XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
391
məsi ilə emal zamanı tələb olunan gücün hesablanması və uyğun
mühərrikin seçilməsi məsələsi qaldırılmışdır. Digər tərəfdən tezkəsən
alət poladının istehsalatda tətbiqi aparılan elmi işlərin istiqamətinə təsir
etmişdir. Bu dövrdə demək olar ki, bütün işlər bu kəsici materialın
effektiv tətbiqi üçün emal rejimlərinin təyininə yönəlmişdir.
Kəsmə ilə mexaniki emalda üçüncü tədqiqat mərhələsi Amerikada
görülən işlərlə bağlıdır. XIX əsrin ikinci yarısında Amerika sənayesində
mexaniki emal texnologiyasının qarşısında duran əsas vəzifələrdən biri
hissələri minimum vaxtda hazırlamaqdan ibarət idi. Bu tələb, Avropa
sənayesində
böyük
əhəmiyyətə malik olmadığı halda, onun
Amerikadakı əhəmiyyəti maşınqayırmanın tarixi inkişaf ənənəsi ilə
bağlı idi.
Amerikada kəsmə üzrə aparılan elmi tədqiqatlar 1870-ci ilə, dəmir
yolu tikintisinin sürətli inkişafı dövrünə təsadüf edir. Böyük vaqon
çarxlarının emalı üçün ilk dəfə olaraq böyük dəzgahlardan istifadə
edilir. 1880-ci ildən etibarən Teylor kəsmə üzrə elmi işlər aparmağa
başlayır, onun nəticələri isə yalnız XX əsrin əvvəlində mətbuatda çap
olunur [2.90].
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
392
2.6.4.2. Kəsmə prosesinin tədqiqi
K
əsmə prosesinin eksperimental tədqiqi hələ XVIII əsrdə
başlanmışdır.
1700-cü
ildə
fransız
mühəndisi
Plumier
torna
əməliyyatının təsvirində səthdə yüksək dəqiqliyi əldə etmək üçün alətin
əl ilə tutulması zamanı hansı tələblərə riayət edilməsini izah etmişdir
[2.77]. Buradan görünür ki, hələ o zamanlarda yüksək keyfiyyətli səth
almaq üçün sərt dəzgah, yeyilməyə davamlı kəsici materialla təmin
olunmuş alətlər, müəyyən alət bucaqları, alətin soyudulması və düzgün
mövqeləşdirilməsi, düzgün kəsmə sürətinin tətbiqi məlum idi. Plumer öz
kitabında kəsici materialın tablandırılması üçün də təkliflər verir. O,
ağac kömüründən istifadə edilməsini məsləhət görür, çünki daş kömürlə
tablama zamanı kükürdün təsirindən alət kövrək olurdu [2.77]. Bu
dövrdə metalların emalında da ağac emalı üçün tətbiq olunan alətlərdən
istifadə edilirdi.
Pəstahın torna dəzgahında mərkəzləşdirilməsi də vacib məsələlərdən
idi. İplə işlədilən dəzgahlarda pəstah mərkəzlərdə bərkidilirdi. Buna
görə də, onun mərkəzləşdirilməsi lazım idi. Mərkəzləşdirmənin
keyfiyyətindən asılı olaraq yüksək forma dəqiqliyi əldə etmək mümkün
idi. Mərkəzləşdirmə əl ilə aparılırdı (şəkil 2.105).
Alətin pəstaha nisbətən vəziyyəti də nəzərə alınmalı idi. O da məlum
idi ki, kəskinin ucunun fırlanma oxundan aşağıda, və ya yuxarıda olması
ilə yonqarçıxarma prosesi müxtəlif olur və prosesin gedişinə təsir edir.
Aləti mərkəzdən yuxarıda yerləşdirməklə qalın yonqar qatı çıxarılır və
yaranan kəsmə qüvvəsinin əlverişli istiqaməti nəticəsində əl gücünə az
ehtiyac yaranır.
XIX əsrdə düzəldilən torna dəzgahları sadə quruluşa malik olub, iki
konusformalı mərkəzdən, ip ötürməsindən və aləti qoymaq üçün
tutqacdan ibarət idi. Prosesin stabil aparılması fəhlə tərəfindən aləti
hərəkət etdirməklə yoxlanaraq yerinə yetirilirdi. Kəsmə rejimlərinin
araşdırılması yalnız Modslinin supportla işləyən torna dəzgahının
ixtirasından sonra baş verir. Çünki, verilmiş kəsmə parametrləri alət və
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
393
Şəkil 2.105. 1700-ci illərdə kəsmə texnologiyasının obyektləri.
pəstah arasında olan sabit kinematik münasibətə əsaslanır.
Nasmif o dövrdə edilən bir çox ixtiraların supportun tətbiqi
nəticəsində mümkün olduğunu soyləmişdir. Alətin supportla verilməsi
nəticəsində yüksək dəqiqliklə bərabər, həm də böyük hissələrin emalı
mümkün olmuşdur. Nasmif öz əsərində texnoloji sistemin “əl-dəzgah”
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
394
sisteminə nisbətən üstünlüyünü təsvir etmişdir [2.96]. O dövrdə
dəzgahların mexanikləşdirilməsi istiqamətində böyük işlər aparılır. XIX
əsrin birinci yarısında İngiltərədə özüsazlanan dəzgahların yaranması
buna dəlalət edir. Şəkil 2.106-da avtomatik veriş alan support təsvir
olunmuşdur.
Kəsmə prosesinin ilk və əsas obyekti olan alətin həndəsəsinin tədqiqi
1820-25-ci illərə, İngiltərədə çoxlu dəzgah ixtiralarının baş verdiyi bir
dövrə təsadüf edir. 1841-ci ildə Nasmif çap etdirdiyi işində torna,
üstyonuş və burğulama əməliyyatları üçün alət layihələndirilməsinin
əsaslarını verir. O, hər şeydən əvvəl dal bucağın prosesin gedişinə
təsirini araşdırır (şəkil 2.107).
Bu şəkildə göstərilmiş iskənə müxtəlif həndəsəyə malikdir. I alət
kiçik dal bucağa malik olub, yüksək sərtlik nümayiş etdirir. Ancaq,
burada yalnız qaşıma prosesi baş verir. II şəkildəki alət böyük dal
bucağa və bununla bağlı olaraq aşağı sərtliyə malikdir. Bunun
nəticəsində yonqarçıxartma zəif gedir. III alətin malik olduğu həndəsə
Şəkil 2.106. Özüsazlanan torna dəzgahı.