XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
410
rial dəyərlərinin üstün olduğunu qeyd edirdilər. Sonralar axın xəttində
çalışan işçilərin şəraitini yaxşılaşdırmaq üzrə tədqiqatlar aparılır. Əsas
məqsəd monoton işdə çalışanları rotasiya etməklə yorğunluğun qarşısını
almaqdan ibarət idi. Bəzi müəssisələrdə isə əlavə tapşırıqlar verməklə
işdə canlanma yaratmağa səy göstərilirdi.
Axın xəttində tətbiq olunan avtomatlaşdırılmış avadanlıqlarda emal
prosesləri XX əsrdə sənaye işlərini tamamilə əhatə etmişdir. I dünya
müharibəsindən sonra axın xətləri qrup emalını yaratmışdır. Qrup
şəklində hazırlamada hər şöbədə yalnız bir məhsul istehsal edilirdi. Bu
texnologiya maşınqayırma və elektrotexnikada üstünlük təşkil edirdi.
Qrup texnologiyası emal prosesini daha kiçik addımlara bölməyə və
beləliklə, məhsuldarlığın artımı üçün şərait yaratmışdır. Axın xəttində
işin taktı ayrı-ayrı yerlərdə oturmuş fəhlələrin qabiliyyətindən asılı idi.
Ümumi axının gedişi isə axın xəttinin başında oturan şəxsin iş
sürətindən asılı olduğundan, sahibkarlar orada həmişə yüksək
məhsuldarlığa malik işçiləri oturdurdular.
Elektrotexnika sənayesində sonralar tətbiq olunan “yerdəyişən
stollar” böyük rol oynamağa başlayır. Yerdəyişən stollar elektrik
ötürməsinə malik idilər. Bu stolların tətbiqi hələ axın xəttinə keçid
demək deyildi. Buraya həmçinin ehtiyat hissələri saxlanan anbarın,
başqa emal və yığma sexlərinin işləri inteqrasiya olunmalı idi. Axın
xəttinin
tətbiqi
bir
çox
müəssisələrdə
fəhlələrin
mütəşəkkil
müqavimətinə rast gəlirdi.
I dünya müharibəsindən sonra, ümumiyyətlə Amerika və Avropa
dövlətlərinin sənayesində durğunluq baş verir. Kütləvi şəkildə istehsal
olunmuş məhsulların izafiliyi getdikcə daralan bazarda onların
satılmasını çətinləşdirməyə başlayır.
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
411
2.8. Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
2.8.1. İstehsalatda rasionallaşdırma
K
eçən əsrin 20
−
30-cu illərində cəmiyyətin inkişafının tərkib
hissəsinə çevrilmiş, istesal sahələrində texnikanın təkmilləşdirilməsi
sülh şəraitində baş verirdi. Onun inkişafı gurultulu ixtiralardan çox,
məlum ixtiraların tətbiqində iqtisadi səmərəliliyin artırılması ilə
xarakterizə olunurdu. XIX əsrdə ixtira olunmuş texniki yeniliklər və
alətlər artıq ümumi şəkildə, gündəlik tələbat mallarının istehsalında da
tətbiq olunmağa başlamışdır. Texnikanın məlum imkanlarının bu
həcmdə tətbiqi böyük maliyyə və elmi işlərin aparılmasını tələb edirdi.
Bütün bunlar kütləvi istehsalın sürətlə yayılmasına gətirib çıxarır.
Ümumilikdə axın xəttinin tətbiqi nəticəsində sənaye cəhətdən inkişaf
etmiş ölkələrdə böyük rasionallaşdırma effekti əldə edilmişdir. Ancaq
istehsalda əldə edilmiş bu effektin yalnız bir hissəsi məhsul artımında
özünü göstərmişdir. Məhsuldarlığın artması bir çox ölkələrdə işsizliyin
artmasına səbəb olmuşdur.
