Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
424
Şəkil 2.124-dən göründüyü kimi, torpağı şumlamaq üçün sahənin hər
tərəfində bir lokomobil yerləşdirilərək, onlar bir-biri ilə iplə
əlaqələndirilmişdir. Bu ip torpaq sahəni şumlayan kotanı dartmağa
xidmət edirdi. Bu maşınların faydalı iş əmsalı yalnız 5%-ə bərabər idi.
Daxili yanma mühərrikinin ixtirasından sonra kənd təsərrüfatında
tətbiq olunan maşınların konstruktiv cəhətdən təkmilləşdirilməsi ilə
lokomobillər tədricən sıxışdırılmağa başlayır. İlkin yaradılan daxili
yanma mühərriki ilə işləyən traktorlar yalnız dartıcı rolunu oynayırdı.
Kənd təsərrüfatında işlədilən mexanizmlər isə sadəcə olaraq dartıcı
maşınların arxasına qoşulurdu. Dartıcı traktorlar kiçik çəkiyə malik
olduqlarından, onlar nisbətən böyük sürətlərdə hərəkət edə bilirdi. Bu,
traktorların sürəti 14 km/saata çatırdı. Traktor hazırlayan firmalar
arasında 1917-ci ildə yaranmış “Fordson” ( “Ford” və “Son” sözlərinin
birləşməsindən əmələ gəlmişdir) firması pioner sayılır.
Şəkil 2.125. Fordson traktoru, 1921.
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
425
Fordson traktorları tezliklə böyük şöhrət qazanır (şəkil 2.125). O,
həm Amerika, həm də Avropada geniş tətbiq olunur. I dünya müharibəsi
ərəfəsində iqtisadi blokadada qalan İngiltərə taxıla olan ehtiyacını
ödəmək
üçün
kənd
təsərrüfatında
mühüm
dəyişiklər
etmək
məcburiyyətində idi. Atla torpaqların şumlanması ilə bu tələbatı ödəmək
mümkün deyildi. Bu problemi həll etmək üçün İngiltərə Fordson
firmasına 5000 traktor sifariş edir. Alınan gəlir firmaya traktorları
inkişaf etdirmək üçün şərait yaradır. Fordson traktorları başqalarına
nisbətən az çəkiyə malik idi və ucuz başa gəlirdi. Fordson
yerşumlamada istifadə olunan kotanların inkişafının başlanğıcını qoyur.
I dünya müharibəsi dövründə bu traktorlardan ağır yüklərin, əsasən isə
artilleriya qurğularının nəql edilməsində istifadə olunurdu. Daxili yanma
mühərrikləri ilə işləyən traktor və lokomobillər arasındakı rəqabət uzun
müddət çəkir. Amerikada lokomobillərin tətbiqi suya və daş kömürünə
böyük ehtiyac yaratdığından təsərrüfatçılar tədricən daxili yanma
mühərriki ilə işləyən traktorlara keçirdilər. I dünya müharibəsinə qədər
traktorların Amerikada tam qələbəsi başa çatır. Avropada isə suya və
kömürə elə də ehtiyac duyulmadığından bu proses uzun çəkmişdir.
I dünya müharibəsindən sonra alman mühəndisi Fritç Huberin (alm.
Fritz Huber) çarxlı traktoru
−
“Buldoq”un ixtirası ilə Avropada kənd
təsərrüfatında hökm sürən tələblərə cavab tapılmış olur. “Buldoq” aşağı
dövrlər sayında işlədiyindən Amerika traktorlarına nisbətən az səs
yaradır və az yanacaq işlədirdi. Tezliklə, bu traktor Avropa fermerləri
tərəfindən geniş istifadə olunur.
20-ci illərdə təkərlərdə rezin üzlüklərin tətbiqi ilə traktorlar yeni
mərhələyə qədəm qoyur. Amerikalı mühəndis Ales Kalmersin (ingl.
Allis Chalmersin) 1933-cü ildə ixtira etdiyi enli rezin təkərlərin tətbiqi
ilə torpağa düşən spesifik yükün qiyməti azalmış olur. Bunun
nəticəsində, traktorların dartma gücü 30% artırılmış olur. Traktorların
çevikliyi artır, onlar şumlamadan avtomobil yoluna və əksinə keçə
bilirdilər. Pnevmatik təkərlərin tətbiqi traktorların xarici görünüşündə də
dəyişikliyə səbəb olur. Traktorların üst tərəfi daha alçaq formada
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
426
hazırlanır. Traktorlarda 1930-cu ildə tətbiq olunan bu forma indiyə kimi
çox az dəyişikliyə məruz qalmışdır.
Traktorların getdikcə ixtisaslaşması nəticəsində, onlarla avtomobillər
arasında olan konstruktiv fərq də böyüməyə başlayır. Traktorlarda
hava təkərlərindən istifadə edilməsinə baxmayaraq, onlar aşağı sürətə,
təkərlərdə yüksək momentə və əlavə ötürmə sisteminə malik idilər
[2.104].
1937-ci ildən etibarən traktorlarda tətbiq olunan hidravlik qaldırıcı
sistem qoşulqanlardan imtina etməyə imkan vermişdir. Kənd
təsərrüfatında lazım olan mexanizmlər bir başa traktorların arxa
hissəsinə bərkidilirdi (şəkil 2.126). Bu konstruksiya 1935-ci ildə
amerikalı konstruktor Ferquson (ingl. Ferguson) tərəfindən ixtira edilir
[2.57]. Burada əsas yenilik: üçnöqtə prinsipi ilə işləyən hidravlik
qaldırma sistemindən ibarət idi. Dartıcı traktorlar bu sistemlə artıq,
maşının içindən arxaya qoşulmuş mexanizmləri hərəkət etdirmək
imkanı qazanmışdılar. 1939-cu ildən başlayaraq bu sistemlər
İngiltərənin kənd təsərrüfatında geniş tətbiq olunur. Ford firması da
özünün istehsal etdiyi Fordson traktorlarını bu sistemlə təchiz edir.
Şəkil 2.126. Ferqusonun üçnöqtə prinsipi ilə işləyən hidravlik sistem.