttə, avtomatlaşdırma təkcə ayrı-ayrı dəzgahlara aid edilə
bilməzdi. Avtomatlaşdırma axın xətlərində də özünə yer tapmağa
başlayır [3.2, 3.3]. Bu istiqamətdə ilk cəhd 20-ci illərin sonunda
edilmişdir. Burada dəzgahlar, bir-biri ilə əlaqələndirilərək transfer
xətlərini yaratmışdır. İdarəetmə əvvəlcə mexaniki olaraq sərt proqramlar
əsasında yerinə yetirilirdi (şəkil 3.3).
Şəkil 3.3. Elektrik lampaların yığılmasında sərt proqramdaşıyıcılarla
idarə olunan avtomatik sistem.
İlk vaxtlarda mexaniki idarəetmə sistemlərinin aşağı keyfiyyətə
malik olması baxımından bu texnologiya geniş tətbiq tapa bilmir. İlk
avtomatlaşdırılmış
axın
xəttində
tətbiqinə
kimi,
Morris
avtomobilqayırma firmasında (İngiltərə) 1923-cü ildə mühərriklərin
silindr başlıqlarının emalı üçün tətbiq olunmuş transfer xəttini
göstərmək olar. Bu transfer xətti 60 m uzunluqda olub, 53 əməliyyatı 21
işçinin köməyi ilə yerinə yetirirdi. 1928-ci ildə Milvaukedə (ABŞ)
avtomobil çərçivələrinin hazırlanması üçün avtomatik axın xətti
yaradılır. Bu axın xəttinin avtomatlaşdırılma səviyyəsi o vaxt üçün çox
Avtomatlaşdırmanın yayılması
448
yüksək səviyyədə idi, çünki, burada insanlar yalnız nəzarət işlərini
yerinə yetirirdilər. Qurğuda gün ərzində 10000 çərçivə hazırlanırdı və
bu ABŞ-ın çərçivələrə olan ehtiyacın ¾-ü ödəyirdi.
SSRİ-də də eyni inkişaf təmayülü hiss olunmaqda idi. İlk transfer
xətti 1939
−
1940-cı ildə Stalinqrad traktor zavodunda tətbiq olunur. Bu
axın xəttində təkərlərin diskləri hazırlanaraq, onun üzərinə rezin
üzlüklərin keçirilməsi yerinə yetirilirdi. Sonralar həmin zavodda daha
bir neçə axın xətti yaradılır. Bu xətlərdə nəzarət sistemləri tətbiq edilir.
SSRİ-də avtomatlaşdırma problemləri həm nəzəri, həm də iqtisadi
cəhətdən araşdırılmağa başlayır. II dünya müharibəsinin başlaması
ucbatından SSRİ-də avtomatlaşdırmanın inkişafı və tətbiqi müharibədən
sonrakı dövrə təsadüf edir.
Bu vaxtda isə II dünya müharibəsi ABŞ-da SSRİ-yə nisbətən
avtomatlaşdırılmış istehsalın inkişafı üçün əlverişli şərait yaratmışdır.
1940-44 cü illərdə dövlətin hərbi sənayeyə verdiyi sifarişin həcmi 175
mlrd. dolları keçmişdir. Bu maliyyə, böyük monopolistlərə mexaniki
emalla məşğul olan axın xətlərinin genişləndirilməsi ilə bəarbər,
proseslərin avtomatlaşdırılmasına imkan vermişdir. Avtomatlaşdırmanın
inkişafını stimullaşdıran əsas amillərdən biri də, qəflətən işçi qüvvəsinə
artan tələbat idi.
XX əsrin 50-ci illərində maşınqayırmada avtomatlaşdırma öz yeni
mərhələsinə qədəm qoyur. Bu həm kapitalist, həm də sosialist istehsal
sistemlərində nəzərə çarpırdı. Avtomatlaşdırmanın inkişafının texniki
cəhətdən təhlili göstərmişdir ki, yenilik bu vaxta kimi məlum olan
praktiki təcrübə və üsullardan ibarət idi. Elmi cəhətdən bu prosesə nəzər
saldıqda görmək olurdu ki, yeni yaranmış informasiya nəzəriyyəsi və
kibernetika elmi avtomatlaşdırmanın genişlənməsi üçün zəmin
yaratmışdılar.
SSRİ-də 1950-ci ildə dünyada ilk tam avtomatlaşdırılmış zavod
yaradılır (şəkil 3.4). Onun ardınca avtomatlaşdırılmış yastıq hazırlayan
qurğuların istehsalı baş verir (şəkil 3.5). Bu hər iki müəssisə öz dövrü
üçün avtomatlaşdırmanın səviyyəsini göstərmək üçün nümunə kimi
Avtomatlaşdırmanın yayılması
449
göstərilirdi. Bununla həm də mexaniki emal əməliyyatlarının tam
avtomatlaşdırılması məsələsi həll olunur.
Həmin vaxtda ABŞ-da avtomobil sənayesində avtomatlaşdırılmış
qurğuların tətbiqi və sayı sürətlə artmağa başlayır. Bu qurğular SSRİ-də
olduğu kimi, elektron idarə, tənzim və nəzarət sistemləri ilə təchiz
olunmuşdular. Avtomatlaşdırılmış maşınların ümumi prosesdə tətbiqi
gücləndikcə prosesin idarə olunması çətinləşirdi.
1950-ci illərin ortalarında avtomatlaşdırmanın mərkəzində elektron
elementlərlə təchiz olunmuş transfer xətləri dururdu. Bundan əlavə
avtomatik işləyən qurğular, həmçinin sərt və çevik proqramlarla idarə
olunan dəzgahlar və elektron şüaları ilə işləyən avadanlıqların tətbiqi
genişlənmişdir [3.1]. Ənənəvi texnologiyalarda avtomatlaşdırmanın
tətbiqi ilə məhsuldarlığı artırmaq mümkün olmuşdur. Məsələn, domna
sobalarında və Siemens-Martin prosesində bəzi iş pillələrinin
avtomatlaşdırılmasını misal göstərmək olar.
Avtomatlaşdırmanın genişlənməsi
getdikcə yeni-yeni sənaye
sahələrini əhatə edirdi. Elektronika sənayesidə elektrik və elektron
hissələr avtomatik hazırlanırdı. Tikinti sənayesində bir çox qarışdırma
prosesləri artıq avtomatlaşdırılmış mexanizmlərin köməyi ilə yerinə
yetirilirdi. Kimya sənayesi, ərzaq məhsullarının hazırlanması və hətta
idarəçilik işlərində də avtomatlaşdırmadan geniş istifadə olunmağa
başlayır.
İstehsal ilə məşğul olan sahələrdə avtomatlaşdırmanın inkişaf
səviyyəsinin avtomobil istehsalında tətbiq olunan maşın və üsullarla
xarakterizə olunması bir qayda olmuşdur. Dəzgahlara olan tələbat,
hissələrin konstruktiv dəyişilməsi zamanı çevik uyğunlaşmanı və
dəzgahların vaxt keçdikcə qohum əməliyyatlara uyğunlaşdırılmasını
təmin etməkdən ibarət idi. Dəzgahların, idarə və tənzimetmə
sistemlərinin inkişafına adaptasiya olunmasına imkan vermək üçün
hissələrin düyüm şəklində hazırlanması tətbiq olunurdu.