Sənayenin inkişafı müxtəlif ölkələrdə, onların inkişaf tarixi ilə
əlaqədar olaraq müxtəlif idi. ABŞ bu inkişafın önündə gedirdi. Sənaye
dövlətlərində baş verən məhsuldarlığın artımı, artan işsizlik şəraitində
tələbatın aşağı düşməsi nəticəsində istifadə olunmamış qalmışdı.
I dünya müharibəsindən sonra sənaye dövlətlərində sosial –iqtisadi
münasibət olduğu kimi qaldığından, texnika, iqtisadiyyat və siyasətdə
aparıcı dairələr də olduğu kimi qalırdı. Əsasən müharibədə uduzmuş
Almaniyada böyük sənayeçilər yeni bir sahə axtarmağa cəhd edirdilər.
Bir çox Qərb dövlətlərində hərbi texnika vasitəsilə çoxlu pul qazanmaq
ideyası hökm sürürdü. Buna görə də, dövlətlərin texniki və sənaye
potensialı əvvəlkindən də artıq dərəcədə hərbi strategiyaların təsiri
altında idi. Bu, ona gətirib çıxarmışdır ki, vətəndaş obyektlərinin
inkişafına qoyulan sərmayələr getdikcə azalmağa başlamışdır. Bu
maliyyə vəsaitləri getdikcə hərbi sənayedə işlənmiş texniki yenilik-
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
412
lərin bahalı sınaqlarına yönəldilirdi.
Texnikanın inkişafında prinsipial yeni bir dövr, əsasən Oktyabr
inqilabı nəticəsində dəyişməkdə olan Rusiya ərazisində nəzərə
çarpmaqda idi. İnqilabdan sonra işçilərin əlinə keçən zavod və
fabriklərin inkişafı cəmiyyətə xidmət etməyə yönəldilmişdir. Köhnə
dünya tərəfindən ələ salınan Sovetlər dövləti, təkcə sadə maşın və
avadanlıq istehsal etməklə yox, həm də inkişaf etmiş sənaye dövlətləri
arasındakı böyük texniki fərqi aradan götürməli idi. Sovetlər ölkəsi buna
yalnız xarici işğalçıları dəf etdikdən sonra böyük miqyasda başlaya
bilmişlər.
Maşınqayırma sənayesinin metal hissələrlə təmin olunması həmişə
olduğu kimi bu sahədə texniki inkişafın əsasını təşkil edirdi. Metalların
hazırlanmasında yeni tendensiya hiss olunmaqda idi. Əlvan metalların
tətbiqi getdikcə artmaqda idi. Metalların alüminium və maqnezium
əsasında legirlənməsi əlvan metalların spektrini artırmışdır. Getdikcə
süni materialların inkişaf etdirilməsi və istehsalda tətbiqi metallara
rəqabət yaradırdı.
Buna baxmayaraq, polad və çuqun 20-ci illərdə sənaye üçün əsas
material sayılırdı. Bu dövrdə dünyada istifadə olunan materialların
90%-i onların payına düşürdü. İstehsal olunan polad və çuqunun
miqdarı bu və ya diqər dövlətin sənayeləşmə dərəcəsini göstərirdi.
Metallurgiyada mövcud olan texniki inkişafın əsasında, məlum olan
texnologiyanın təkmilləşdirilməsi ilə əlaqədar olan yeniliklər dururdu.
Domna sobaları, həmçinin polad istehsalında tətbiq olunan konverter,
Simens-Martin və soyuq halda emal metodları yeni inkişafın təsirinə
məruz qalmışdılar. Təkmilləşmə sobaların ölçülərinin böyüdülməsi,
yanacağın azaldılması, istehsal gücü və prosesin stabilliyinin artırılması
ilə səciyyələnirdi. Onu da qeyd etmək lazımıdr ki, 20-ci illərin
əvvəlindən başlayaraq Besemmer və Tomas üsullarının tətbiqi Simens-
Martin üsulunun xeyrinə azalmışdır.
Polad istehsalında əldə edilən irəliləyiş istehsalın təşkilində baş verən
təkmilləşdirmədən ibarət idi. Bir növ “inteqrasiya olunmuş” istehsal
Dostları ilə paylaş: |